Acından ölmək! Bu sözün mənasını hər kəs başa düşmür.
Tale onunla mübarizə etməyə cəsarəti olan adamlardan uzun müddətə üz çevirmir.
O, ocağın qabağında durub palçıqdan codlaşmış şalvarını quruda-quruda “bəxti gətirmədi” sözünü elə ürəkdən qopan bir kədərlə təkrar edirdi ki, elə bil şikəstlik üçün mükafat almaq mümkün olsaydı, şikəst olmağa həvəslə razı olardı.
Yalnız kənddə, yoxsul kəndlilərin arasında böyüyən bir adam inəyini satmağın necə böyük bir dərd olduğunu bilir.
Tale onunla mübarizə etməyə cəsarəti olan adamlardan uzun müddətə üz çevirmir.
Diqqətli ol, mənim balam, sözə bax. Öz vəzifəni vicdanla yerinə yetir. Həyatda müvəffəqiyyətin rəhni budur!
adamın ləyaqətli görünüşü çox vaxt ən yaxşı müdafiə vasitəsi olur
— Əgər yetimxananın müdiriyyəti uşağı sizin yanınızda qoymasa, onu başqa birisinə tapşırsa, onda siz heç bir şey almayacaqsınız.
Bu məzlum çöhrəli, məlahətli gənc xanım isə senyora Dolçedir; özünün “mülayim” ləqəbinə tamamilə layiqdir.
Bu qara tüklü şıq cavanın adı Zerbinodur, bunun da mənası “mehriban” deməkdir.