Canımı yandırdı şövqün, ey nigarım, qandasan?
Gözlərim nuru iki aləmdə varım, qandasan?
Bağrımı qal eylədi acı fəraqın, gəl iriş!
Ey ləbi vəslət şərabi-xoşgüvarım, qandasan?
Firqətin xarı məni gör kim na məcruh eyləmiş,
Ey gözü nərgiz, həbibi-gülüzarım, qandasam?
İnsan, şəxsi kamilliyə can atmalıdır. Şəxsən kamil olan insan başqasına zülm etməz. Heç kəsi qul etməz. Elə o zaman da zülm yer üzündən yox olar və dünya cənnətə dönər.
Sultan Mehmet Fateh İstanbulu alanda bir neçə yerdən qala altına lağım atdırır. Bizans hökmdarı da bunu bilib üzbəüz lağım atdırır. Bir neçə lağım uçur, hər iki qoşun nəfərləri altda qalır; bir neçə lağımda isə iki düşmən qarşılaşır, müharibələr tarixində birinci, bəlkə də axırıncı dəfə yeraltı döyüş olur. Tarixçilər Yazır ki, lağım qanlı bədənlərlə dolub, torpaq əvəzinə yeri tıxayır, bərkidir.