N.Əbdülrəhmanlının bu tarixi bestselleri Səfəvi hökmdarı I Şah Abbasın 1599–1601-ci illərdə Moskov çarlığına və Avropa ölkələrinə göndərdiyi səfarət barədə, səfarətin birinci katibi, zəmanəsinin gözəl təhsil görmüş adamlarından olan, döyüşçü, şair, rəssam, Qərbdə Don Xuan de Persia adıyla tanınan Oruc bəy Bayatın ömür hekayəti haqqındadı. Həqiqətən birnəfəsə oxunan romanda siyasi qarşıdurmalar, xəyanətlər, qətllər, fırıldaqlar, əzablarla yanaşı gözəl eşq macəraları da var…