Bu xalqların düşmənlərin ölüləri ilə barış adətləri mövhumatçılıqlarına görə öldürülmüş adamların ruhu qarşısında duyduqları qorxu səbəbindən yaranmışdır; belə bir qorxu bizim yaxın keçmişimiz üçün də xarakterikdir və dramaturgiyada ingilis dramaturqu elə bu duyğuların təsiriylə “Maqbet” və “III Riçard” dramlarında ölülərin qarabasmalarını səhnəyə çıxarmışdır
Tabu olduqca qədim çağlarda kənardan primitiv adamların keçmiş nəsilləri üzərinə qoyulmuş bir yasaqdır, yəni keçmiş nəsillərin sonrakı nəsillərə zorla sırıdığı bir yasaqdır
Sarmaşma halları nevrozundan əziyyət çəkənləri danışdıranda onların deyə biləcəyi ən anlaşılan söz bundan ibarətdir ki, onlar özləri üçün müəyyən etdikləri yasaqları pozsalar, onda ən yaxın saydıqları adamların başına böyük bir fəlakət gələ bilər. Bu fəlakətin nədən ibarət olacağını bilmirlər və dilə gətirdikləri bu əhəmiyyətsiz etiraflar da çox vaxt günaha batdıqlarını düşündüyü və ya ondan qorunmağa çalışdıqları vaxt dediyi sözlərdən ibarət olur,