Sultan Mehmet Fateh İstanbulu alanda bir neçə yerdən qala altına lağım atdırır. Bizans hökmdarı da bunu bilib üzbəüz lağım atdırır. Bir neçə lağım uçur, hər iki qoşun nəfərləri altda qalır; bir neçə lağımda isə iki düşmən qarşılaşır, müharibələr tarixində birinci, bəlkə də axırıncı dəfə yeraltı döyüş olur. Tarixçilər Yazır ki, lağım qanlı bədənlərlə dolub, torpaq əvəzinə yeri tıxayır, bərkidir.