Düzlük axtarmaqdır mənim adətim,
Onunçün əyridir bu gün qamətim.
Şəkər satmasanız bu yerdə bizə,
Sirkə də tökməyin istəyimizə.
Doğradur, qaradır yanında üzüm.
Ah, üzr istəməyə varmıdır sözüm.
Ac üçün kəpək də yağlı çörəkdir,
Tox üçün yağ-çörək sanki kəpəkdir.
Dərdlərdən, qəmlərdən azad bir ürək
Özgənin dərdini hardan biləcək?
Bəd övlad yaratdı məni zəmanə,
Evdə div oluram, çöldə divanə.
Çox da yüksəkliyə ucalma ki, sən
Torpağa düşəndə inciməyəsən.
Nə qədər alçaqdan yıxılsa adam,
О qədər ağnsı az olur müdam.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.
Əzəldən dünyamn bir qaydası var:
Bal tutan barmağı anlar sancar.
Şikan tutmağa aslan gərəkdir,
Tülkünün işi də müftə yeməkdir.