Ey yazıqlar, siz heç vaxt dərk etməyəcəksiniz ki, azadlıq yanğısı nə deməkdir. O dəhşətli yanğın ki, ürəyi yandırıb külə döndərir. Azadlıq. İstər o şirin olsun, istər acı – yalnız o idi mənim səcdəgahım! Və bu müstəhəbdir ki, məni öldürür, o da heç vaxt anlamayacaq ki, ölümü ilə azadlıq fədaisi büsbütün məhv olmur.
Sabahın dərdinə sabah ağlayarıq...
əcəl ağacdır, meyvəsi peşmanlıq.
zaman ki, əcəl pəncəsini sinən üstə qoyacaq, o dəm ağlayacaqsan ki, bu dünyada sənə ən yaxın olan bu son həmişə səni aldadırdı ki, hələ çox uzaqdadır.
əmrə tabe olub şadlıq məclisi qurmaq olar. Amma əmr ilə könül şad olmur və nə əqlin, nə məntiqin dəlili ilə pərişanlığa qapılmış ürək ovunmur.
Nağd, ya nisyə, – dedi Məmun, – o kəs ki hər gün həyatı ilə qumar oynayıb, gərək davam elətdirsin bu oyunu axıra qədər.
tarixin səadət səhifələri
boş səhifələrdir”
Babək mövzusunun ilk bəhrəsi – 1974-cü ilin oktyabr ayında bitirib Kinostudiyamıza təqdim etdiyi “Babək” ssenarisi oldu və həqiqi proza səviyyəsində yazılmış bu ssenari əsasında ikiseriyalı “Babək” filmi çəkildi. 1975-ci ildə bitirdiyi “Xürrəmilərin ağ şahini” adlı 3 hissəli tarixi dramı da Babək və onun başçılıq etdiyi hərəkata həsr olunub.
Sonra yenə o gecə məğribin hökmdarları və Bizans hökmdarı vahimə dolu röyalarından qan-tər içində oyanmışdı.
Ey kor yapalaq, bütün müstəbidlər kimi sən də səhv edirsən, çünki mənim dastanım elə bir dastandır ki, nə Babəklə başlanmışdır, nə də Babəklə qurtaracaq.