Mənim artıq sənə də yazığım gəlmir, artıq heç kim eynimə deyil. Lampanı söndür, məni üzü üstə çevir, ölmək istəyirəm.
Nastya Voşevə baxırdı, ancaq sevinmirdi. Voşev ona toxundu, uşağın açıq qalmış susqun ağzı, yorğun bədəni bu hədiyyələrə laqeyd qaldı. Voşev bu yatmış uşağın başının üstündə çaşqın dayanmışdı, o, artıq bilmirdi, kommunizm yer üzünün harasındadır, əgər uşağın yaşamında və onun sabaha inamında yoxdursa, hardadır?!
Qoy soba qoysun, yoxsa bu taxta eşelonda sosializmə gedib çıxmaq olmaz.
Dərd və tənhalıq duyğusu içində, artıq olan-qalanını dövlətə və gələcək nəslə xərcləmək istəməyən fəal Nastyanın üstündən öz pencəyini götürdü: madam ki, onu kənarlaşdırırlar, qoy kütlə özü qızınsın.
Mənimçün, yoldaş, yaşamaq mənasızdır, – keşiş ağıllı cavab verdi. Mən yaradılışın gözəlliyini daha hiss etmirəm – mənim daha heç Allahım da yoxdu, Allah da insansız qalıb.
Arvadı var bunun? – Çiklin Yeliseydən soruşdu.
– Tək yaşayırdı.
– Niyə yaşayırdı?
– Yaşamamaqdan qorxurdu.
ürəyi də qanuna uyğun olaraq döyünürdü.
çünki ölülər də insandılar...
Bütün ölülər önəmli insanlardı.
Önəmliymişlər! – Nastya donquldandı. – Onda niyə yaşayırlar? Hamı ölüb lazımlı adam olsun!