– Bilirsinizmi? – deyə Əhməd kədərli səslə sözünə davam etdi. – Bizim camaatın dərdi böyükdür. Ümumən balaca millət olmaq bədbəxtlikdir. Hərə bir qapaz vurur, gözünü açmağa qoymur. Bir yandan da özümüzün satqınlarımız aman vermirlər. Siz bizim mollaları tanımırsınız. Onlar qoymurlar ki, camaat gözünü açsın.