Bununla belə, əksər hallarda narkomanlarla heç kəsin işi olmur. Avtomobillərinin baqajları şəxsi istifadə üçün nəzərdə tutulan kiçik miqdarda narkotik maddələri axtarmaq məqsədilə yoxlanılır və beləliklə, bu adamlar — əngəlsiz-maneəsiz- gömrükdən buraxılırlar. Lakin özlərini — nə qədər arxayın göstərməyə çalışsalar da, gözlərindəki təlaşı gizlədə bilməyən sərnişinlərin avtomobillərindəki yük yerlərini gömrükçülər son dərəcə diqqətlə yoxlayırlar, çünki uzun illərin təcrübəsi onlara təlaş və həyəcanın ən xırda əlamətlərini belə yaxşı tanıtdırıb. Gömrükçülər narkokuryerlərin yüklərini keçirə bilmək üçün nələrə əl atdıqlarını artıq yaxşı bilirlər. Sonsuz sayda ən ağlagəlməz üsullar taparaq, insanları bihuş edib, reallıqdan uzaqlaşmağa kömək edən ağ tozu keçirmək üçün hər dəfə yeni-yeni hiylələrə əl atırlar. Yaxalanan hər bir narkokuryer gömrükçülərin peşəkar səriştələrinin artmasına səbəb olur və elə buna görə də hər hansı bir gözlənilməz əməl onları təəccübləndirə bilm
O zaman ilan kimi boynuna sarılan bütün narahatlıqlardan qurtula biləcəkdi.
hamısının üst-başı incədən-incəyə yoxlanılırdı. Katyaya
Və haramın toxunduğu hər şey haram olacaqdır; ona toxunan adam isə axşamadək napak qalacaq...
Hərçənd mən sənin
Gizli düşüncələrini anlaya bilirəm,
Lakin artıq burada susaraq
Qalmağa taqətim yoxdur.
Yüz min dəfələrlə mən
Yola çıxmaq istədim,
Sənin ardınca, əzizim,
Lakin axı bədənim
Təəssüf ki, zərif qadın bədənidir!
Ona görə də mən acizəm...
Keşikçilər yolumu kəsib
Sorğu-sual edəcək,
Mən bilmirəm nə deyim,
Hansı cavabı verim.
Ona görə də yola hazırlaşıb
Sənə gəlməyə yubanıram...
Kasa Kanamura, yeddinci əsr yapon şairi
Və haramın toxunduğu hər şey haram olacaqdır; ona toxunan adam isə axşamadək napak qalacaq.