bahlulvaliyevцитирует7 лет назад
O vaxtlar mən on altı yaşında liseyin birinci kursundaydım. Arıq, uzun oğlanam. Saçlarım kirpi kimi pırpız dayanır; nə yana, nə də arxaya daranır, adamı lap dəli eləyirdi.

Atam deyirdi: “İnadsan, inad... İnadcıl adamın saçı yatmaz yəqin. Babana oxşamısan. Kaş, anana oxşayaydın”.

Kaş ki...

Anamın azca dalğalı, yumyumşaq, sarı saçları vardı. Ən çox da o mavi gözləriyçün darıxıram. “Mənim oğlum oxuyacaq, yüksək vəzifə yiyəsi olacaq” deyər, sonra da gözünün ucuyla atama baxardı. Elə bil sözləşiblərmiş kimi atam da ona nəzər yetirər, dodaqlarında incə təbəssümlə: “Ehh... Guya biz oxuduq, ağ günə çıxdıq” deyibən çiynini çəkərdi.

Nə vaxt anam yadıma düşsə, o vaqondan olan evi xatırlayıram. Duman arasında görünən bir nağıl gəmisi kimiydi. Yaddaşımda bir sıra şəkillər, hadisələr, insan üzləri var. Qırıq-qırıq cümlələr, gülüşmələr, hıçqırıqlar... Bunları bir də atamdan soruşuram.

Heç ərinmədən elə bil yazdığı romandan hissələr oxuyurmuş kimi, bütün təfərrüatı ilə danışar və mən geri qayıdıb beş-altı yaşın ağ-qara dünyasına təzədən baş vururam.
  • Войти или зарегистрироваться, чтобы комментировать