Yarə qılan vəfasını, yara qılır cəfasını (musiqi ilə)
·
Məmməd Səid Ordubadi (1872–1950) — azərbaycanlı şair, nasir, dramaturq, publisist və tərcüməçi. "Qılınc və qələm", "Dumanlı Təbriz", "Döyüşən şəhər" kimi tarixi romanlarının müəlifidir. Ədəbiyyatın bir çox janrlarında yazıb yaradan Ordubadi, mövzusu həyatdan alınmış bir neçə mənsur hekayələri də qələmə alır. "Hekayələr toplusu"nda yer alan "600 ayı balası", "Qırx dənə baqqal", "Ramazan", "Boşboğazlar məhkəməsi", Şahqulubəyin nəvəsi" əsərləri də bu silsilədəndir.
Hekayələr toplusu
·
Ceyms Barri (1860–1937) — isveç yazıçı, nasir, dramaturq, "Nobel" mükafatı laureatı. Barri maraqlı əhvalatlar qurmağı, real aləmi sehirli nağıla çevirə bilməyi ilə sevilir.
Piter Pen — romantik nağıl-povestdir. Əsər heç vaxt böyümək istəməyən Piter Penin macəralarından bəhs edir. Piter Pen adi uşaqlar kimi əylənməyi sevən, xəyalpərəst, cəsur həm də böyüklər kimi qürurlu, eyni zamanda uçmağı bacaran biridir. Kimsəsiz uşaqları himayə edir və onları dəniz quldurlarından, əzazil kapitan Qarmaqdan qoruyub azadlığa çıxarır.
Piter Pen və onun macəraları bir gün böyüdüyünü hiss edən bütün uşaqlara həsr olunur.
Piter Pen — romantik nağıl-povestdir. Əsər heç vaxt böyümək istəməyən Piter Penin macəralarından bəhs edir. Piter Pen adi uşaqlar kimi əylənməyi sevən, xəyalpərəst, cəsur həm də böyüklər kimi qürurlu, eyni zamanda uçmağı bacaran biridir. Kimsəsiz uşaqları himayə edir və onları dəniz quldurlarından, əzazil kapitan Qarmaqdan qoruyub azadlığa çıxarır.
Piter Pen və onun macəraları bir gün böyüdüyünü hiss edən bütün uşaqlara həsr olunur.
Piter Pen
·
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369–1417) doğma dilinidə qələmə aldığı, əsasən ictimai-fəlsəfi məzmun ifadə edən müxtəlif janrlı poetik nümunələr bu audio kitaba daxil edilmişdir.
Adəmə gəl, adəmi bil, adəmi
·
Vagif Səmədoğlu (1939–2015) Şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycanın xalq şairi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "Nəsimi" mükafatı laureatı.Sərbəst seir janrında mükəmməl poeziya nümunələri yaradıb.
Şeirlər toplusu
·
Nikolay Qoqol (1809–1852) — rus yazıçısı, dramaturqu və publisisti. Rusiya və Ukrayna ədəbiyyatı klassiklərindən hesab edilir. “Şinel” povesti Nikolay Qoqolun maraqlı və məzmunlu, öz aktuallığı ilə seçilən əsərlərindən biridir. Əsərin qəhrəmanı Akaki Akakiyeviç Başmaçkin Peterburqun kiçik dövlət məmurudur. Bu sadə və yoxsul insana ətrafındakı gənc məmurlar lağ edir, əngəl törədir, onu incidir. Rusiyanın sərt qışından qorunmaq üçün yığdığı pulu ilə bir şinel tikdirir. Acı macəra da bundan sonra başlanır.
Şinel
·
Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Naşir, dramaturq, ədəbiyyatşünas, dirijor, əməkdar incəsənət xadimi olub. Əbdürrəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F. Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" (1884) adlı kiçik bir pyes yazmışdı. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır. O, burada olarkən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramını və "Dağılan tifaq" (1896) faciəsini yazıb. 1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda bədii yaradıcılığını da davam etdirib: "Bəxtsiz cavan" (1900) və "Pəri-cadu" (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib. "Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Şeyx Şaban", "Xəyalət", "Ac həriflər" və sair əsərlərin müəllifidir.
Marallarım
·
Yusif Vəzir Çəmənzəminli (1887–1943) Azərbaycanlı dövlət xadimi və yazıçı. Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsindəilk səfiri. Araşdırmalar Çəmənzəminlinin ilk dəfə 1937-ci ildə Avstriyada Qurban Səid təxəllüsü altında çap edilmiş "Əli və Nino" adlı sevgi romanının əsil müəllifi olduğuna işarə edir. "Saqqulunun xeyir işi" hekayəsi ironik formada cahil həyat tərzini ifadə edir.
Şaqqulunun xeyir işi
·
Yuri Kazakov (1927–1982) — Rus sovet yazıçısı və ssenaristi. “Palıd meşəsində payız” hekayəsi yazıçının ən lirik, poetik və mükəmməl əsərlərindən hesab olunur. Bu qəhrəmanların itirməyə qorxduqları və hər anından həzz almağa çalışdıqları bir məhəbbət nağılıdır.
Palıd meşələrində payız
·
Xurşidbanu Natəvan (1832–1897) Xurşidbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsidir. 1832-ci ildə Şuşada anadan оlan bu qız ailənin yeganə övladı və Qarabağ xanlarının sоnuncu vərəsəsi оlduğu üçün onu sarayda “ Dürrü yeкta” (Təк inci) çagırardılar. Xalq arasında isə Xan qızı adı ilə məşhur idi. Xurşidbanu Natəvanın lirikası klassik seir məktəbinin incilərindəndir.
Qəzəllər toplusu
·