insanın özünü dərk etməsi üçün yalnız keçmişi yox, gələcəyi də vacibdir, təkcə olduğu deyil, olacağı yerlər də önəmlidir
Fağır adama bu dünyada yer yoxdur.
Mən insanın öz-özünə necə nifrət etməyə başladığını kəşf etdim. Bu o vaxt baş verir ki, o, düzgün hərəkət etmədiyini anlayır, ancaq dayana bilmir.
Bütün professorların hamısını fikir nəhəngləri kimi qəbul etmək, sadəcə, axmaqlıqdır! Onlar hamısı ən adi adamlardır, hətta bunu başqalarının başa düşə biləcəyinin qorxusu altında yaşayırlar.
Artıq bütün boş vaxtımı kitabxanada keçirir, kitabları udur və içimə çəkirəm. Mənim maraq dairəm yetərincə genişdir: Dostoyevski, Flober, Dikkens, Heminquey, Folkner – əlimə keçən istənilən roman. Mənim aclığım doymaq bilməyənlərdəndir.
O özünün qüsursuzluğu haqda mifə həddindən artıq inanır.
Mənim eşitdiyimə görə, saf ağıl öz-özlüyündə heç bir məna kəsb etmir. Bizim universitetdə ağıl, təhsil, bilik – hamısı ilahiləşdirilir. Ancaq mən sizin görmədiyiniz şeyləri də bilirəm: insan duyğularının hopmadığı çılpaq biliklərin bir qara quruş dəyəri yoxdur.
insan duyğularının hopmadığı çılpaq biliklərin bir qara quruş dəyəri yoxdur
İnsanın ağıllı olmaq, təhsil almaq istəməsində, dünyanı və özünü dərk etməsində pis nə ola bilər?
Polisə niyə gedim ki? – o dedi. – Əgər oğurluğa məcbur olubsa, o həyasıza, həqiqətən, pul lazım imiş. İki yüz dollara görə qızın həyatını məhv etməyəcəyəm ki. Bu o demək deyil ki, mənə pul lazım deyil, ancaq onu tutduranda əlimə nə keçəcək? Başa düşürsən?