Günahsız günahkar. Roman. Hissə — 2
Қосымшада ыңғайлырақҚосымшаны жүктеуге арналған QRRuStore · Samsung Galaxy Store
Huawei AppGallery · Xiaomi GetApps

автордың кітабын онлайн тегін оқу  Günahsız günahkar. Roman. Hissə — 2

Fatma Axmed kızı Nabieva

Günahsız günahkar

Roman. Hissə — 2






18+

Оглавление

Fatma Əhməd qızı, Balakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.

Fatma Nabieva

Avtobus xeyli getdikdən sonra, Aylın yerindən qalxdı. Çantasını götürüb, şoferin yanına yaxınlaşıb — şoferə: bağışlayın, qarşıda saxlayarsınızmı? mən gedəsi olmadım, enmək istəyirəm. Şofer avtobusu biraz qarşıda sağa çəkib saxladı, — şoferə: vacib zəng gəldi, pulumuda almayacam sizdən, narahat olmayın. Çantamı zəhmət olmasa ala bilərəmmi? şoferin köməkçisi avtobusdan enərək, baqajı açıb Aylının çantasını verdi. Aylın çantasını — verənə: sizə uğurlu yol. Oğlan — Aylına: çox sağolun xanım sizədə uğurlar, tez avtobusa mindi, qapilar bağlandı avtobus getdi.

Aylın yolun kənarında dayanıb baxdı, az vaxtda maşın gəlib dayandı yanında, rəis idi sükan arxasındakı. Aylın çantasını baqaja qoyub, tez keçib əyləşdi ki, görən olmasın. Rəyis tez qaza basaraq yoluna davam etdi. Rəyis — Aylına: çox gözəl başlanğıcdır qızım işinə, bravo dediyimiz kimi yerinə yetirdin hər şeyi. Aylın — rəyisə: işimizin nə qədər ciddi olduğunu bilirəm yoldaş rəyis, dəqiq olmalıdır dediyiniz kimi hər şey, vaxtında və saatında. Rəyis maşını idarə edərək — Aylına: sən bizdə qalcaqsan. Aylın — rəyisə: nəə? sizdə niyə? sən Allah yoldaş rəyis məni oğlunuzla üzləşdirməyin. Çox üzür istəyirəm sözümə görə, oğlunuz sizin kimi ali çənab deyil. Rəyis gülərək, — Aylına: hə əsəbidir oğlum razıyam səninlə, birazda gözdən tərbiyəsini qaçırdığımı gecdə olsa indi anlayıram. Sən onun elə danışmağına baxma qızım, ürəyi pambıq kimi yumşaqdır. Aylın — rəyisə: xayiş edirəm mən otəldə və ya başqa evdə kirayədə qalaram. Nə olar bircə sizdə qalmayım çox xayiş edirəm sizdən, — Aylına: qızım səni kimsə görməməlidir, bu şəhərdən getdiyini düşünür hər kəs, birdəki işimizi anlayırsan çox təhlükəlidir. Mən səni başqa yerdə etibar edib qoya bilmərəm, səni evimizdə Sərdar hazırlaşdıracaq lazım olanlar. Aylın əli ilə alnına vurub of, off, mən necə yuxumu qarışdırmadım axşam? necə hiss etmədim rahat yatdım belə, aman Allahım bircə məni onunla sınağa çəkmə. Aylın bir anlıq rəyisi unudub öz — özünə deyinirdi, rəyis maşını idarə edərək Aylına gülməməkçün özünü zor tuturdu. Aylın — rəyisə: yoldaş rəyis mən bəlkədə dediyimiz o işdən sağ dönərəm, ancaq oğlunuzla bir evdə bir gün yaşasam sabahı üzümə açmaram, inanın infarkt olaram. Rəyis qəh — qəhə çəkib Aylının sözünə ürəkdən güldü, qızım bilirəm ikiniz bir — birinizlə yola getmirsiniz, ancaq sənin həyatını təhlükəyə ata bilmərəm anla. Birdə deyirəm başqa yerdə təlimin mümkünsüzdür çox düşündüm, mənim evimdə olduğunu bilməz kimsə, sənin haqda bir mən birdə oğlum biləcək. Əks halda bizdə qalmağa razı olmayıb şəhərdə gəzib dolaşcaqsansa de indidən işimizə son qoyaq. Aylın — rəyisə: tamam gərək deyil dediyiniz kimi olsun, maşının yan şüşəsindən dışarı baxdı üzgün.

Rəyis anlayırdı Aylının nədən narahat olduğunu, — Aylına: qızım mən səni bu işə dəvət etdiyimçün çox üzgünəm, sənin həyatın çox dəyərlidir mənimçün bil. Bəzi satqınlardan və təhlükədən səni yanımızda evimizdə hazırlayaraq qoruya bilərik, sənin gizlin hazırlandığını uçan quşda bilməməlidir. Rəyis — Aylına: bu gün sənə oxşar kefsiz olan bir nəfəridə gördüm səndən başqa, dur xatırlayım kim idi o? hə yadıma düşdü Sərdarda gördüm, gülümsədi. O da sənin kimi kefsiz oldu bildiyində səni hazırlaşdıracaq işlə əlaqədar, + sənədən fərqli olaraq çox əsəbləşdi. Ancaq bu ciddi işdir belə məsələhətdir dediyimdə anladı, razılaşdı o da qırmadı məni sənin kimi, çox sağolsun ikinizdə. Rəyis Aylına qandırırdı ki, davalaşsanızda bir nöqtəyə gələcəksiniz işin xətrinə. Aylın susdu artıq söz demədi, rəyis güzgüdən Aylına baxıb gülümsəyərək, maşının sürəətini artırdı.


Aylının getməsinə hər kəs üzülmüşdü, Sadiq evə çatan kimi küçüyü qucağından yerə buraxıb — küçüyə: qaç yeməyini ye, küçüyə baxıb gülümsədi. Anası — Sadiqə: oğlum Aylını uğurladınızmı? Sadiq dərindən nəfəs alıb — anasına: hə ana getdi. Sadiqin üzgün olduğunu anladı, ancaq artıq söz demədi, — anasına: mən otağımdayam, getdi. Anası oğlunun ardınca baxıb yavaş səslə, Aylın olduğunda qədrini bilmədin çox üzdün. İndi qızım getdi deyə heç özündə bilmədən elə üzgünsən ki oğlum, dərindən ah çəkib başını narazılıqla sirkələdi. İntizar gəldi — Şahnaza: Şahnaz xanım axşama gələcək qonaqlarınıza nələr hazırlayaçağımız haqda məsləhət verərdiniz zəhmət olmassa. Şahnaz — İntizara: gedək birlikdə düşünək, fikrim qarışdı heç özümdə bilmirəm, getdilər.

Sadiq öz otağına getmədi, Aylının otağına gəlib qapını açıb otağa baxdı üzgün — üzgün. Aayağının yanına gəlmiş kücüyü quçağına alıb — küçüyə: darıxırsanmı dostunçün? qapını örtüb qucağında küçüklə gəlib Aylının yatağında uzandı. Küçüyü qarnının üstə qoyub başını tumarlayaraq — küçüyə: müalicə olunsun gələcək darıxma. Biraz küçüyü sığallatıb gülümsəyərək, — küçüyə: darıxsan səninlə gedərik yanına, dərindən nəfəs alıb gülümsəyərək, küçüyü qaldırıb yuxarda tutdu. Bilirsən? mən Aylını tanıdığımdan bir dəfədə olsun onun gərçəkdən gülümsədiyini görməmişdim. Ancaq sən gəldiyindən sonra onun üzünün ifadəsini gərçəkdən dəyişdirə bildin. Sən balaca varlıq gülümsəməsinə səbəb oldun, əsil dostsan. Sənin adını seçməyində yanılmadı Aylın, mən bu qədər vaxtda onu anlamadım, bacarmadım yazığın üzünü güldürə. Sən isə gəldiyin andan onu anladın sevdin, dərindən nəfəs alıb yerində oturdu. Allahım güldüyüm başıma gəlir, mən artıq öz — özümə küçüklə danışıram. Yatağa uzanıb küçüyü sinəsinə qoyub — küçüyə: sən gərçəkdən çox şirinsən dostum, başını tumarladı.


Ramiz Kamilnən evə gəlib kefsiz oturmuşdu, Aylının dediyi söz yadından çıxmırdı. Kamil — Ramizə: nə dedi Ayın sənə? yol boyuda demədin mənə. Ramiz biraz baxıb, — Kamilə: dedi səhv bir şey eləsəm məni bağışla və hammıdan halallıq istə əvəzimdən. Kamil narahat oldu — Ramizə: niyə elə desin ki? bilmədiyimiz bir problemimi var? Ramiz çiyinlərini çəkib, bilmirəm ki dostum. Kamil biraz düşünüb — Ramizə: yazıq yaddaşının itəcəyini filanmı düşünmüş? yəqin həkimin sözü çox ciddiliyə almış. Aylın həyatta tərs bir şey etməz bilirik artıq bunu, ancaq tərs olan bir şeyə doğru addımlayar, of demədən yandırar özünü. Ramiz — Kamilə: inşallah olmaz tərsə gedən bir şey, Kamil divana söykənib qollarını bir — birinə dolayıb Ramizə baxdı. Ramizin hələdə fikrində qalmışdı Aylının sözündən, qarşısındakı içkidən içərək — Kamilə: mən bir zəng edib baxım necədir. Telefonunu çıxarıb Aylına zəng etdi, alo canım, — Ramizə: birdənəm darıxdınmı? Ramiz Aylının səsini eşidib rahat oldu. Canım mənim darıxmarammı? səsini eşitdim rahat oldum, necəsən? — Ramiə: darıxma birdənəm yaxşıyam narahat olma. Kamil səni təkmi qoydu, yanında deyilmi? Ramiz gülümsəyib, — Aylına: yox yanımdadı, dostum məni tək qoymaz heç vaxtı. Aylın gülümsəyərək, — Ramizə: Kamil kimi ikinci dost nə sən taparsan, nədə mən. Qədrini blməliyik onun, — Aylına: verim danış özüylə, telefonu kamilə uzatdı.

Kamil tellefonu götürdü, alo canım salam, yol yormur ki səni? — Kamilə: yox yormur, narahat olma hər şey yaxşıdır. Sən orda mənim birdənəmi tək qoyma, tamammı? Kamil Aylının sözünü anlamağa calışdı, şüphəli qalmışdılar. Qoymuram canım sən Ramizdən narahat qalma mən onunlayam, əsil biz səndən narahatıq, dərindən nəfəs alıb Ramizə baxdı. Aylın — Kamilə: niyə narahatsınız məndən? — Aylına: yenə özünü oda — ocağa atıb qəhrəmanlıq etməndən ola bilərmi? Ramizi mənə tapşırırsan. Ramizdəndə hər kəsdən əvəzinə halallıq istəməyini xayiş edirsən, bizim bilmədiyimiz bir şeymi var? Aylın gülümsəyərək, — Kamilə: uzun yol gedirəm kim bilir nə olacaq, o üzdən dedim. Kamil — Aylına: şər deməsək xeyir gəlməz məsəli çəkmişsən, sən cavankən qocalırsan canım məsəl çəkmələr filan. Aylın — Kamİlə: hə oğlum səndə bir gün qocalaçaqsan mənim kimi, Kamil Aylının sözünə güldü. Canım nə olsada zarafatından heç qalmırsanda, — Kamilə: zarafatla yaşayıram mən dostum. Kamil — Aylına: zarafatcıl insanların dərdi çox olur hər zaman, başqalarını güldürərək öz dərtlərini içlərində gizlədirlər. İstəmirlər özlərindən başqaları anlasınlar, üzülsünlər. Mən düz tapdım, elə deyilmi? Kamilin bu sözünə Aylın biraz vaxlıq susdu. Kamil — Aylına: burdasanmı canım? — Kamilə: hə burdayam. Az vaxlıq dediyin sözün mənə aid olub — olmadığını düşünürdüm, yenə zarafata saldı sözü sualdan qaçdı. Kamil dərindən nəfəs alıb — Aylına: özünə yaxşı bax. Çatdığında zəng et mütləq bildir gözləyəcəyik zəngini, — Kamilə: tamam deyərəm, öpürəm hamınızı. Kamilə birinci idi Aylın öpürəm sözünü deyirdi, Kamil — Aylına: bizdə səni öpürük canım. Sağollaşıb telefonu söndürüb masaya qoyub, əllərini üzünə çəkib baxdı Ramizə, Kamil Aylından şüphələnmədi. Kamil — Ramizə: hər sözü zarafata salır, ürəyim nəyə isə görə narahat oldu. Sözlərindən bəzən anlamaq çox çətindir onu, bəzən anlamırsan hansını doğru, hansını zarafatla deyir. Belə dediyində Ramiz Kamilə baxıb güldü. Kamildə öz içkisini götürüb içərək düşündü, Aylının sözlərindən bir şeylər axtarırdı. Ramiz başını narazılıqla sirkələyərək baxdıb gülümsədi, Aylının Kamili incitməsinə. Ramiz — Kamizlə: hə dostum o elədir, birdənəsinin ürəyini bəzən anlamaq çox çətin olur sözlərindən. Ramizin ürəyim deməsini duyduqda, Kamil içkini başına çəkib sonuna qədər içib, bakalı masaya qoydu. İçki içini yandırsada bildirmədi, kənara baxdı üzgün — üzgün.


Rəyis Aylını evinə gətirdi, çantaları divanın yanında yerə qoyub — Aylına: xoş gəldin qızım. Aylın — rəyisə: vallah yoldaş rəyis bir elədə xoş sayılmır gəlişim oğlunuzun burnunun dibinə. Rəyis Aylının sözünə gülümsəyərək, — Aylına: sən məni bu gün çox güldürürdün qızım, çoxdandı gülməyi unutmuşdum, sayəndə üzüm güldü.

Sərdarda gəldi — atasına: mən bir ay izin aldım sağollaşdım hər kəs ilə, qalan işi sən həll edərsən. Sərdarın danışığından Aylın biraz pərt qaldı, sanki dəyişmişdi. Sərdar — Aylına: başımın bəlası hazırsamı təlimə? Aylın cavab verincə — Aylına: demək ki hazırsan qarşımdasan. Rəyis — Aylına: birdə təkrarlıyıram qızım, səninlə dediyim kimi Sərdar məşğul olacaq, Sərdar atasının sözünü yozaraq Aylına göz vurdu. Atasının oğlunun hərəkəti gözündən qaçmadı, — Sərdara: Sərdar bəy məşğul dediyim işlə əlaqədardır xatırladım sənə bir daha, işində ciddi olaraq dediyim hər şeyi yerinə yetirəcəksən. Sərdar çest verərək — atasına: baş üstə yoldaş rəyis, dediklərini yerinə dəqiqliklə yetirəcəyimə və bunu tezliklə ölümə göndərməkçün əlimdən gələni əsirgəməyəcəm. Atası başını narazılıqla sirkələyərək Sərdara işarə etdi ki, qutar qızı incitməyi. Sərdar — atasına: atacan dediyin kimi mən bununla məşğul olacam, həmdə çox ciddi. Aylına baxdı kinlə gülümsəyərək, atasıda bilirdi Aylının bu işə razı olmasından Sərdar narazıdır, belə deyib Aylını qorxudaraq işindən çəkindirməyə çalışırdı. Aylında Sərdara fikir verməməyə çalışırdı. Rəyis — Aylına: dediyim kimi bizimlə burda qalacaqsan, şəhərə çıxıb yaxınlarından kimsəyə görünməyəcəkən. Sənin otağını birazdan göstərəcək Sərdar, burda bir də otaq hazırlamışıq ki, sənə görüntülü zəng etdiklərində o otağa keçəcəksən. Hər kəs müalicə aldığın xəstəxananın otağında olduğunu düşünəcəklər. Təlim yerində idman zalı olacaq, hər şeylə orda məşğul olacaqsınız Sərdarala. Sərdar atasının sözünə gülümsədi, atası oğluna əsəbləşsədə, artıq söz demədi. Saatına baxıb — olara: mən işə gec qalıram qalanı axşam danışarıq, sizə uğurlar dediklərimi unutmayın ikinizdə, axşama görüşərik getdi.

Aylın Sərdarla qaldı üz — üzə, Sərdar süzürdü baxışları ilə — Aylına: götür çantalarını martş otağına ardımca. Aylın Sərdarın kobut davranışına öyrənmişdi artıq, Sərdara tərs — tərs baxıb cantalarına yaxınlaşdı. Sərdar — Aylına: birdə hünər etmə kamandirinə elə baxmağa, sən məni anladınmı? Aylın çantasını götürüb yavaş səslə öz — özünə: ay mən səndən olası kamandirin, sözünün ardını gətirmədi. Çantalarını götürüb Sərdarın ardınca getdi.

Sərdar çatıb otağın qapısını açıb — Aylına: keç cəld ol, əmir verdi, Aylın otağa keçdi baxdı. Sərdar saatına baxıb — Aylına: sənə beş dəqiqə vaxt işimizə başlayırıq, qapını örtüb getdi. Aylın Sərdarın ardınca, sənə beş dəqiqə vaxt işimizə başlıyırıq, sənin beş dəqiqənədə bütün saatınada, ömrünə də, … … Aylın pis söz işlətdi əsəbindən. Çantasını yerə qoyub açaraq içindən əsəblə paltarını götürdü, paltarını əlləriylə əsəblə sıxaraq dayandı bir anlıq üşündü, öz — üzünə: sakit olmaq lazımdır, nə demişdi Məlik dayı? düşmanının gözünə baxmalısan. Çantasına əli ilə vuraraq, axxx bu tip düşmandan da betərdi, düşmanı vurub öldürərsən canın rahatlanar, bu zibili nə edəsən? qapı açıldı. Sərdar — Aylına: vaxdın bitdi yaxınlaşdı, — Sərdara: mən əynimi dəyişmədim hələ çıx otaqdan. Birdə otağa girdiyində qapını döyməyə unutma, sənə öyrətməyiblərmi belə şeyləri? sənin beyninə girməz bilirəm. Sərdar Aylının sözünə əsəbləşdi, qolundan tutub özünə yaxın çəkib — Aylına: mənə bax bura sənə otel və ya öz evin deyil bu bir, ikincisi öz evimdir necə girərəm özüm bilərəm. Burda əmirləri sən mənə deyil, mən sənə verirəm unutma yerini bil. Sən mənim bütün əmrlərimə tabe olacaqsan tək — tək susaraq, yəni canın çıxa — çıxa anladınmı? buda üç. Mənim dediyim vaxtda hazır olacaqsan qabağıma söz qaytarmadan, buda dört. Qalan qanunlarlada təlim zalında tanış olacaqsan, 5 — 6 — 7 — 8 — 9 — 10 və sayir, hadi düş önümə, bağırdı! Aylına əsəblə. Aylın artıq söz demədən kefsiz çıxdı otaqdan, Sərdarı gözləmədən qapını örtdü üzünə.

Sərdar əsəbləşib qapını açıb çıxıb ardınca yetişib Aylının qolundan tutdu. Əsəblə divara qısladı kobutca, dişlərini bir — birinə sıxıb — Aylına: mənə bax mədəniyyətli, bir daha üzümə qapını çırparsansa səni, Aylının gözlərinin içinə əsəblə baxdı sözünün ardını demədi. Aylın qolunu çəkməyə çalışdı əlindən, Sərdar dişlərini bir — birinə sıxıb əsəblə — Aylına: dartınma mənim əsəbimlə oynama. Aylının qolunu sıxdı canını acıtdı, Aylın nə qədər canı acısada bildirməməyə çalışırdı ona. Sərdar Aylının qolunu kobutca buraxıb, itələdi kənara. İndi isə ardımca adam kimi gəl, yoxsa canını təkrar acıtaram anladınmı? öndən getdi. Aylın qolunu ova — ova əsəblə getdi ardınca çarəsiz.


Sərdar Aylını sport zalına gətirdi İşıqları yandırdı, çox şey vardı zalda masanın üstündə. Aylının heç ğörmədikləri silahlar, pıçaqlar qoyulmuşdu. Sərdar masaya yaxınlaşıb — Aylına: yaxınlaş bura, əmir etdi. Aylın yaxınlaşdı, tapancanı götürüb göstərərək — Aylına: sən bunu görmüsən, bilisəndə nədir? dayından gizlin aldığına oxşardır. Heç atəş açdınmı? Ayın başıyla yox deyə işarə etdi. Sərdar Aylına bağırdı! sual verdiyimdə hə yox cavabı qaytaracaqsan, aydındırmı? Aylın Sərdarın bağırmağından səksəndi. Yox heç vaxt açmadım atəş təssüflər olsun, Sərdar anladı Aylının sözü özünə dediyini. Məhəl qoymadan əlində silahı tutub — Aylına: öncə silahla davranmağı örgənəcəksən. Aylın — Sərdara: bilmədən atəş açmaq ciddi sayılmır elə deyilmi? Sərdar anladı Aylın nə demək istəyirdi, yəni özünün vurulmasına işarə edirdi. Əlindəki silahı uzadıb — Aylına: al denə istəyirsənsə. Aylın silahı almadı, — Aylına: hünər etməyəcəyin şeyi heç fikrindən belə keçirmə, bu özünü alçaltmaq deməkdir. Əgər fikirləşdinsə, fikrində olanı düşünmədən edəcəksən. Əks halda qarşındakı fikrini oxuyar ya həyatını itirərərsən, yada həyatda sağ qalıb ömrün boyu xəcalət çəkərsən, anladın sən məni. Həyatda insanın ən böyük səhvi nədir bilirsənmi? hardan biləsən ki? düşünmə qabilyətinə malik ola bilməməsidir. Silahla davranmağı örgədəcəm sənə diqqətlə qulaq as, fikrini edə bilməyəcəyin boş — boş şeylərlə doldurub məşgul etmə, təkrar etməyi xoşlamıram. Silahı söküb Aylına başa salmağa başladı, yenidən yığaraq danışa — danışa başa salırdı əsəblə. Qarşıda uzaqda qoyulmuş mişenə qəfil atəş açdı bir neçə dəfə. Aylın qulaqlarını tutub mişenə baxdı, tam baş nahiyəsindən dəymişdi atılan kurşunların hammısı. Sərdar fikir vermədən yenə nə isə danışmağa davam etsədə, açılan ətəş səsindən Aylın Sərdarı duymurdu. Sərdarın dəqiq atəş açmasından profisyonal olduğunu anlaşılmışdı. Sərdarın üzünü ciddi ifadə almışdı, sanki bayaq sözü yozub sağa — sola yozan o deyildi, danışdıqlarınıda dəqiqliyi ilə izah edirdi.


Axşam olmuşdu Aylın çox yorulmuşdu, o qədər şey izah edərək danışmışdı ki, beyni yüklənmişdi, həmdə atəş səsindən başıda ağrıyırdı. Otağına gəlib yerinə uzandı elə bil daş daşımışdı.

Rəyis işdən gəldi, pəncəyni çıxarıb divanın qoltuğuna qoydub əyləşdi, Sərdarda düş alıb gəldi boynunda dəsmalla — atasına: axşamın xeyir ata. Atası — Sərdara: axşamın xeyir oğlum, Aylın hanı? necə keçdi birinci təlim günü? — atasına: yəqin otağındadır pis keçmədi yoruldu biraz, gəlib əyləşdi. Könlü balıq istəyənin quyruğu suda olmalıdı, elə deyilmi? özü istədi söz dinləmədi, indi canı çıxsın dözsün həm işinə, həm də təlimnə. Birazda özündə olmayan mədənyyəti — mərəfəti öyrənəcək məndən. Atası — oğluna: oğlum biraz mülayim ol, qız bizim işimizə görə çətinliklərə qatlanmağa razı oldu. Nə düşünürsən? onun çoxmu xoşu gəlir sənin acı sözlərini qəbul etmək. Sərdar acıqlandı — atasına: istəmirdi razı olmayaydı, mən dəfələrlə dedim onada sənədə, anlamadınız məni ikzinizdə. Birdəki o bizim işimizə görə deyil, pula görə razı olub bunu ikimizdə yaxşı bilirik. Atəş səsindən qulaqlarını tutub baxırdı üzümə, duymurdu nə dediklərimi. O halıylamı o bizə oları çəkəcək sübut əldə edəcək? ay hay etdi, birisi atəş açsa əlindəkiləri buraxıb qulaqlarını tutuacaq. Atası acıqlandı — Sərdara: nə etsin qız? borcu var, hə pula ehtiyacı var. Sərdar — atasına: səndə bundan istifadə etdin eləmi? borcu var deyə soxdun öfdəsindən gələ bilməyəcəyi işə, o orda 1 dəqiqədə sağ qala bilməz.

Atası acıqlandı — Sərada: nə olub sənə, bu nə danışıqdı? Sərdar dərindən nəfəs alıb — atasına: artıq orda ona nə isə olsada inan uğrumda deyil. Biz nə cavab verəcəyik yaxınlarına düşündünmü heç? dayısı böyük yerlərdə çalışır əli çatmayan yerlər yoxdur. Dostunun atasını desən oda elə, çalışdığı evdəkilərində az adı sanı yoxdur. Bilirsən o qadın bunu qızı kimi qəbul edib, de necə çıxacağıq bu işin altından? Sərdar haqlıydı bir tərəfdən. Atası üzgün baxışlarla baxaraq — Sərdara: bilmirəm oğlum, mənim başqa çarəm qalmadı bilirsən. Neçə illərdi o alçağı ələ keçirə bilmirəm, hər gecə ananı yuxumda görürəm, çox qorxuram o şərəfsizi gəbərtmədən ölərəm. Hər gününü keflə gözümüm içinə baxa — baxa yaşayır alçaq şərəfsiz. Mənim ruhumda yanar o dünyamda əgər ananın qisasını almassam ondan, yaşarmış gözləri ilə oğluna baxdı. Mən şəxsən sənə görə ona toxuna bilmirəm, bilirəm ki məni tək səninlə məğlub edəcək. Sənsiz həyat mənə gərək deyil oğlum, sən anandan mənə qalan tək yadigarısan anla. Sərdarda pis oldu kənara baxdı, — Sərdara: hamilə bir qadına qıydı bi qeyrət, məni sındırmaqçün ananı vurdurtdu gözümün önündə. Səni həkimlər çox zor qurtardılar, o günlərin kabusunu mən hər gün təkrar — təkrar filim kimi izləyirəm. Anlayırsanmı oğlum mənim niyə belə etdiyimi? niyə günahsız qızın ora getməsinə razı olduğumu. Sərdar — atasına: mənə görə onu ora göndərmə ata, onun ordan sağ qayıtmayacağını ikimizdə yaxşı bilirik. Mənim anamın qisasıdır, mən gedim bu dəfə eybi yox ölsəmdə. Atası — Sərdara: oğlum ora məndə gedərəm qorxmuram olardan, bilirsən ki biz ikimizdə ora getsək satılacağıq, ananın qisası alınmadan ortalıqlarda dolaşacaq bi qeyrət. O şərəfsizdən ananın qisasını almasam mənə nə bu dünyada yer var, nədə o dünyada, anladınmı oğlum.

Aylın əsəbləşib gəlmişdi ki rəyisə desin işdən imtina edirəm, danışdıqlarını duyduqdan sonra dayanıb baxa qaldı yerində, çox pis oldu. Bilmirdi rəyisin arvadının qatili olduğunu çəkəçəyi adamın, sakitcə dönüb otağına getdi.

Eşitdiklərindən dəhşətə gəlmişdi, otağına gəlib öz — özünə: demək qisas məsələsidir. Alçağa bax sən hamilə qadını vurdutmuş rəyisə görə, imansız bi qeyrət şərəfsiz. Gəlib yerinə uzanıb dərindən nəfəs alıb öz — özünə: yazıq rəyis nələr çəkmisən bir şərəfsizin üzündən. İndi anlaşıldı bunun anasının necə rəhmətə getdiyi, yazıq qadın. Qapı açıldı, Aylın artıq bilirdi qapını döymədən otağına gələn ancaq Sərdar olardı, yerində oturdu. Sərdar gəlib dayandı çarpayısının yanında, qalx yemək vaxtıdır. Aylın yavaş səslə — Sərdara: aç deyiləm mən, Sərdar çox üzgün görünürdü. Sərdar — Aylına: demişdimmi sənə təkrar etməyə xoşlamıram? Aylın yerindən qalxıb — Sərdara: hə yoldaş kamandir. Bağışlayın günahkaram əmir edərsiniz, otaqdan çıxarkən qapıda dayanıb gözlədi. Sərdar — Aylına: nə durmusan önümdə? — Sərdara: qapını üzünə örtməyim deyə dayandım komandirim. Bilirsinizmi yol həmişə xanımların deyil, Sərdar evdə atası var deyə Aylının payını verə bilmədi. Gözlərinin içinə baxıb — Aylına: bax belə, əhilləşdirəcəm səni az vaxtda. Artıq adam olursan ardımca gəl, Sərdarın dediyi söz Aylına daş kimi dəydi, dodağını ceynəyərək bir anlıq özünü ələ alaraq, əsəblə getdi ardınca.

Rəyis süfrəni hazırlamışdı yemək çəkdi hər ikisinə. Sərdar təşəkkür edib götürüb yeməyə başladı, rəyis özünədə yemək çəkib oturdu. Aylın Sərdarın atasını gözləmədən yeməsinə baxdı, rəyis anlamışdı Aylın oğluna nəyə görə elə baxırdı, gülümsədi. Rəyir — Aylına: qızım bu evə anasından sonra, oğlumdan və məndən baqşa qadın — qız girmədi bu günə kimi. Bəzən yeməyi mən hazırlayıram, bəzəndə oğlum, düzü çox az hallarda biz evdə yemək yeyirik, oğlumla dışarda yeyirik çoxsu vaxtdı yeməyimizi. Hazırladığımızı bəzən çarəsiz yeyirik, ya duzu çox olur, yada hədsiz dadsız olur. Atası danışıb qurtarınca Sərdar yeməyini bitirdi, sağol ata əllərinə sağlıq. Qalxıb öz qabını aparıb getdi mətbəxtdə. Rəyis — Aylına: hərbiçilərin yeməyidə cəld olmalıdır qızım, əks halda ac qalarıq zarafat etdi, yeməyini ye qızım. Aylın yeməkdən bir qaşıq yemişdi, hədsiz duzlu olduğunu hiss etdi, rəyisi qırmamaqçün bildirmədən zorla yedi.

Sərdarda atasına duzludu demədən yemişdi. Görünür bu evdə normal yemək bişməmişdi heç vaxtı, qadın olmayan ev bilinirdi yeməklərindən, səliqəsizliyindən. Rəyisdə sakitcə yeyirdi yeməyini, Aylın çox çətinliklə bitirdi yeməyini çörək yemədən. Aylın — rəyisə: çox sağolun əllərinə sağlıq. Rəyis — Aylına: nuş olsun qızım, yenə çəkimi yemək? Aylın tez, yox doydum sağolun. Mən sizə çay süzüm, ayağa qalxıb mətbəxtdə gəldi.

Sərdar masaya söykənib qəhvə içirdi, mətbəxtdə çox qarışıq idi, çay hardadı tapa bilmədi baxsada. Aylın — Sərdar: çay hardadır? Sərdar yuxarıdan açıb verdi çay poketini, görünür bu evdə heç dəmlənmirdi normal çayda. Aylın fincanı götürüb qaynar su töküb, çay poketini saldı fincana, şirinyat qabınıda götürüb apardı. Rəyis yeməyini bitirmişdi, Aylına təşəkkür etdi çaya görə, çox sağol qızım. Aylın siniyə masada olanları toplayıb apardı mətbəxtdə. Sərdar qəhvəsini bitirib fincanı yumadan qoyub getdi. Aylın mətbəxtdin vəziyyətinə baxıb dərindən nəfəs alıb özünə su tokub içdi, yemək duzlu olduğundan yanmışdı içi.


Gecə saat 4 olurdu, Aylının yuxusu tam dağılmışdı gərçəkləri duyduqdan sonra. Mətbəxtdi səliqəyə salıb hər şeyi yuyub qoymuşdu yerinə səliqə ilə, ətrafa atılmış paltarlarıda yuyub sərmişdi. Hər yeri səliqəyə salmışdı silmişdi, sabahçün yeməkdə bişirib hazır qoymuşdu. Yeməyin dadına baxıb öz — özünə: mm pis deyil, rəyisin hazırladığına baxsaq mənim hazırladığım ləzzətli olub. Qazanın qapağını qoyub, əlindəki qaşığı yuyub yerinə silib qoydu, öz — özünə: Şahnaz anamın yeməklərinə çatmaz əlbətddə. Mətbəxtdən çıxıb gəlib divanda əyləşdi, saata baxdı səhər 5: 00 olurdu artıq. Divanda uzandı biraz düşündü, və eləcə ordada yuxuya düşdü. Aylın evin abu havasıda dəyişmişdi, çox səliqəli olmuşdu.


Adətlərinə görə Sərdarla atası səhər tezdən oynamışdılar, rəyis gəlib Aylının divanda yatıb qaldığını görüb gülümsədi. Ətrafa baxıb dərindən nəfəs alıdı, öz — özünə: çoxdandı bu evdə belə səliqəlik təmizlik olmamışdı. Sərdar gəldi əl üzünü yuyub, — atasına: ata sənmi yumusan paltarlarımı? atası barmağıyla sus deyə işarə etdi. Sərdar Aylının yatdığını görüb — atasına: bu niyə burda yatıb ki? atası yavaş səslə — Sərdara: ətrafına baxsana oğlum. Yazıq qız bizim tökdüklərimizi yuyub yığışdırıb, Allah bilir səhərə qədər yatmayıb. Sərdar hələ fikir verməmişdi, ətrafa baxıb — atasına: o yuyub demək paltarlarımızıda. Atası — Sərdara: oğlum yavaş danışsana oyadacaqsan qızı, Aylın səsə oyandı, rəyislə Sərdarı görüb tez divandan ayağa qalxdı. Uşaq kimi gözunu ovaraq — rəyisə: bağışlayın burda yuxuya dalmışam, buyurun əyləşin, kənara çəkildi. Rəyis keçib əyləşib — Aylına: sabahın xeyir qızım, sən yatmamısan gecə anladım. Aylın — rəyisə: sabahın xeyir yoldaş rəyis, sadəcə yuxum gəlmədi dedim biraz evə əl hərləyim. Olur məndə ev dəyişdiyimdə, alışmıram tez yata bilmirəm. Rəyis gülümsəyib, — Sərdara: bax oğlum qadın olan ev necə bilinir səliqəsiylə — təmizliyi ilə, qoxusu belə başqa olur. Aylın — rəyisə: indi mən sizə səhər yeməyi gətirim, mətbəxtdə getmək istədikdə — Aylına: qızım biz yemirik səhər yeməyi zəhmət çəkmə get yat. Aylın — rəyisə: yatdım bəsdir yuxum yoxdur narahat olmayın, səhər yeməyi önəmlidir mətbəxtdə getdi, Sərdarda keçib əyləşdi, gecə pis yatmışdı boynunu ovdu ofudadı,

az vaxtdan Aylın qayıtdı sini dolu səhər yeməkləri ilə, sinini masaya qoyub gedib çaylarıda gətirdi sinidə. Çayda təzə dəmlənmişdi bilinirdi qoxusundan. Aylın çay fincanlarını qoydu Sərdarın, rəyisin qarşasına, götürüb çörək dilimlərinə yağ — bal çəkib səliqə ilə qoydu boşqablarına, pendir qabınıda yaxınlarına qoydu ki kim istəsə götürsün. Rəyis — Aylına: çox sağol qızım əyləş səndə, Aylın keçib əyləşdi. Rəyis çaydan içərək yağ — bal çəkilmiş çörək dilimini yedi iştahla, mm cox dadlıdır qızım əllərinə sağlıq. Sərdarda sakitcə boş qabda qoyulmuş çörəyi götürüb yedi çayını içərək, — Aylına: səndə ye qızım. Aylın sinidən çay fincanını götürürb qarşısına qoyub, olara baxmamağa calışdı.

Ancaq nə etmək olardı? üz -üzə oturduqlarından məcbur görürdü oların necə iştahla yediklərini, ürəyi göynəyirdi, çox yazıq olmuşdu anasız — qadınsız hər ikisinə. Bir alçaq səbəb olub rəyisin evi — evladı ana qayğısından və yeməyindən məhrum qalmışdı, özüdə çoxdan həyatının mənasını itirmişdi. Rəyis yeməyini çayını bitirib ayağa qalxdı, — Aylına: qızım təkrar əllərinə sağlıq, çox gözəl oldu səhər yeməyimizi evdə yeməyimiz. Aylında ayağa qalxdı — rəyisə: nuş olsun. Rəyis — olara: mən işə gedirəm, səndə qızım biraz yat dincəl sonra məşgul olarsınız işinizlə. Aylın rəyisin divana ora — bura baxdığını görüb anladı pencəyini axtarırdı. Aylın — rəyisə: asılıdır yoldaş rəyis, icazənizlə buyurun sizi uğurlayım. Rəyis Aylının sözünə pərt oldu dönüb oğluna baxdı, — Aylına: tamam qızım. Aylın gedib rəyisin pencəyini papağını gətirdi, rəyisə yardım etdi pencəyini geyinməyə. Rəyis pencəyini geyinib dönüb gülümsəyərək, — Aylına: sənin kimi belə hörmətli, qanacqlı, birini görmək mənə çox xoşdur qızım. Aylın rəyisin papağını verib — rəyisə: gününüz uğurlu keçsin, rəyis təşəkkür edib razı halda hər — ikisinə: axşama qədər, getdi. Ardınça Aylında getdi ki qapını bağlasın. Sərdarda yeməyini bitirib çayını içə — içə düşünürdü, Aylın rəyisi yola salıb qayıdıb masadakıları siniyə toplayıb, apardı mətbəxtdə. Sərdarda ayağa qalxıb çay fincanlarını siniyə toplayıb apardı mətbəxtdə. Aylın hər şeyi səliqə ilə yerinə qoyurdu mətbəxtdə. Sərdar — Aylına: sənə yatmaq yoxdur, əsəblə sinini masaya qoyub getdİ,.

Aylın öz — özünə: sakit səbirli ol Aylın hər şey yaxşıdır, özünü sakitləşdirməyə çalışdı. Aylında qabları yuyub hər şeyi yerinə qoyub mətbəxtdən çıxdı getdi zala.

Qapını açıb baxdı Sərdar yox idi, işıqları yandırıb içəri keçib masaya yaxın gəldi, silahlara baxdıb öz — özünə: sizi icad edən yansın. Siz nə qədər günahsız insanları məhv edirsiniz qanlarını tökülürsünüz bir Allah bilir. Arxadan Sərdar — Aylına: səndən fərqli olaraq bizlərə silah gərəkdir. Sənin kimi özümüzü odun parçasıla qoruyacaq deyilik hər halda. Aylının izahatında yzılmışdı odun parçasıyla qorunmağa çalışdığı. Sərdarda ordan sözü hərləyərək Aylını lağ etdi, — Sərdara: əsirlər öncə əjdadlarımızda odun parçasıyla qorunmuşlar, hətta bəzi insanlara bənzər vəhşi heyvanlardanda. Mən bəzilərindən fərqli olaraq çanağımı bəyənməyənlərdən deyiləm. İndiki zamandada mənim kimi odun parçasıyla savaşaydılar, bəlkə sağ qalmaq şansları olardı bəzilərinin, tapancanı əlinə götürüb nifrətlə baxdı.

Bu dəmir parçasından çıxan bir mərmi ilə neçə günahsızın həyatına son qoyulur, xeyirsiz zibildir, tapancanı masaya qoydu. Sərdar əlinə tapancanı götürüb — Aylına: bəzəiləriçün var xeyri. Məsələn bəziləri deyilənlərə diqqətlə qulaq asaraq silahdan düzgün istifadə edərək qarşındakı düşmənini vurarsa, ona həyatda təkrar yaşama şansı verir. Zəmanə dəyişdi axıllı, oyan daş devrində yaşamırıq artıq odun parçasıyla düşmənlərimizin qarşılarına çıxmağa. Aylın — Sərdara: axıllı insan silahsızda qalib gələ bilər, — Aylına: sənin kimimi? o zaman niyə qalib gəlmədin pıçaqladın? — Sərdara: bilərəkdən pıçaqlandım mən, o bir oyun idi. Sərdar — Aylına: o zaman bəs o günü niyə mənə qalib gələ bilmədin? özün irəli addım ataraq səssiz səni öpməmə razı oldun. O damı bir oyunun idi? — Sərdara: xeyir o sənin oyunun idi. Sərdar — Aylına: necə dilinə gətirə bilirsən bilərəkdən özünü pıçaqlatdım deyə? sən retki manyaklardansan. Aylın — Sərdara: şadam sonunda anladın kim olduğumu, başlayaq vaxtımızı boşa xərcəməyək. Sərdar — Aylına: sənsəndə bayaqdan boş — boş danışan, nə yaxşı olardı dünyada hər kəs silahdan imtina etsəydilər, biri — biriləri ilə odun parçalarıyla savaşsaydılar, filan. Sərdar gülməyə başladı qəh — qəhə çəkib, — Aylına: dünyanın o bir qırağından raketlər əvəzinə ağaclar atacaqlarmış, üstündə maymunlarla banan qarışıq gələn ağacları gördükdə anlaşılacaqmış hansı ölkəyə aitdir silahlar. Aylın tərs — tərs baxaraq əsblə — Sərdara: tamam yetər, gedin silahlarınızla savaşın. Sərdar gülməkdən əliylə masanın qırağından tutub dayanmışdı. Aylın dərindən nəfəs alıb əsəblə zaldan çıxdı getdi, Sərdar hələ gülürdü qarnını tutub özünə hakim ola bilmirdi.


Beləcə günlər kemirdi, məşq edirdilər hər gün Aylınla, bəzən zəng gəldiyində Aylın tez otağa qaçırdıvə ordan danışırdı hamı ilə ki, xəstəxanada olan bilsinlər özünü. Bəzəndə çox zəng gəlib işləri yarımçıq qaldığında Sərdar əsəbləşirdi Aylına. Məcbur dözürdülər işin xətrinə biri — birilərinin kobut rəftarına, yeməyi Aylın hazırlayırdı hər gün. Evi mətbəxtdi səliqəli saxlayırdı, Sərdar divanın üstünə paltarını atıb getdikdə, Aylın paltarlarını gətirib üstünə atırdı ki, səliqəsizlik etməsin. Sərdar istəməyə — istəməyə gedib atırdi paltarını maşına yumaqçün. Məşqlərdə Aylın çox səhvlər edirdi və bununda heyfini Sərdar Aylından çıxırdı, acılayıb bağıraraq. Bəzəndə Aylın əlindəki silahı atıb gedirdi Sərdarın özünü səsləməsinə baxmayaraq, gəlib otğında qapını bağlayıb otururdu. Sərdarda ardınca gəlib qapını bağlı gördüyündə çiyni ilə vurub açırdı qapını, gəlib Aylının qolundan tutub aparırdı darta — darta kobutluqla canını acıtaraq. Rəyis oğlunun kobut davrandığını çox gözəl bilirdi, ancaq Aylının hər şeyi dəqiq öyrənməsiçün susurdu.


Bir gün səhər qapının zəngi basıldı, Sərdar gedib qapını açdı gələn dostu Tahir idi. Qucaqlaşıb görüşdülər — Sərdara: dostum darıxdım sənsiz. Sərdar -Tahirə: gəl qardaşım, atam başıma bəla salaraq üzümü gün işığınada həsrət qoydu. Gəldib Sərdarla divanda əyləşdilər, Tahir Aylından xəbardar idi, — Sərdara: dostum sənin əvəzinə çox qorxuram inan, o qız çox təhlükəlidir. Baxsana sonunda işdəndə ona görə izinli oldun, artıq bir — birimizi normalada görmürük, sənsiz bütün işlər tökülüb başımdan aşağı. Bu bir aya o qız səni bir təhər edər, mən o gecə səhəri zor açdım, vallahi deməyədə çəkindim toletə getməyə istəyirəm. Sərdar dostunun o halını xatırlayıb güldü, qəh — qəhə çəkib. Tahirin dizinə əlini vurub -Tahirə: qardaşım o anını xatırlatma mənədə, — Sərdara: vallahi əllərim açılan kimi zəncirdən buraxılan it kimi qaçdım, Aylın gəldi.

Tahiri gördüyündə tanıyıb — Tahrə: oo, mən kimi görürəm salam, Tahir tez ayağa qalxdı — Aylına: salam, mən dostumu ziyarətə gəldim. Dedim bir baxım necədir, başına yenə nə oyunlar açırsan, çox şükür sağdır — salamtdır. Aylın — Sərdara: nə oldu? danışmışdıq mənim burda olduğumu kimsə bilməyəcəkdi. Sərdar — Aylına: Tahir mənim qardaşım sayılır, yəni bu evin üzvü, anladınmı? sənə görə qardaşımdanmı keçməliyəm? Tahir — Aylına: xanım məndən narahat olmayın, biz gərçəkdən Sərdarla qardaş kimiyik. Bu işdə mənimdə payım var, o şərəfsizlər mənimdə qardaşımı vurdular qətlə yetirdilər, biz əlimizdən gələni edəçəyik o şərəfsizin tutulmasıçün.

Aylın — Tahirə: üzüldüm başınız sağolsun, inşallah bu dəfə planınız baş tutacaq mütləq, haq olan yerini tapacaq və cəzalandırılacaqlar. Məndə əlimdən gələni edəcəm ki günahsızların qanı yerdə qalmasın. Tahır dərindən nəfəs alıb — Aylına: çox sağolun sizin etdiyiniz böyük cəsarətdir, hər qadın qız bu işə razı olmazdı. Düzü Sərdar dediyində inanmadım sizin bu işə razı olduğunuza, sonradan düşündüm niyədə olmasın ki? İkimizidə səhərə qədər əli — qolu bağlı saxla bacardınsa, bunuda başarasan. Bunu təkrar bilməni istəyirəm, Aylın xanım razılaşdığınız iş çox təhlükəlidir. Aylın — Tahirə: bu şərəfsiz kimdirsə kökünə sonunda son qoymalıdır. Sərdar — Tahirə: qardaşım əyləş, Tahir əyləşdi, bu Aylın xanım dediyin kəs pul təklifini duyduğunda qulaqları kar oldu, gerisini duymadı. Bunun xəbəri yoxdur hələ odun parçasıyla rol getdiyi obraza bənzər deyil bu iş. Qarşılarına gələcək şərəfsizlər küçə banditlərindən dəfələrlə çox qəddardırlar, bir göz qırpımında öləcəyini ciddiliyə almır. Aylın — Sərdara: mənə pul lazımdır doğrudur, mənim andım var valideyinlərimin borcunu ödəməkçün, səndə bunu bilirsən. Bəs nədən dostunun yanında başqa cürə ifadə edərək, niyə səhf məlumatlandırırsan? mən pul düşkünü deyiləm. Atanın dediyi qədər pulun iki qatınıda almayacam, yerinə yetirəcəyim işin qarşılığında borcumu ödəsin, qalanı uğrumda belə deyil. Mən sadəcə bu dünyadan rahat getmək istəyirəm anamın yanına, gözləri yaşardı. Aylın gözlərini uşaq kimi qoluna silib getdi mətbəxtdə,

Tahir çox pis oldu — Sərdara: niyə qızı acıladın? görmürsənmi halını? Sərdarada toxundu Aylının bu sözləri. Dərindən nəfəs alıb -Tahirə: qardaşım məndə onun gedib orda gəbərməsini istəmirəm, dəfələrlə dedim bundan betər acıladım alçaltdım, yenə əl çəkmədi dediyindən tərs keçi. Masaya barmağını əsəblə vuraraq — Tahirə: silah səsinə qulaqlarını tutursa, sən de ora gedib nə… edəcək? Tahirdə üzüldü duyduqlarından, çarəsiz baxa qaldı. Sərdar — Tahrə: bilə — bilə onu ölümə hazırlaşdırıram vicdan əzabı çəkirəm qardaşım, anlayırsanmı? nəqədər ondan xoşum gəlməsədə fikir məni öldürür, yuxuda yata bilmirəm rahat.

Biraz vaxtdan Aylın gəldi əlində sinidə iki qəhvə fincanı ilə, Tahirlə Sərdar bir — birinə baxdılar təcüblə. Aylın gətirib qəhvələrini qarşılarına qoyub — Tahirə: mənə düşmənlərimin qarşısında kövrək olmaq qəti qadağandır. Tahir Sərdara baxdı ki, Aylın bu sözü özlərinəmi deyirdi? Aylın keçib əyləşib — olara: hər şeyə hazırıqlı olmalıyam, elə deyilmi Sərdar bəy? Sərdar Aylına baxıb nə demək istədiyini anlamağa çalışırdı, ancaq fikrini toplaya bilmədi. Aylın — Tahirə: sənin bacın varmı? — Aylına: hə var məndən kiçikdir, Aylın bir anlıq fikirə dalaraq — Tahirə: mənimdə dostumun bacısı var adı Nərgizdi. Mənədə bacı sayılır, çox şıltaqdı balaca uşaq kimi, hər dəfə boynumuza sarılıb gəzməkçün şirin dilini işə saldığında adamı avtomotik gipnoz edir, yox demək qeyri mümkün olur. Sərdar diqqətlə Aylına baxıb onu anlamağa çalışırdı, Tahir — Aylına: ayy demə, bacıların hanmısı belədirlərmiş? mən elə bilirdim təkcə mənim bacım şıltaqdır. Sərdar bizə gəldiyində ondan yapışır ki aparın gəzməyə. Aylın Sərdara baxıb — Tahirə: dostundan nə isə xayiş etməkdə mümkünmüşmü? Sərdar gözlərini qıyıb — Aylına: sən nə etməyə çalışırsan? Aylın — Sərdara: sayəndə artıq özümü aktyor sanıram. Rol gedirəm görmürsənmi? Tahir bilirdi Sərdarla Aylın itlə — pişik kimi yola getmirdilər, davasız qeyri mümkündür yan — yana oturmalarıda. Tahir qəhvəsini götürüb içərək — Aylına: mənim dostum çox gözəl ürəklidir Aylın xanım, o sadəcə işində çox ciddidir, sən bacarıb çoxda şəxsi qəbul etmə xayiş edirəm. Sərdarla Aylın sanki Tahiri duymurdular, gözlərini qırpmadan bir — birinə baxırdılar nifrət dolu baxışlarla. Aylın kinlə gözünü çəkmədən gülümsəyib, — Tahirə: gərək yox tərifinə dostunun. Səndə gözünün şahidi oldun şövbədə nə qədər ciddi olduğunun, ayağa qalxıb Sərdara tərs — tərs baxıb getdi.

Tahir- Sərdara: dostum ömründə heç etmədiyini etməyə çalışdın, onuda üzümüzə — gözümüzə bulaşdırdıq damğa kimi qaldı alnımıza yapışıb bəçərəsizliyimiz. Sərdar -Tahirə: az qalıb, işimiz bitdiyində artıq bunu görməyəcəyik sən narahat olma. İşimiz bitincədə mən ondan o heyifimizi elə alacam ki, özünün alnında — yaddaşında qalacaq dediyin o damğa, min peşman olacaq mənimlə dirəşdiyinə. Tahir qəhvə fincanını masaya qoyub — Sərdara: dostum məsləhətim axlındakıları unut, lazım olan təlimini keç yandırma özünü, Sərdar Tahirə baxdı. Tahir — Sərdara: deyirəm çox dərinə getmə bilmədən o qarışıq özündə batarsan, Sərdar üzünü turşudub -Tahirə: onunlamı bataram? sən Allah qardaşım zarafatını belə etmə. O düşüncəsiz başdan xarabla məni tay tutma, Allah onu düşmənimədə qismət etməsin bu həyatda, çox demirəm başqası üç günə axılını yerindən oynadar bunula. Mənim bunun kimiləri ilə həyatım keçdi, alışıq olduğumdan dözürəm çətində olsa atamın xətrinə. Tahir dərindən nəfəs alıb diqqətlə dostuna baxdı şüphəli baxışlarla. Sərdarında əsəbləri pozulmuşdu, Aylın haqda elə desədə başqa nədən isə narahat olduğu hiss olunurdu, Tahir başını narazılıqla sirkələyərək kənara baxdı.


Sadiq tanışları ilə restoranda oturub söhbət edirdilər, birdən gözü kənarda əyləşən qızların birisinə sataşdı, qız Sadiqə şaşqın baxışlarla baxırdı. Sadiq qızı tanıyıb nifrətlə baxdı ona, yanındakı tanış oğlanlarda baxdılar qıza tərəf, dostları — Sadiqə: qardaşım bu o qız deyilmi? səni atıb gedən, ay səni vijdansız necə baxır utanmadan. Bir — birilərinin arasında qızın dalınca deyindilər, Sadiq çox əsəbləşdi qızı görüb qalxıb çıxdı restorandan. Dostları anladılar Sadiqin nə səbəbdən masanı tərk etdiyini, üzüldülər qıza nifrətlə baxdılar.

Sadiq dışarı çıxıb bir kənarda dayanıb dərindən nəfəs alaraq nifrətlə baxdı, az vaxtdan arxadan Sadiq canım deyən səs duydu, qızın səsindən tanıdı dönmədən — qıza: canımmı? güldü kinlə. Bir dəfə axtarmadın qansız — vijdansız, hansı candan danışırsan? qız gəlib arxadan Sadiqin belinə sarılıb, üzünü kürəyinə qoydu. Məni zorla apardılar buralardan, mən səndən ayrılmazdım bilirsən bunu, qız ağlayırdı Sadiqi arxadan qucaqlayıb, çox zəng etdim sənə zəngim çatmadı. Agladı içini çəkə — çəkə, bu gün döndük şəhərə sənə gələcəkdim, rəfiqəm sənin artiıq yeridiyini dedi çox sevindim. Mən sənə bütün olanları anlatmaqçün mütləq gələcəkdim evinə rəfiqəmlə, bu üzdən burda görüşmüşdük. Qismətə bax burda qarşılaşdıq səninlə, Sadiqi bərk — bərk qucaqlayıb kürəyindən öpərək üzünü qısıb tutdu. Sadiq — qıza: indi necə oldu ki valideyinlərin sənin mənimlə görüşməyinə icazə verdilərmi? yəqin sağaldığıma görədir elədrmi? — Sadiqə: atam rəhmətə getdikdən sonra hər şey dəyişdi. Sadiqin qızın əllərini belindən açaraq dönüb qızın qolundan tutub əsəblə — qıza: sən məni sevsəydin mütləq bir yolunu tapacaqdın. Gərçəkdən sevən sevdiyiçün nələr etməz ki? orda sənin əllərini bağlayaraqmı saxlamışdılar? qaçıb gələrdin. Sevsəydin məni tək qoymazdın, rəfiqən burda deyildimi? onunla bir söz göndərərdin, olanlardan xəbərdar edərdin məni. Sən vəfasız heç birini etmədin, sənə olan nifrətimi, əsəbimi, başqa günahsız insanlardan çıxırdım. Sən səbəb olub anamı — atamı qırdım kobutladım, sən məhv etdin məni elə vəziyyətimdə atıb getməyinlə, imansız yalançı. İndi gəlib qarşımda yalandan göz yaşlarını axıtma xeyri yoxdur, mən yoxam artıq get kimləri çox sevirsən olara. Qız ağlayaraq — Sadiqə: inan canım mən belə olmasını istəməzdim, atam məni zorla apardı niyə inanmırsan axı? Sadiq qıza nifrətlə baxaraq, get birdə qarşıma çıxma. Sənin getdiyin o gündən bitdi hər şey, Sadiq qızın qolunu koburca buraxıb, yanından çiyninə bilərəkdən qolunu vuraraq itələyib keçib getdi. Qız çiynini tutub baxdı Sadiqin ardınca çarəsiz baxışlarla.


Sərdara zəng gəldi, ayağa qalxıb gedib mətbəxtdə danışdı kiminləsə, Aylın gəldi — Tahirə: bir daha qardaşını itirmək istəmirsənsə mənimlə razılaşacaqsan, Tahir Aylına baxdı şüphəli baxışlarla. Aylını üzünün ciddiliyindən anladı nə isə demək istəyirdi özünə. Aylın keçib əyləşib mətbəxt tərəfə baxıb — Tahirə: indi sənə deyəcəklərim orda telefonla danışan qardaşına aitdir. Tahir narahat oldu — Aylına: anlat səni dinləyirəm, — Tahirə: anlatacam, söz ver aramızda qalacaq dediklərim, — Aylına: tamam söz verirəm anlat. Bu sənin axıllı qardaşın mənə təlim keçib öyrətsədə, gizlincə hər kəsdən xəbərsiz o şərəfsizlərin qarşısına özü gedəcək. Tahir — Aylına: nəə? onu ora heç çatınca yaşatmazlar bunu özü çox gözəl bilir, buda hardan çıxdı indi? — Tahirə: ikimizdə bilirik heç mənimdə ordan sağ çıxmam mümkün deyil. Anasını o şərəfsizin vurdurduğundan xəbərdaram, — Aylına: bu ailə sirridir sən hardan bilirsən? — Tahirə: mənim nəyi hardan bildiyimimi müzükirə edəcəyik? yoxsa mənim deyəcəklrimlə razılaşaraq qardaşının həyatdda qalmasıçün yardımmı edəcəksən. Tahir mətbəxtdə telefonla danışan Sərdara baxıb biraz düşündü, — Aylına: mən nə edə bilərəm de razıyam hər şeyə. Aylın mətbəxt tərəfə baxıb -Tahirə: sənin işin partlayıcı ciharları zərərləşdirməkdir elə deyilmi? Tahir Aylına şüphəli baxışlarla baxaraq, hə elədir. Ancaq bunun söhbətə nə dəxli var ki? -Tahirə: çox dəxli var Tahir bəy, sən məni anladın. Tahir başını narazılıqla sirkələyərək, yox deyə işarə etdi. Aylın — Tahirə: yaxşı — yaxşı düşün sən, onuda deyim bu axıllı qardaşının oların qarşısına nə vaxt gedəcəyi bəlli olmaz, cibindən kağı çıxarıb Tahirin yanına qoydu. Burda telefon nömrəm yazılıb az vaxtımız var yaxşı bilirsən özün, düşünüb düzgün qərar verərək zəng edəcəyinə əminəm. Birdə bunu deyim aramızda qalacaq bu verdiyin söz, and olaraq günahsız qanı tökülmüş qardaşının ruhuna bağışlamanı istəyirəm.

Sərdarın gəldiyinin görüb ayağa qalxıb — Tahirə: mən biraz dincəlim, qardaşınla rastaşdığım gündən çox yoruldur beynim. Tahir tez kağızı götürüb cibinə qoydu, Sərdar Aylının — ardınca: get biraz məşğul ol silahla davranmağı, beyni yorulubmuş bunun. Aylın cavab vermədən getdi otağına. Sərdar keçib əyləşdiyində Tahirin üzünün rənginin qaçdığını görüb — Tahirə: qardaşım ruh görmüşlər kimi rəngin qaçmış sənin. Mən olmayan o arada nə oldu? — Sərdara: heç nə dostum yox birşeyim, sadəcə Aylını qayıtmayacam öləcəm filan dedi ürəyimə toxundu. Sərdar Aylının ardınca, qorxaq dedimmi sənə görə deyil bu iş? indi niyə camaatın hisləriylə oynayırsan? Allahım sən mənə səbir ver. Sərdar xəbərsiz idi az öncə öz canı qarşılığında qorxaq dediyi Aylın, onun həyatda qalmasıçün dostunu secim qarşısında qoymuşdu. Tahir Sərdara şüphəli baxışlarla baxaraq həyəcan keçirirdi içində, çarəsiz qalmışdı ortalıqda. Ayın onu gərcəkdəndə çətin seçim — sınaq qarşısında qoymuşdu, ya Aylının dediyi ilə razılaşaraq qardaşının canını qurtaracaqdı, yada, Tahiri tər basdı oturduğu yerdə.


Günlər kecdikcə Sərdar Aylını tanıyırdı yaxından, anlayırdı ki Aylın tam başqa bir insandır. Həyatda özünü yandıraraq, başqalarıçün öz ölümünə düşünmədən imza atan biri idi. Hər gün Aylını acılayıb kobut davransada, axşam evə atası gəldiyində sanki heç bir şey olmamış kimi davrana bilirdi, zarafatları ilə atasının üzünü güldürə bilirdi. Sərdar bu evdə gülüş səsi eşitməmişdi özünü qandığından, qapının yanında dayanıb baxırdı olara.

Aylın nədən söhbət edirdisə atası gülməkdən yaşarmış gözlərini silirdi əlləri ilə. Aylın kənarda dayanıb özlərinə baxan Sərdarı görsədə, görməməzliyinə salırdı məhəlqoymurdu çalışıb, Aylının bu evdə olması hər şeyi dəyişmişdi. Atası — Sərdara: gəlsənə oğlum orda niyə durmusan? Sərdar gəlib əyləşdi. Sərdar — Aylına: sən atamı güldürə bilirsənsə gərçəkdən aktiyorluğa layiqsən bravo, əl çaldı. Atası dərindən nəfəs alıb — Aylına: Allah səni güldürsün qızım, oğlum mülayim təşəkkür edə bilmir nə edək, onunda adından sənə minnətdarlığımızı bildirirəm. Bu evə sən gələndən sonra güldüm, danışdım, həmdə normal yeməklər yedik ağzımın dadadı dəyişdi. Başqa vaxtdı hər kəs öz otağına gedər yatar, və səhər oyanıb ətrafa atılmış paltarlarımızı geyinib tələsik işimizə gedərdik. Sən bu evə başqa istilik gətirdin qızım, artıq dışarda yemək yeməyə istəmirəm dadsız gəlir hər şey, evdə qadının — qızın olması böyük xöşbəxtlikdir. Allah səni bizə çox görməsin, evimizi özümüzü dəyişdin gəlişin ilə, rəyis ayağa qalxdığında Aylında hörmət əlaməty ilə qalxdı yerindən. Gecəniz xeyirə Allah rahatlıq versin hamımıza, getdi. Aylında Sərdarda — rəyisə: gecən xeyirə dedilər.

Aylında getmək istəyisdi — Aylına: otur biraz söhbət edək. Aylın Sərdara baxdı düşündü yenə acılayacaq özünü, — Sərdara: acılanmaq normam tamamlanmayıb yəqin bu gün. Buyurun Sərdar bəy nə istəyirsiniz? Sərdar ciddi baxaraq — Aylına: səni istəyirəm. Aylın anladı, bilirdi Sərdarın tərbiyəsiz rəftarını, özünü sındırmadı — Sərdara: mənimi? Aylın əyləşdi. Aylın — Sərdara: sözünü de eşidirəm, — Aylına: guya sözüm olduğunda dinlədin elə çox məni, Aylın Sərdara baxıb nə demək istədiyini anlamağa çalışdı. Sərdar — Aylına: mənim sənə son dəfə təklifin olacaq qısaca, sənin dayına olan borc pulunu qoydum yatağının yanına. Səhərə kimi vaxtın var yaxşı — yaxşı düşün, əvəzində səndən heç bir şey istəmirəm, sadəçə atam oyanınca evi tərk etməyini istəyirəm pulu qəbul edərək. Aylın sakit susaraq Sərdara baxdı, Sərdarda Aylına baxırdı və təklifini qəbul edib etməyəcəyini gözlərindən oxumağa çalışırdı. Aylın — Sərdara: atanın qədrini bil, o səni çox istəyir sən onun tək varlığısan, onu heç vaxtı qırma — üzmə, sən onun həyatda yaşamasıçün səbəb olan tək varlığısan. Bu sözləri Sadiqədə demişdim, o da sənin kimi mənə pul təklif etmişdi evini tərk etməyimçün, mən bir şərtlə o evi tərk edəcəyimə söz verdim ona. Sonunda razılaşdı şərtimlə, gerisini özün yaxşı bilirsən deməyə ehtiyac yoxdur, mənə artıq atanın dediyi o pulun bir hissəsidə lazım deyil. Məndən sonra öz evimizi dayımın adına borcum qarşılığı yazmalarını xayiş etdim yaxın tanışlarımızdan. Sərdar birinci dəfə idi ki Aylının qarşısında susaraq baxa qalırdı. Aylın ayağa qalxıb — Sərdara: gərçəkdən yorulmuşam, mənim tək bir istəyim var, tezliklə bu həyatdan valideyinlərimin yanına getmək, başqa heç bir şey. Sərdar qalmışdı baxa, Aylının dediklərini bu günə qədər heç ciddiliyə almamışdı. Aylın — Sərdara: gecən xeyrə getdi otağına, Sərdar baxıb düşünürdü, üzünü ciddi ifadə aldı.


Aylın gəlib yatağına qoyulmuş bükülü pul paçkasına toxunmadan uzanıb yatdı üzü divara tərəf, qapı döyülmədən açıldı Sərdara gəldi otağa. Aylının üzünü çevirib pula heç toxunmadan yatdığını görüb — Aylına: o zaman sən işdən kənarlaşdırıldın Aylın xanım, anladınmı? bu gecəni burda qalmağa izin verirəm sənə, səhər açıldıqda evi tərk edəcəksən. Aylın yatdığı yerdən heç dönüb baxmadı, cavabda qaytarmadı Sərdara, otaqdan çıxıb qapını bərk vurub getdi əsəblə, Aylın öz — özünə: pulun batsın.

Sərdar əsəblə gəlib yerinə əsəbləşib uzandı öz — özünə: gedəcəksən bir daha gözüm görməyəcək səni. Qapı döyülmədən içəri Aylın girərək, gətirib pulu Sərdarın üstə atdı. Ayın — Sərdara: atanın başını aşağı etmə, götür zibilini öz oğlunun satqın olduğunu bilsəmin yazıq kişi. Məni nə sən, nədə başqası pulla satın ala bilməzlər anladınmı? bilmədilərdə bu günə qədər. Qapınıda döymdən niyə girdim deyə elə baxırsansa deyim, məsəl var atı — atın yanına bağlasalar rəngi keçməsədə, pis vərdişləri keçərmiş. Aylın dönüb otaqdan getmək istədikdə, Sərdar cəld qalxıb qapının önünü kəsdi ki Aylın otaqdan çıxmasın. Aylın — Sərdara: çəkil önümdən, Sərdar çəkilmədi — Aylına: nə dedin? bir dah təkrar etsənə, kimdir satqın? Aylının üstünə — üstünə yeriməyə başladı əsəblə. Aylın geri gedə — gedə gəlib yatağa çatınça dayandı, Sərdar elə əsəbləşmişdi ki Aylının özünə dediyi sözdən, gözləri qızarmışdı. Aylın Sərdarın sinəsinə əlini tutub saxladı ki özünə hədsiz yaxınlaşmasın, Sərdar Aylının əlinə baxıb — Aylına: sən kimə satqın deyirsən? bağırdı! — Sərdara: sənə deyirəm satqın. Sərdar əsəbləşib Aylının üzünə şillə vurdu, əlləri ilə üzündən tutudu, qapı açıldı içəri atası girdi. Sərdarın Aylını vurduğunu anladı dodağı qanamışdı, gəlib oğlunu zorla kənara çəkib — Sərdara: sən nə edirsən dəlimi olmusan? bağırdı! oğluna. Sərdar yenə Aylına hücum çəkmək istəyirdi, atası tutub divara qıstayıb -Sərdara: özünə gəl vurdurtma mənə yetər dedim. Sərdar atasına bağırdı! vur niyə dayanmısan? sən mənim şərəfimdən vurdun ata eşidirsən? şərəfimdən — namusumdan vurdun. İşə gətirib bunu soxduğun gündən hər yerimdən vuruldum mən, bağırdı! Atası oğlunun yaxasından buraxdı, dönüb Aylına baxdığında yerə dağılmış pulları gördü. Rəyis — Aylına: bu nədir? Aylın dodağının qanını silib — rəyisə: mənim sınmamış qürurumdur, çıxdı otaqdan. Atası şüphəli — şüphəli oğluna baxdı əsəblə. Sərdar divara söykənib, əsəbindən başının ardı ilə təkrar — təkrar divara vurdu.


Səhər açılmışdı, ağır bir gecə ötmüşdü hər kəs üçün, bazar günü olduğundan rəyisin iş günü deyildi, Sərdara gəldi. Tahirin atasıyla oturub söhbət etdiyini görüb gəlib dostuyla görüşdüb əyləşdi sakitcə, axşam olanlardan Tahir xəbərdar idi. Aylında gəlib — Tahirə: sabahın xeyir, Tahirə baxdı ki anlasın o dəfə dedikləri ilə razıydımı? Tahirin baxışlarından razı olduğunu anladı, — Aylına: sabahın xeyir Aylın xanım. Aylın heçnə olmamış kimi mətbəxtdə getdi, rəyis axşam oğlunun etdiklərindən çox üzgün idi, Aylının qarşısında xəcalət çəkirdi. Sərdar — Tahirə: necəsən qardaşım? — Sərdara: məni boş ver sən pərişan görsənirsən, yaxşısanmı? Sərdar axşam atasının acılamasından sonra, Aylının ardınça pis söz deməməməkçün özünü zor tuturdu. Tahir Sərdarın çiyninə əlini qoyub, sənə vallahidə medal düşür, rəyis -Tahirə: əsil medal Aylına düşür, qardaşınla baş edə bildiyinə görə. Sərdar öz — ozünə: inşallah ölümündən sonra verərsən medalını, atası duydu dediyini, Sərdara nə isə demək istəyirdi Aylın gəldi qəhvə dolu sini ilə. Sinini masaya ortalığa qoyub — rəyisə: yoldaş rəyis sizdən izin ala bilərəmmi şəhərə çıxmağımçün? rəyis Aylına baxdı. Aylın — rəyisə: məni kimsə tanımayacaq narahat olmayın, mən uzaqdan dayımı və Ramizi görmək istəyirəm. Rəyis axşam olanlardan sonra Aylına dahada çox sayğı duyurdu, pulu qəbul edərək işini tərk etmədiyinə görə. Tamam qızım haqqın var çıxa bilərsən izin verirəm, Aylın — rəyisə: məni Tahirin aparıb gətirməsini xayiş etsəm, rəyisin xoşuna gəldi bu fikir. Əlbətddə qızım aparar — gətirər, Tahir Sərdarın Aylına tərs — tərs baxdığını görsədə rəyisin sözündən çıxa bilməzdi. Həmdə Aylının fikrini anladı nəyçün özüylə şəhərə çıxmaq istəyirdi. Tahir — Aylına: əlimi — qolumu bağlamayacağına söz verirsənsə razıyam zarafat etdi, rəyisi birdən gülmək tutudu, xatırladı Tahirin necə toletə qaçmasını. Rəyis gözlərini silib gülərək, — Tahirə: apar oğlum qızı maşınla dediyi yerə, ancaq birinci toletə get sonra sənə problem olmasın, yenə güldü qəh — qəhə çəkib. Tahirdə rəyisə baxıb gülümsədi, Sərdarla Aylın yenə bir — birinin gözlərinin içinə baxırdılar nifrətlə. Aylın — Tahirə: sən qəhvəni içincə mən hazırlanıb gəlirəm, getdi. Sərdarda qalxıb getdi, rəyis başıyla Tahirə işarə etdi ki getsin ardınca oğlunun. Tahir anladı, tez qalxıb getdi Sərdarın ardınca,

Sərdar Aylının otağına gəldi ardınca, Aylın Sərdara fikir vermədən əynini dəyişməküçün paltarlarını götürüb yatağına qoydu. Sərdar — Aylına: indi səni Tahir aparacaq və bir daha bura dönərsənsə məndən incimə, duydunmu? Aylın cavab qaytarmadan əynindəki koftasını çıxarıb, yatağına qoymuş başqa koftasını geyindi. Sərdar Aylının özündən çəkinmədən qarşısında koftasını çıxarıb dəyişməsinə təcüblə baxırdı. Aylın şalvarınıda çıxarmaq çün kəmərini açırdı, qapını döyüb içəri Tahir girdi. Aylının şalvarını çıxaracağını görüb tez üzünü çevirib — Sərdara: dostum gəl atan çağırır. Sərdar qollarını bir — birinə keçirib nifrətlə gülümsəyərək, Aylına baxdı. Baxışları ilə anlatırdı ki, nə edəcəksən? qarşınmda şalvarınıda çıxaracaqsanmı? Aylın Sərdarın fikrini anladı, ona acığa gərçəkdəndə şalvarını çıxardı. Sərdar pərt olsada bildirmədi baxmağa davam etdi. Tahir Sərdarı otaqdan çıxarmaqçün döndüyündə, Aylını şalvarsız görüb üzünü qolu ilə tutdu. Zorla Sərdarın qolundan tutub dartaraq — Sərdara: dostum gəl qız əynini dəyişsin rahat. Aylın o biri şalvarını geyindi, Tahirin qolundan dartmağına baxmayaraq, Sərdar Aylına baxa — baxa zorla otaqdan gedirdi. Aylın şalvarının kəmərini bağlayıb pencəyinidə geyindi, Tahir zorla Sərdarı otaqdan çıxarıb qapını örtüb — Sərdara: ikinizdə başqa — başqa manyaklarsınız vallahidə. Çox çətinliklə zorla dartaraq — Sərdara: bir — birinizə acığa nələr edirsiniz siz? gəl atan görsə yaxşı olmayacaq ayıbdır. Sərdar acığından güldü, əlini qılçına vuraraq dayanıb gülməyə başladı. Tahir başını narazılıqla sirkələyərək — Sərdara: vallahi sonunda axlını oynatdın səndə, Sərdarın qolundan buraxmadan dartıb apardı.


Beləcə günorta olurdu, Tahir maşını saxlamışdı gözdən qıraq yerdə Aylınla söhbət edirdilər, — Aylına: sənin dediyini təşkil edəcəm, ancaq bir şərtim var. Aylın — Tahirə: səni dinləyirəm de şərtini, Tahir dərindən nəfəs alıb — Aylına: səndə mənə söz verəcəksən, bilərəkdən özünə qəst etməyəcəksən danışdıqmı? ananın ruhuna and et, mənə vicdan əzabı çəkdirməyəcəksən. Sənə bir şey olmasını istəmirəm bilirsən, -Tahirə: and edirəm anamın ruhuna dediyini edəcəm, Tahir rahat nəfəs alıb — Aylına: o zaman gedək dayını gör uzaqdanda olsa. Aylın — Tahirə: yox gedək evə darıxdım qardaşınçün, Tahir təcüblə — Aylına: oları görmək istəmirsənmi? Aylın yalandan gülümsəyərək, — Tahirə: dostuma soz verdim. Anamın ruhuna and etdim, əlini Tahirə uzatdı dost olmaqçün. Tahir Aylının əlini sıxaraq zarafatla — Aylına: ən azından artıq toletə rahat gedə bilərəm, dost olduq çox şadam gülümsədi. Aylın — Tahirə: artıq gərək qalmadı dayımı görməyimə, sübut əldə edib dönəcəm hər kəsə, Tahir Aylına inandı. Maşını işə salıb — Aylına: verdiyin sözə inandım dostum, ancaq biraz qabaq Sərdarçün darıxdığını deməyinə əsla inanmadım, gülümsəyərək maşının qazına basaraq uzaqlaşdılar.


Gəlib evə çatdılar, Tahir Aylınla evə gəldi ki, Sərdar Aylına dönmə demişdi birdən yenə davalaşardılar. Sərdar zalda məşq edirdi çəkinirdi əynində tək mayka ilə. Tahir zala gəlib — Sərdara: dostum darıxmadın ki Aylınsız? Sərdar dayanmadan çəkinərək — Tahirə: qardaşım onun gəlmədiyini desən, indi sənin alnından öpəcəm. Tahir — Sərdara: alınmayacaq dostum məni alnımdan öpməyin, Sərdar çəkindiyi yerdən dayanıb Tahirə baxdı tərs — tərs, — Sərdara: sakit ol atan evdədir bilirsən. Sərdar dərindən nəfəs alıb oturdu yerdə, Aylın gəldi zala. Sərdar Aylını görüb əsəbləşdi — Aylına: demək qayıtdın hə? Aylın — Tahirə: dostum telefonunu məndə unutmusan, gətirib Tahirin telefonunu verib getdi. Sərdar — Tahirə: dostummu dedi o? — Sərdara: qardaşım sənə düşməndir mənə deyil, mənim onunla nə işim var? Sərdar ayağa qalxıb — Tahirə: o elə şeytandı bax. Bir neçə saata özüylə apararaq sənidə şaşdırdı, qardaşım anlayıram səndən incimirəm, səblə getdi zaldan. Tahirdə tez ardınca getdi ki yenə Aylınla davalaşacağından ehtiyat edirdi.

Aylının otağına gəldi qapını döymədən, Aylın telefonla kimə isə mesaj yazırdı. Sərdarı gördüyündə tez telefonu cibinə qoydu, Sərdarın gözündən qaçmadı bu — Aylına: hazırlaş təlimə başlayırıq birazdan, otaqdan çıxdı. Tahir qapının yanında dayanmışdı, Sərdarın davasız çıxdığını görüb pərt qaldı baxa, tez ardınca getdi.


Gecə olmuşdu, rəyis — Aylına: gecən xeyirə qızım Allah rahatlıq versin, Aylında — rəyisə: sizədə yoldaş rəyis, getdi. Aylında otağına gəlib yerinə uzanıb yatdı, çox yorğun idi.

Aylın yatdıqdan sonra Sərdar çox ehtiyatla qapını açıb otağına girdi, barmaqlarının ucunda gəlib Aylının telefonunu axtardı. Sərdar Aylının kimə mesaj yazdığını öyrənmək istəyirdi, istəyi Aylında bir səhv tutub işdən kənarlaşdırmağa bəhanə əldə etməyə çalışırdı. Nəyəsə əli toxundu səs etdi, tez çarpayının yanında döşəməyə uzandı ki Aylın oyansa görməsin. Aylın səsə yerindən çevrilib yanındaki işığı yandırıb baxdı. Sərdar dodağını dişlədi ki, Aylın bircə ayağa qalxmasın tapdalanacaqdı, Aylın işığı söndürüb geri yatdı. Sərdar biraz gözləyib eytiyatla qalxdı baxdı, telefonu Aylının əlinin yanında yatağında idı. Çarpayının o tə

...