Rus Əhməd bəzən “Zayej”in eyvanında oturub kitab oxuyardı. Bəzən də uşaqları başına yığıb, məzəli söhbətlər edər, uzaq yerlərdən, qalın meşələrdən izdihamlı şəhərlərdən, böyük çaylardan, boranlı-çovğunlu diyarlardan söhbət açardı.
Fatma söhbətə başladı:
– Əşrəfi görəniniz varmı?
– Nə olub ki?
– Dünən qonaq çağırmışdıq, lap əməlli-başlı oğlan olub.
– Bığı çıxıbmı?
– Ona baxmadım.
– Mən Allahın evində siznən kəlmə kəsə bilmərəm. Göydən od yağar.
– Yağmaz, molla, qorxma.