Məşhur «Əli və Nino» romanının müəllifi kimi tanıdığımız Qurban Səidin ilk dəfə 1938-ci ildə Vyanada nəşr olunmuş «Qızıl Buynuzdan olan qız» əsəri yazıçının ustalığı və mətnin bədii siqləti cəhətdən diqqəti çəkir. Şərq və Qərb mədəniyyətləri, dəyərləri, adət-ənənələri, düşüncələri arasındakı amansız mübarizəni əks etdirən roman bu gün dünyanın onlarla dilinə tərcümə edilib, oxucuların qəlbini fəth edib. Əminik ki, əsər tezliklə Azərbaycan oxucularının da diqqətini çəkəcək, onların masaüstü kitabına çevriləcək.