Ən məşhur əsəri olan “Məsnəvi”dən xüsusi diqqətlə seçilən düşündürücü, yol göstərən, tərbiyəvi və hikmətamiz əhəmiyyətə malik olan bu hekayələrdə Mövlana öz müdrikliyi ilə insan ruhunun dərinliklərinə enərək, həyatın hər bir üzünü öyrədir. Oxuyacağınız hekayələrdə “Məsnəvi”nin sirlərini, incəliklərini və hikmətlərini kəşf edərək, yeni üfüqlərə yelkən açacaqsınız.