Berqofski prinsipi haqda Syuzan öz karyerasının hələ lap başlanğıcında öyrənmişdi. Bu, “kobud güc” metodunun təməl daşı idi. Stratmor “TRANSTEKST”in yaradılmasına girişərkən məhz bu prinsiplə ilhamlanırdı. Prinsip birmənalı şəkildə deyir ki, əgər kompyuter kifayət edəcək sayda açarı götür-qoy edərsə, onda riyazi zəmanət vardır ki, o, düzgün olanı tapacaq. Şifrənin təhlükəsizliyi açarın tapılmasının qeyri-mümkün olmasında deyil, insanların əksəriyyətində nə vaxtın, nə də zəruri avadanlığın olmamasındadır.