Kitab Ay Ənənəsini öyrənmək istəyən gənc irlandiyalı xanım Brida O’Fernin gerçək və qəribə həyat hekayəsidir. Romanın əsasında Koelyonun öz axtarışları ‒ həyatda özünü, öz məqsədini axtarmaq ideyası durur. Yazıçı öz qəhrəmanlarının dili ilə inam və din, cadugərlik və magiya haqqında fikirlərini bildirir, bunları ehtiraslı sevgi söhbətləri ilə oxucuya təqdim edir. Sadə və canlı bir dildə yazılmış bu əsərdə cadugərlik insan qəlbinin dili ilə danışır. «… ya da bir qadın təsəvvür edin, o qadının on gümüş sikkəsi olsa və o, sikkələrdən birini itirsə, məgər onu tapmaq üçün lampa yandırıb, evi süpürüb axtarmazmı? Onu tapanda isə qonşu qadınları yığıb onlara belə deyər: Gəlin, mənim sevincimə şərik olun: itirdiyim sikkəni tapmışam». İncil, Luka 15:8–9 Ey günahsız Məryəm, sənə sığınan bizlər üçün dua et! Amin! Möcüzə yaradan N.D.L-ə, bu möcüzənin bir parçası olan Kristinaya və Bridaya ithaf edirəm. BRİDA