Naşir F.Stellovskiylə bağladığı müqaviləyə görə 1866-cı il noyabrın 1-də ona yeni əsər verməli idi. Amma həmin vaxt “Cinayət və cəza” romanını bitirməyə çalışdığından stenoqrafçısı A.Q.Sinitkinanın köməyindən istifadə eləmək zorunda qalır. Cəmi 25 gün ərzində – 1866-cı il oktyabrın 4-dən 29-dək əsəri diktə eləyir və vaxtında nəşriyyata təhvil verir.