Adəm Gülüstan qəsəbəsinə göndərilir. Qəsəbədə onun işğal edilmiş kəndinin sakinləri yaşayır. Lakin yeni olan təkcə qəsəbə deyil, sevgilisi, dostu və hər kəs çox dəyişib. Adəm yaddaşında səyahət edə-edə bu çevrilmənin sirrini axtarır. Lakin bu axtarış onu daxili ziddiyyətlərə, burulğanlara, təlatümlərə sürükləyəcək. Və əbədi həqiqət bir daha təkrarlanacaq: Xatirələr əzab verir. Gülüstan adlı belə bir qəsəbə yer üzündə mövcud deyil. Onu xəritədə axtarmayın. Bəzi obrazların prototipi, bəzi hadisələrin oxşarı varsa da, hətta bəzi şəxsiyyətlərin adı olduğu kimi saxlanılsa da romandakı obraz və hadisələrə fakt kimi yanaşmaq doğru deyildir. «Gülüstan» bədii əsərdir və bütövlikdə təxəyyül məhsuludur.