«Ovod» romanı bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır. Bu əsər XIX əsrin 30-cu illərində italyanların işğalçı Avstriya imperiyasına qarşı üsyanından, bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir. «Ovod» təxəllüsü ilə kəskin yazılar yazan bu gənc idealist sonunda öz xalqının azadlığı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivarisə çevrilir. O, usanmadan, yorulmadan düşmənlə mübarizə aparır, hətta haqqında çıxarılan ölüm hökmünün dəyişdirilməsi təklifi də onu tutduğu yoldan döndərə bilmir. Bu mübariz gəncin qəlbində bir də şəxsi faciələrinin açdığı yaralar doğmalarının onu intihara sürükləyən yalanı və bütün həyatını qaraldan cavabsız sevgisi var.