Dostoyevskinin bu əsəri ilk dəfə 1870-ci ildə «Zarya» jurnalında dərc olunub. Əsərin əsas mövzusu Velçaninovla onun mərhum sevgilisinin sonradan evləndiyi Pavel Pavloviçlə olan qarışıq münasibəti üzərində qurulub. Pavel Pavloviç mənəviyyatca zəif, arvad sözüylə oturub-duran, müəllifin təbirincə desək, işi-peşəsi yalnız kiminsə «əbədi ər»i olmaqdan ibarət olan bir obrazdır. Kitabın əsas tragik qəhrəmanı isə balaca Lizadır. Əslində atası bildiyi Pavloviç qıza hər baxışında arvadının onu başqa «Yalquzaq»ın baş qəhramanı Harri Hallen yurdsuz-yuvasızdır. İnsanlardan tamamilə ayrı düşüb. Cəmiyyətlə onun arasında böyük uçurum var. Hesse bu əsəri belə izah edir: «Əlbəttə, mənim bu hekayətimi necə başa düşməyi əvvəlcədən oxucunun boynuna qoya bilmərəm və heç istəmirəm də. Qoy kim necə istəyir, elə də başa düşsün, nə lazımdırsa, onu da götürsün. Ancaq kaş onların çoxu görəydi ki, Yalquzağın hekayəti xəstəlikdən, böhrandan danışsa da, insanı ölümə, fəlakətə deyil, sağlamlığa, dirçəlişə doğru səsləyir». XX əsr alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, Nobel mükafatı laureatı Herman Hesse (1877–1962) missioner ailəsində doğulub. Hessenin valideynləri uzun müddət xristianlığın yayılması ilə məşğul olublar. Hidistanla bağlılıq kiçik yaşlarından Herman Hessedə də bu ölkəyə və ümumən Şərq mədəniyyətinə, fəlsəfəsinə böyük maraq yaradıb.