Kiçik hekayələr müəllifi kimi tanınan Mopassan həm realist, həm də fantastik mövzularda yazmışdır. 1880-ci ildə ilk şah əsəri olan «Gonbul»u çap etdirmişdir. Burada hadisələr baş qəhrəman — yüngül xasiyyətli gənc qadın Elizabetin (çox kök olduğuna görə ona «gonbul» deyirdilər) ətrafında cərəyan edir. Əsər Fransa və Prussiya arasında gedən müharibənin təsviri ilə başlayır. Gonbul fiziki cəhətdən əxlaqsız, sadəlövh idi və ondan hamı istifadə edirdi.