Ancaq həyat dediyin nədir ki? Anlaşılmaz sirr. Qurduğumuz nizam-intizam həmişə də davam edəsidi, biz belə düşünürük. Birdən ip qopar, işıq sönər, hər şey darmadağın olar
“Partiya” kəlməsi isə bizə fransız dilindən keçib. Dilimizdə bir neçə mənası var.
Parça, bölüm. Məsəlçün “bir partiya mal gəldi” deyirik.
Bir siyasi ideologiya ətrafında birləşən təşkilat, ya firqə də eyni sözlə ifadə olunur.
Əyləncə yığıncaqları. Bax bu əladır. Çünki bizimkilər “Kokteyl partisi” və ya “ov partisi” kimi yığıncaqları əyləncə halına salıblar.
Bir əl oynanan oyuna da “partiya” deyirik. Məsəlçün “bir partiya nərd” kimi.
Havayı mal əldə etmək, başqasını özəlləşdirmək. “Partiyanı vurmaq” deyimi böyük qazanc əldə etmək anlamına gəlir. “Partiyanı əldən çıxartmaq” isə əldə olunan qazancı, ya bir vəzifəni haqsızlığa uğrayaraq əldən çıxartmaq mənasında işlənir.
Xalq arasında “part” deyə bir kəlmə var. Mənasını bilənlər bunun qarın, göbək, mədə-bağırsaq anlamına gəldiyindən xəbərdardır.
Həmçinin tarixdə Skiflərlə qonşuluqda yaşayan köçəri həyat sürən Mesopotamiyaya, İrana qədər gedib çıxmış “Partlar” adında bir xalq da varmış, bilənlər bunu yaxşı bilir. İran əfsanələrində igid, döyüşkən, əsilzadə kimi haqqında bəhs olunan Partlar zaman keçdikcə Yunanların təsirinə məruz qalıb, tikdikləri saraylarda əxlaqsız həyat keçirməyə başlayırlar. Əlbəttə ki, xalq bu rəzilliyə qarşı etiraz edir və axırda Sasanilər iqtidarı ələ alaraq Partların hakimiyyətinə son qoyur.