Bir neçə inandırıcı bəhanə gətirməklə sevdiyim insanda sağalmaz yaralar buraxan bir adam idim.
Heç vaxt heç kimi qəsdən incitməmişdim, amma yaxşı niyyətlərim olsa da, lazım gələndə tamamən öz mənafeyini güdən, hətta qəddar bir insan ola bilirdim.
Və günlərin bir günü sənin daxilində nəsə ölür.
Sibir isteriyası xəstəliyi eşitmisən?
Yadıma düşən ikinci şey siyasi mövsümün sona çatması idi.
Çox fərqli insanlar idik, zaman keçdikcə fərqlərimiz də böyüyürdü.
Onda da çox keçmədən baxışlarımız toqquşur, o saat bir söz belə demədən tezbazar paltarlarımızı soyunub yatağa atılır və sevişirdik.
Onun öz arzuları vardı, uzaqda tamam başqa bir istiqamətə, mənim baxdığımdan tamam fərqli bir dünyaya baxırdı.
Bir-birimizə söz deməyə, vəd verməyə ehtiyacımız yox idi, biz yalnız kiçik reallıqların dalınca gedirdik.
Sən də insanları yaxşı tanıyırsan.