«Xəmsə»nin üçüncü poeması olan «Leyli və Məcnun» dünya ədəbiyyatının yüksək, müqəddəs və böyük bir məhəbbəti tərənnüm edən ölməz əsərlərindəndir. Nizami «Leyli və Məcnun» dastanını 1188-ci ildə qələmə alıb. Bu kitab öz dolğunluğu, orijinallığı və bədii keyfiyyətləri ilə diqqət çəkir.