Günahsız günahkar. Roman. Hissə — 5
Қосымшада ыңғайлырақҚосымшаны жүктеуге арналған QRRuStore · Samsung Galaxy Store
Huawei AppGallery · Xiaomi GetApps

автордың кітабын онлайн тегін оқу  Günahsız günahkar. Roman. Hissə — 5

Fatma Axmed kızı Nabieva

Günahsız günahkar

Roman. Hissə — 5






18+

Оглавление

Fatma Əhməd qızı, Balakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.

Fatma Nabieva

Sərdar Aylını qucağına alıb, otağa gətirib yatağına uznadırdı. Ardınca Ramizdə gəldi. Sərdar — Ramizə: su gətir həkim çağır, özü tez gəlib Nicatın əlindən qapıdan içəri düşmüş silahı götürüb, belinə qoydu. Ətrafa baxıb, silahdan atılmış boş gilzənidə tapıb cibinə qoydu, otağa qayıtdı.

Ramiz Aylının üzünü şillələyirdi ayılsın deyə. Sərdar gəlib — Ramizə: mənə bax, birazdan polislər gələcəklər bura. Nicatın silahı məndədir, sən heçnə görmədin, anladınmı?

Ramiz hələdə özündə deyildi. Şaşqın baxarq — Sərdara: kamera var yuxarda, bəs o? — Ramizə: onu mən həll edəcəm narhat olma, dediyimi et sən.


Nicatı polis şövbəsinə gətirib, dəmir barmaqlıqlara salmışdılar. Nicat etdiyi işə elə peşman olmuşdu ki, sözlə ifadəsi yox idi, üzündən bəlli idi üzüntüsü. Gözünün önündən getmirdi Aylının o halı, öz — özünə: mən nə etdim Allahım, bağışla məni canım bağışla. Gecdə olsa anlamışdı, Fazil alçağı öz əliylə Aylına arxadan zərbə vurdurmuşdu. Nacat əlləriylə başını tutub, divara söykənib dərindən nəfəs aldı. Peşman — peşman düşündü, düşündükcə üzündə nifrət dolu ifadə yaranırdı. Əsəbindən ikki əlinidə yumuruq sıxaraq divara vurdu, bağırdı!.


Aylın özünə gəldi, gözlərini açdığında yanında tək oturan Ramizi görüb həyəcanlandı. Sərdar hanı? qalxmağa istəyirdi Ramiz qoymadı, — Aylına: burdadır canım, yaxşıdır narahat olma. Sərdar gəldi əlində su bakalıyla. Aylın Sərdara nəzər yetirib, yaralanmadığını gördüb öz — özünə: çox şükür Alalhım. Sərdar gəlib yanında əyləşib — Aylına: qorxma bir şeyim yoxdur, yaxşıyam mən. Həkim dedi dinlənəcəksən, anladınmı?

Aylın — Sərdara: mənim dinlənməyim Nicatı bu günə saldı, gördün nə oldu. Bir həftə etibar etdim söz verdim dinlənəcəm, düşdüyümüz hala bax. Aylın yerində oturdu, — Ramizə: Nicatı şövbədən çıxarmağım lazımdır mənim. Nicat orda qalarsa, Fazil tipi daha betər şeylər edə bilər. Nicatın həyatı təhlükədədir. Sərdar — Aylına: Nicatı birazdan buraxacaqlar, sən narahat olma mən həll etdim o işi, dedim dinlənəcəksən. Aylın Ramizə baxdı anlamadı, öz — özünə: birazdan buraxacaqlarmı? Sərdar heç kefini pozmadan, — Aylına: babanla danışdım o həll etmiş, buraxacaqlar. Əlbətdə bizi sözsüz dindirəcəklər. Babanla planımız budur, Nicatın etdiyi doğum günü zarafatıydı bu qədər, anladınmı? ortalıqda silah yox, sübut yox. Bunu sizdə təsdiq edəcəksiniz və bağlanacaq iş. Aylın — Sərdara: səni az qala vuracaqdı, nədən etdin bunu? Sərdar — Aylına: mən sualımın cavabını hələ səndən ala bilməmişəm bura gəldiyimdən. Sən düzgün cavab verdiyində, məndə sənə deyəcəyəm nədən etdiyimi, danışdıqmı?

Aylın — Sərdara: mənimlə polis cildində danışmana son qoysana sən. Sərdar əlindəki suyu uzadıb — Aylına: polislər bəzən formalarını dəyişsələrdə, xasiyyətlərini əsla dəyişməzlər. Sərdar Aylının, Tahirlə özünə etdiyi zarafatı xatırlatdı. Aylın kövrəldi, suyu almadan başı dönsədə, bir təhər ayağa qalxdı. Ramiz qolundan tutub yardım etmək istəyirdi, Aylın toxunma deyə işarə etdi, getdi vanna otağına. Qapını örtüb suyu açıb, səsini içinə salıb ağladı. Aylının nə üçün vanna otağına getdiyini Sərdar çox gözəl bilirdi, əlində su bakalı havada hələdə uzananılı qalmışdı. Çox pis təsir edirdi Aylının üzülməsi, ağlaması. Ayağa qalxıb — Ramizə: bir azdan Nicatı buraxacaqlar, sən get onu al şövbədən apar səninlə qalsın bu gexəlik. Ona göz — qulaq ol ki, bir dəlilik edib özünü yandırmasın təkrar. Mən sonra Aylını evinə çatdıracam.

Ramiz artıq bir söz demədi, deyəcək sözüdə qalmamışdı Nicatın etdiyi böyük səhvi üzündən. Ramiz — Sərdara: mən Nicatı aparacam bizə, sən Aylına göz — qulaq ol sabaha qədər. Yenə gizlin bir plan qurub, oda səhvən dəlilik edib vaxtsız özünü yandırmasın Nicat kimi. Ramiz vanna otağı tərəfə baxıb, dərindən nəfəs alaraq çıxıb getdi otaqdan. Sərdar əlini üzünə çəkib, vanna otağına gəlib qapını döyərək, — Aylına: gələ bilərəmmi? biraz gözlədi. Təkrar qapını döyərək qapını açmaq istədi, qapı içəridən kilitli idi. Sərdar — Aylına: bax bilirsən xasiyyəyimi, qapını sındırtma mənə aç.

Az vaxtdan qapını Aylın açıb, yaşlı gözləriylə baxaraq — Sərdara: sizin əlinizdən mən hara gedim? nədir mənim sizlərdən çəkdiyim. Sərdar anlayırdı, indi Aylınşün çox çətin idi, Nicatın səhvi ucbatından həyəcan kecçiriridi. Sərdar — Aylına: gəl biraz uzan, dinlənmən lazımdır. Aylın gözlərini silib, — Sərdara: mənim getməyim lazımdır, yatmaq dinlənmək filan bitddi. Çox gözəl dinləndim, həftə sonunda bravo Nicatada, bu qədərinə qadir ola biləcəyini heç axlıma belə gətirə bilməzdim.

Sərdar — Aylına: ikimizdə yaxşı bilirik ki, Nicat bunu qanaraq etmədi, onun içkisinə Fazil iti bir şeylər qatdırmış, o üzdən elə durumda idi. Sənin artıq tək başına gəzib — dolaşman qorxuludur, anlayırsanmı? Fazil itinin qurduğu oyun, artıq başladı deməkdir. Aylın — Sərdara: Fazil iti mənə toxunmayacaq narahat olma sən, o əksinə, mənim həyatda qalmağımçün əlindən gələni edib bu günümə kimi. Dediyim kimi çox az qaldı, mənim həyatım üstünə oynalınan oyunun, nöqtəsini qoymağa hazıram artıq. Aylın Sərdarın yanında keçib getmək istəyirdi, qolundan tutub gözlərinə baxaraq — Aylına: birlikdə qoyaq nöqtəsini, icazə ver yanında olum. Aylın qolunu tutmuş əlinə baxaraq — Sərdara: indiyə kimi düşünürdüm, mənə bir şey olarsa davamçım qalmayacaq məndən sonra bu həyatda. Artıq mən tək deyiləmmiş düşündüyüm kimi. Məndən xəbərsizdə olsa, bu həyatda doğma olan qardaşım, anam — atam var. Çox sevindim içim rahatdır, artıq ölümdən belə qorxmuram. Bəs sənin davamçın kim olacaq? Bağışla, mən səni artıq qaranlıq həyatıma ortaq edə bilmərəm. Sənin bundan sonra olanları unudub, gələcəyə baxaraq yaşaman və ailə qurman lazımdır. Ümid edirəm, inşallah sevdiyin mənim kimi etibarsız çıxmaz.

Sərdar dartıb Aylını özünə çəkib qucaqlayıb öpüb, bağrına basdı, — Aylına: mən səninlə hər zaman fəxr etdim. Sənin kimi gözəl ürəkli — cəsarətli sevgilim olduğuna görə, heç vaxtdı peşman olmadım. İdidə peşman deyiləm inan mənə, bizi bir — birimizdən xaricən ayırsalarda, daxilən əsla ayıra bilməzlər. Mənim ürəyim, canım, ruhum sənə bağlıdır, anlayırsanmı? mən başqa kimsəni nə sevə, nədə görə bilərəm. Aylında Sərdara sarılıb ağladı çarəsiz üzgün, bilirdi Sərdarın qollarından istəsədə çıxa bilməzdi.


Nicatı Ramiz evinə gətirmişdi, otaqdan çıxmamasıçün çox zor qarşını ala bilirdilər. Nicat Aylına getməkçün dartınırdı, Ramiz qarşısında dayanıb imkan vermirdi. Dilqəmlə Fəda da, gəlmişdilər Ramizə yardıma, olarda duyduqlarından şoka düşmüşdülər. Nicatı saxlamaqçün əllərindən gələni edirdilər. Nicat özünü buraxmıllar deyə bağıraraq! əllərini divara vurub, qarşısından çəkilmələrini tələb etsədə, alınmırdı. Yazıq çox peman olmuşdu etdiyinə, düşünürdü Aylın artıq özünü bağışlamayacaqdı. Dilqəm Nicata sakit olmasını deyirdi. Fəda isə qapının önündə qollarını bir — birinə dolayıb, baxırdı şüphəli baxışlarla.


Sərdarla Aylın hələdə qapının önündə bir — birinə sarılıb qalmışdılar, gözləri yaşlı. Fələk bitməz — tükənməz oyunlarını oynayaraq, günahsızları yandırırdı. Gərçəkdən haqsız dünyada yaşayırıq. Sərdar Aylını qollarından buraxmaq istəmirdi, uzun müddət sevdiyinə həsrət qalmışdı, gəldiyindən birinciydi ki, Aylına belə sarıla bilirdi. Aylın bilirdi, Sərdar çox güclü — qeyrətli biri idi. Nicatın ona etdiyinə baxmayaraq, onu bağışlayaraq canını zindandan qurtarmışdı. Aylın düşündükcə Sərdara qarşı olan heç vaxtdı unutmadığı hörməti, sevgisi dahada artırdı. Sərdar Aylının saçlarını qoxlayaraq, həsrət qalmış qoxusunu doya — doya ciyərlərinə çəkirdi.


Beləcə səhər açılmağa az qalmışdı, hava işıqlanırdı. Aylın Sərdarın yanında yatıb qalmışdı. Sərdar səhərə kimi gözlərini yummadan, Aylını seyr etmişdi həsrətlə. Aylın gözlərini açıb baxdığında, baxışları özünə baxan Sərdarın baxışlarıyla, tuş gəldi. Aylın — Sərdara: yatmadınmı sən?

Sərdar gülümsəyərək, — Aylına: mən xəstə olduğumda hər səhər oyandığımda, başım üstdə səhərə qədər keşiyimi çəkən sənə bu sualı verərdim. Canım yatmadınmı sən? nə gözəl günlədi o günlərimiz. Aylın gözlərini ovaraq yerində oturub, — Sərdara: aha çox gözəldi, atəşin 40 — dan aşağı düşmürdü, az qala öləcəkdin gözümün önündə. Sərdar qolunu başının altda qoyub — Aylına: sənin qollarında ölmək gözəl olardı canım. Mən çoxdan sən gedəni daxilən ölmüşəm, mənim sağalmağıma sən səbəb olmuşdun o zaman. Mən səndən güc alaraq, xəstəliyə qalib gələ bilmişdim. Bir daha xəstələnərsəm, qurtuluş yoxdur mənə sənsiz, unutma. Aylın dərindən nəfəs alıb — Sərdara: mən nə qədər sağam səndə yaşayacaqsan, ən azından buna əminəm, qalx gedək mənimlə. Nicatın sənə deyəcəkləri vardır umarım. Sərdar istəmədi yerindən qalxmağa, — Aylına: gəlsənə keşiyimi çəkəsən 5 dəqiqə yatım.

Aylın qaşlarını qaldıraraq, — Sərdara: mən bilirəm sənin 5 dəqiqəni, qalx dedim. Sərdar istəməyə — istəməyə yerində oturdu. Birdən Aylını yanına yıxıb, uşaq kimi qucaqlayıbc — Aylına: söz 5 dəqiqə yatıb qalxacam. Nə olar yanında yatım azacıq, Aylın özünə sarılıb uşaq kimi 5 dəqiqə yuxuçün yalvaran, Sərdarın xətrinə dəyə bilmədi. Aylın dərindən nəfəs alıb — Sərdara: tam olaraq 5 dəqiqə vaxtın var, danışdıqmı?

Sərdardan cavab gəlmədi, Aylın baxdı. Sərdar gərçəkdəndə yuxulayırdı, yorgünluqdan — üzüntüdən gözləri bağlanmışdı. Allah bilir bu birinci normal yatışı idi, özündən ayrılanı uzun zamanlardan sonra. Sərdar tək bir Aylının yanında rahat edərək hüzur tapa bilirdi, hər vaxtındakı kimi. Aylın bir anlıq dərdini unudub, özünə qısılıb uşaq kimi yuxulayan Sərdara baxıb kövrəldi. Necədə zəyifləmişdi, onu tərk edəni yazıq. Aylının gözlərindən bi ixtiyar yaş süzüldü, yuxuya getmiş Sərdarın üzünə damcıladı göz yaşları. Sərdar elə yatmışdı ki, hiss etmədi üzünə düşən göz yaşlarını. Aylın üzünü Sərdarın saçlarına — başına qısıb, səsini içinə salıb özünü zor tuturdu ki, ağladığını duymasın rahat yatsın.


Nicata gevə həkim çağırıb, sakitləşdirici iynə vurdurub zorla yatızdırmışdılar. Ramiz gözünü çəkmədən Nicata baxıb nə isə düşünürdü. Qapını açıb içəri Dilqəm girdi, əlində qəhvə fincanıyla. Dilqəm gəlib — Ramizə: al iç qardaşım, yuxusuz qalmağımız gərəkir bilirsən. Ramiz qəhvəni götürüb — Dilqəmə: belə olamaz, bir plan qurmaq lazımdır. Dilqəm keçib əyləşib, dərindən nəfəs aldı. Dilqəm — Ramizə: bəzən mənə elə gəlir ki, hər üzümüzə açılan sabahımızda, fələk bizdən qabaq oyanıb, yeni — yeni planlar qurur. Bizimlə oyun oynayır, nə plan qursaq boşa çıxır, bizi məyus edə bilir, bravo.

Ramiz öz — özünə: mən o fələyində, obirinində var yoxunu… pis söz işlətdi əsəbindən. Dilqəm — Ramizə: Fəda bizim yerimizə şirkətə işə getdi. Bunula biz nə edəcəyik tək başımıza, düşündünmü? Nicatı işarə etdi. Ramizə Aylından mesaj gəldi, tez telefonuna baxıb oxuyub, cavab yazdı yolladı. Ramiz — Dilqəmə: Aylın gəlir birazdan, mesaj yolladı bildirdi. Diqləm başını narazılıqla sirkələyərək, yatan Nicata baxıb — Rmizə: Allahın yazığı gəlsin Aylına. İnan vallahidə bu qədəridə günahdır, yazıqdır o adam. Ramiz qəhvədən bir qurtum içib — Dilqəmə: bu dəfə özümüzdən heç bir plan qurmayacağıq. Aylın gəlsin birlikdə məsləhətləşib, o nə deyirsə razı olacağıq. Dilqəm belə tez Ramizin təslim olmasına baxa qaldı. Dilqəm — Ramizə: qardaşım nə oldu sənə? həmişə deyirdin Aylınsız həll edək. Ramiz — Dilqəmə: o dediyin fələk deyilən… qurduğu oyunlara, tək bir Aylın üstün gələ bilər. Anladınmı qardaşım? biz nə etsəkdə hər iş tərsinə gedir, dahada qarışır ortalıq. Bir baxsana düşdüyümüz halımıza? mən Nicata, Aylını Sərdar deyilən tipdən uzaq tut dediyimdə əksinə oldu. Gecə öz ağzımla, Aylını oteldə ona tapşırıb gəlmək məcburyyətində qaldım. Bu fələk nə …oyunlar oynayırsa, artıq şaşırmağa başlayıram. Dilqəm əlini üzünə çəkib baxdı, iynənin təsirindən sakit — sakit yatan Nicata. Ramizdə üzgün — yorğun baxışlarla baxırdı, çarəsiz qalmışdılar.

Fəda Ramizlə Dilqəmin əvəzinə şirkətdə çalışırdı. Nazlıda yardım edirdi, və artıq xəbərdar idi olanlardan, üzgün — narahat çalışırdı. Qapı döyüldü, içəri Bahar girdi əlində səbətlə. Nazlı Dilqəmin anasını görən kimi, tez yerindən qalxıb, — xala? gəlib arvatla görüşdü. Bahar Nazlıyla görüşüb, qızım açsınızdır iş qalıb başınızda. Fəda ayağa qalxıb, xoş gəldiniz Bahar xala, niyə siz əziyyət çəkdiniz?

Bahr — Fədaya: oğlum, Dilqəm danışdı olanları mənə, bu qızın başından qara buludlar nə zaman çəkiləcək? Allahım, qorxuram mən. Nazlı əlindən səbəti götürüb, masaya qoydu. Arvdın qolundan mehribanlıqla tutub otuzdurdu. Nazlı — Bahara: xala inşallah bir yoluna qoyacaqlar, narahat olmayın siz. Arvad ah — of çəkərək, oturduğu yerdən — Nazlıya: aç qızım ordakı yeməkləri düz masaya, gözümün önündə yeyin ki, işləməyə güçünüz olsun. Nazlı Fədaya baxıb gülümsəyib, səbətdən yeməkləri çıxarıb masaya düzdü. Fəda zarafatla — Bahara: Bahar xala necə demişlər? müharibə — müharibədir, ancaq yemək saaatı hamıçün qanun olaraq, vaxtında yeyilməlidir. Aravad qalxıb Nazlıya yardım etdi, — Fədaya: gəl oğlum gəl, yeməklər isti — isti yeyin, soyuduqda dadı olmur. Fəda gəlib əyləşdi, Diqəmin anasının necə qayğıkeş olmasına həsrətlə baxdı. Arvad öz — özünə danışırdı ah çəkirdi, ofuldayırdı, Aylının başına gələndlərə görə üzgündü.


Günorta olmuşdu, Nicat yuxudan oyanıb Aylınla oturmuşdu üz — üzə. Nə deyəcəyini bilmirdi, çox xəcalət çəkirdi qarşısında. Aylında susurdu, bu dahada Nicatın ürəyinə toxunurdu. Nicat — Aylına: canım məni cəzalandırırsan bilirəm, nə olar susma, bağır — çığır acıla məni. Bircə susma, nə olar etmə belə yalvarıram. Aylın dərindən nəfəs alıb — Nicata: bilmirəm unutdum, hansı millətdədir bu adət. Deyillər olar evlərinə yeni əşya və ya dəyərli bir şeylər aldıqlarında, evdə kiçik qanmayan uşaqlar varsa, əllərinə — əllərinə vururlar. Bilirsənmi niyə? Nicat üzgün baxışlarla baxaraq, başıyla yox deyə işarə etdi.

Aylın — Nicata: öncədən vurub acılayırlar ki, alan əşyalara ehtiyatsız davranaraq sındırmasınlar, dəyərini bilsinlər. Sındırdıqdan sonra vurmağın — acılamağın xeyri yoxdu. Çəkilən məsəl, Nicata daşa kimi dəydi. Ramizlə Dilqəm bir — birinə baxdılar. Nicat — Aylına: bilirəm bağışlanmayacaq böyük bir səhv etdim, Fazil …tələsinə düşdüm. Mən səndən son bir şans istəyirəm. Nə olar yalvarıram məndən üz döndərmə.

Qapı açıldı içəri Sərdar girdi, gəlib stulu götürüb tərsinə çevirib, üz — üzə əyləşdı. Sərdar — Nicata: indi deyəcəklərimi qulaqlarını açda, yaxşı — yaxşı dinlə məni. Sənin içəridən çıxdığını Fazil iti bilmir, anladınmı? ortalıqlarda gözə görsənməyəcəksən. Sənə bunu etməklə onun planı budur, Aylının ətrafındakı təmizləyərək, Aylını zəyiflətmək istəyir. Fazil sənin içəridə olduğunu düşünüb, mənə yaxınlaşacaq. Mən ona lazımam və planında çoxdan məndə varam, onun əli hər yerə çatır bilirik. Artıq onun xəstə — manyak olduğunu unutmamalısınız. Ramiz — Sərdara: mənə bir şey maraqlıdır, niyə sən varsan planında?

Sərdarın üzünün ifadəsi dəyişdi, — Ramizə: artıq hamı gərçəkləri bilsin, mənim bura gəlməyimdə o tipin əli var. Aylın qarışıq hər kəs, Sərdara baxdılar təcüblə. Aylın — Sərdara: anlamadım, bu nə deməkdir? Sərdar — Aylına: Aylın sən o tipi öldürərsənsə, sənə halallıq vermərəm bunu bil. Nicat — Sərdara: sən nə danışırsan? dur bir dəqiqə, nə dedin? sənin bura gəlməyində onun əlimi var?

Sərdar — Nicata: o mənim atamın qatilidir. Atamı o öldürtmüş ki, mən tək qalım və Aylına gəlim. Baxsanız çoxda gözəl alınır, qurduğu planları tək — tək işinə yarayır. Səni məni vurdutmaqçün göndərməsidə, qurduğu planlarından birisi idi. Fazil yazdığı senaryodan kənar iş görmür çox səbirlidir, böyük səbirə nail ola bildiyiçündə, hər qurduğu tələyə tək — tək Aylına yaxın olanları sala bilir. Bax sənində başına girmədi, getdin aldandın ona, az qalsın özünü yandıracaqdın. Aylının valideyinləri təsadüfən aftomobil qəzasına düşməyiblər. Maraqlı deyilmi? niyə indiyə qədər oların üstünə yük maşınını sürəni tapmayıblar. Düşünürsünüz budamı təsadüfdür? o manyak Aylının doğulduğu günündən planılarını qurdu. İstədiyinə qadir olacağı günlərinə qədər, gözəl senaryo yazmış özüçün bravo, qızıl qlobusa layiqdir fikirləşib qurduqları. Aylın ağzını tutub — Sərdara: mən təxmin etmişdim, onun əlinin olduğunu anam gilin ölümündə. Sən mənə atanı öldürtdüyünü indimi deyirsən? niyə mənə bunu gəldiyin günü demədin.

Sərdar — Aylına: ardını dinlə planının diqqətlə, çox maraqlıdır. Məni bura gətirib sənə yaxınlaşdıracaq, Nicatı içəri salıb, şirkətində səninlə işləməyimi xayiş edəcək. Məndən səni tək qoymamağımı xayiş edəçək, mənimdə əlbətddə buna razı olacağımı bilir. Sonra mənim sənə yaxınlaşmağıma, Ramiz mane olacaq. Bunuda çox yaxşı bilir və bir gün mənimdə Nicatın kimi başımı döndərərək, Ramizi vurmağıma şans yaradacaq. Mən Ramizi vurduqdan sonra, sənin heç kimin qalmayacaq ətrafında.

Sən isə olanlardan sonunda axlını oynadıb atanı günahlandıraraq, illərlə qurduğu planının ən yağlı yerinə gətirəcək səni. Doğma atanı, sənə vurdurmaq istəyəcək. Ancaq atana səndən qabaq biriləriylə xəbərdar edəcək ki, sən onu vuracaqsan. Bundan xəbərdar olan atan isə, səndən qabaq səni vuracaq. Yəni səni öldürəcək, həmdə ananın və qardaşının gözü önündə. Sonra Fazil iti gələcək, atana öz doğma qızını vurduğunu deyərək, hər kəsə tək — tək şok yaşadacaq. Ananla — qardaşın atana nifrət edəcəklər, atan isə tək peşman və çarəsiz ortalıqda baxa qalacaq. Əlbətddə o anda danışacaq qurduğu planını atana, odsuz — alovsuz ailə üzvülərinin canları yanacaq gərçəkləri duyduqlarında. Ortalıqda atanın — qardaşının — ananın gözləri önlərində, sənin cansız bədənin olacaq. Dünyada bundanda böyük dərt — yanğı ola bilməz bir ata — anaçün. Hər kəs şaşıracaq, şok yaşayacaqlar.

Fazil alçağı isə baxıb həzz alacaq, baxsana doğma qızını vurdun öz əlinlə deyəcək, o anıda axlınıza belə gətirməyə istəməzsiniz məncə. Bəlkədə atan dözməyib özünüdə vurar, orası hələ bılli deyil.

Anan heç vaxtı o tipi sevmədi, atanı sevdi təkcə, mən öyrəndim. Anana sonradan o göz qoymuş sevmiş, manyaklığından əl çəkməyincə, atan bilmiş onu güllələmiş ki, ölsün rədd olsun. Cəhənnəminə getsin sonunda rahat yaşasınlar. Ancaq şərəfsiz necə olmuşsa sağ qalmış ölməmiş, ona bu həyatdda nə var dövlət, nədə şan şöhrət lazımdır. Ona tək bir lazım olan, günahsız insanların üzərindən planlarını quraraq, pis niyyətinə çatmaqdır. Biz onun qızıl planının üstünə, briliyyant plan quraraq, özümüzü heçnədən xəbərsiz olduğumuz kimi göstərəcəyik. Düşündükləri — qurduğu oyunları tək — tək oynayacağıq son anına qədər.

Bir daha deyirəm, əgər birimiz plandan kənar çıxaraq onu şüphələdirib səhv bir iş görərsək, anlayacaq. Bizim canımızı yandırmaqçün, planını dəyişərək Aylını vurdurdacaq. Məncə burda olan hər kəs, Aylının yaşamasıçün bir tərslik — qısqanclıq edib, canına qıymayacaq. Elə deyilmi? baxdı hamısına. Bir anlıq kimsə söz demədiər, şok yaşadılar duyduqlarından.

Aylın ayağa qalxıb nə edəcəyini, nə deyəcəyini bilmədi. Sanki boğazından ikki əllə tutub boğurdular, nəfəsi daralırdı, tez otaqdan çıxıb getdi. Sərdar — Nicata: Aylının ardınca dışarı getməyi axlına belə gətirmə, hamımız izlənirik. Nicat Aylının getməsinə elə yandı ki, gözlərini yumub öz — özünə: Allah mənim cəzamı indi verdi. Sərdar ayağa qalxıb — olara: hər kəs əlinə səbrini cilovlayacaq aydındırmı?

Sərdarın üzündə elə ciddi bir ifadə var idi ki, otaqdan çıxıb getdi. Nicatın durumuna Dilqəmlə Ramiz acıyırdılar, indi onun yerində kimsə olmaq istəməzdi. Çox acıtıcı bir durumu var idi. Ramiz — Dilqəmə: gərçəkdən bravo, o alçaq odsuz canımızı yandıra bildi.


Sərdar arxasınca evdən çıxsada, Aylını tapa bilmirdi. Kor — peşman ətrafa baxırdı, öz -özünə: ax Aylın axxx. Mən kimə nə deyirəm axı? başqa tərəfə qaçaraq getdi ki, bəlkə ardınça yetişə bilərmi.


Aylın qollarını bir — birinə qısıb gedirdi yolun kənarıyla. Sərdarın atasının ölümünədə qarışıq işləri səbəb olduğuna görə, çox üzülürdü. Öz — özünə: çox uzandı bu iş, belə olmayacaq artıq. Mən sənə göstərəcəm, günahsız insanların üstündən qurduğun o lənətə gəlmiş planların qarışıq səni məhv etməssəm, bu an qolundan Sərdar tutub saxladı. Sərdar — Aylına: dediklərim sənədə aitdir Aylın xanım, unutdunmu? Aylın xəcalətindən Sərdarın üzünə baxa bilmədi. Aylın — Sərdara: burax qolumu, tək qalmaq istəyirəm. Sərdar — Aylına: canım dedim axı izlənirik. Aylın əsəbləşib bağırdı! cəhənnəm olsun izlənmələrim filan, eşidirsənmi? Bayaq dedin, birinizdən — biriniz səh edərsəniz məni yaşatmayacaq o tip. Sən elə demədinmmi? artıq kimsənin səhv etməyini gözləməyəvəm. Hadi gəlsin vursun, qolunu əlindən dartıb çıxaraq, qollarını açıb bağırdı. Eşidirsənmi Fazil satqını, vurdur hadi qarşındayam, ver ölüm əmrimi qorxmuram səndən. Sərdar tez Aylını özünə tərəf çəkib qucaqlayıb tutdu ki, bağırmasın səsini duymasınlar. Aylın yenə susmadı bağırdı! — Sərdara: buraxsana niyə tutursan məni? vursun qoyulsun nöqtəsi, artıq yoruldum. Sərdar əliylə Aylının ağzını tutub, bağırmasına əngəl olmağa çalışırdı. Aylın dartınsada, Sərdar ağzını tutaraq özünə tərəf sıxıb tutaraq, sakitləşdirməyə çalışırdı, sus Aylın bəsdir. Bu zaman yanlarında maşın saxladı.

Sərdar elə bildi Fazil itinin adamlarıdı, əlini silahına atıb hazır saxladı ki, Aylını qoruya bilsin bacardığı qədər. Maşından Ümid endi, — Sərdara: sən nə edirsən? Aylını tanıyıb maşını saxlamışdı. Sərdar tanımadı onu, — Ümidə: yox bir şey yoluna get sən. Aylın qardaşını görmürdü, üzünü Sərdar sinəsinə tutub sıxıb tutduğuna görə. Ümid — Sərdara: necə yox bir şey? gəlib Aylının qolundan tutub, Sərdardan çəkməyə çalışdı. Sərdar əsəbləşib Ümidin ağzının üstündən bir yumuruq gəldi. Sərdar — Ümidə: sən kimsən ona toxunursan? demədim çək get yoluna? Ümid Aylının başqa birisinin təcəvüzünə uğradığını düşündü. Ümid — Sərdara: ay səni şərəfsiz. Aylının qolundan tutub Sərdardan qırağa çəkərək, Sərdara turtarlı yumuruqlar ilişdirdi.

Aylın elə bil yuxudan ayıldı, qardaşını görüb pərt oldu. Aylın — Ümidə: Ümid vurma, nə edirsən dur. Sərdara yaxşıca tutmuşdu yumuruqları. Aylın Ümidi Sərdardan dartaraq, tez sinəsinə qısılıb qucaqladı. Qarşısını kəsməyə çalışdı, — Ümidə: dur qardaşım nə olar vurma. Ümid elə əsəbləşmişdi, — Aylına: nə qardaş — qardaş salmısan? mən sənin gərçək qardaşın olsaydım, inan səni burdaca salardım təpiyimin altına. Sənin yaşadığın Nicat tipi yoxmu? hardadır o indi.

Yollarda gecə başqalarının qollarındasan, görmürmü o? Ümidin nəlayiq sözünə Sərdar əsəbləşdi. Ümidi tutub vurmağa başladı, sən kim olursan? sənə tərbiyə verən olmadımı, gəl bura. Aylın Sərdarın əlindən qardaşını almağa çalışırdı — Sərdara: vurma Sərdar burax. Sərdar elə əsəbləşmişdi ki, qulaqları heçnə duymurdu. Ümiddə boş qalmırdı, Sərdara vuraraq özünü qorumağa çalışsada, Sərdara gücü yetmirdi. Aylın gördü Sərdar qardaşının ağzını — burnunu qanadıb, bağırdı! — Sərdara: bəsdi dedim, burax o mənim qardaşımdır. Sərdarın yumuruq sıxmış əli göydə qaldı duyduğunda. Sərdar — Aylına: qardaşınmı? dərindən — dərindən nəfəs alaraq, Ümidin yaxasını buraxdı. Ümid əlbətddə bilmirdi ki, Aylın yalan demirdi qardaşı olduğunu. Ümid elə düşündü ki, Aylın özünü qurtarmaqçün elə deyir. Bu an istifadə edib, Sərdar Aylına baxdığı an, Sərdarın üzündən yumuruq, qarnındanda təpiklə vurub, yumuruqlayaraq yerə yıxdı. Sərdar Ümidi artıq vurmaq istəmirdi.

Aylın tez Ümidi kənara itələyib bağırdı! — Ümidə: Ümid dedim bəsdir, eşitmirsənmi? Ümidin qulaqları duymurdu sanki. Ağzının — burnunu qanını silib, əlinə bulaşmış qanı gördüyündə dahada əsəbləşdi. Aylını kənara itələyib, ayağa qalxmağa çalışan Sərdarın qarnından təpikləyib yıxaraq, pis — pis vurmağa başladı. Aylın gəlib Ümidi ayırmağa çalışsada, gücünün yetmədiyini görünçə, çarəsiz Ümidin üzündən bəsdir deyib, tutarlı bir şillə ilişdirdi.

Ümid vurulan şillədən dayandı baxdı, — Aylına: sənə görə artıq ikincidir qana bulanıram mən. Bilmirəm kimsən, nə bəlasan başıma düşən. Bir bunu bil ki, səndən bu şillənin heyifini mütləq çıxacam. Aylın eşitdinmi məni? üçüncüdə məndən özünü qoru çalış. Əsəbləşib yerə ağzının qanını tüpürüb, getdi maşına tərəf. Aylın qalmışdı ortalıqda. Bilmirdi ağzı — burnu qana batan qardaşınamı getsin, yoxsa yerdə təpiklənib canı acıyan — qıvranan Sərdaramı yardım etsin. Aylın — Ümidə: qardaşım bağışla.

Ümid maşınına əyləşincə — Aylına: manyak axıldan kəm, maşınına oturub getdi sürəətlə. Aylın tez yerə çöküb — Sərdara: off ya offf, dur baxım. Sərdarında burnundan qan gəlirdi, canı acıyırdı. Canım yox bir şeyim qorxma, Aylın Sərdara oturmağa yardım etdi. Sərdarın üzünə baxıb üzünü turşudaraq, öz — özünə: mən dəli olan yetmirmiş kimi, qardaşımda məndən betərmiş. Dur mən tibbi yardım çağırım, Sərdar qoymadı. Gərək yox, yardım et qalxım gedək burdan. Aylın yardım etdi, Sərdar ayağa qalxıb bir anlıq özünü toparlayaraq — Aylına: gəl. Çiyninə qolunu salıb, bir əliylə qarnının zədələnmiş yerindən tutuaraq, irəli gedək. Orda taxsi saxladıb, otelə çatdır məni. Aylın — Sərdara: nə oteli? sənin xəstəxanaya getməyin lazımdır.

Zorlada olsa Sərdarın qolunu çiyninə salıb apardı, öz — özünə: bir günümü xəta — bəlasız axşam etmədiniz. Sizinlə mən nə edəcəm? Aylının əsəbləşmişdi, Sərdar gülümsəyib, — Aylına: heç axlıma gəlməzdi, qardaşının şillə — təpiyinə məruz qalcam. Güldüyündə də canı acıdı. Aylın — Sərdara: sus ya sus, bu halınlada zarafat etməyə çalışrsan. Allah mənim cəzamı versin deyərdim, bundan artıq cəzamı olar?

Sərdar xoş idi Aylının deyinərək özünü acılaması, çox darıxmışdı Aylının bu davranışlarıçün.


Axşam olmuşdu, Ramiz Dilqəmlə Nicatın halına üzülərək, baxa qalmışdılar. Nicat ötən axşamdan heç bir şey yeməmişdi, üzünü çevirib heç kimlə danışmadan uzanmışdı. Ramizlə Dilqəm narahat idilər. Nicat Aylın gedəni bir kəlmədə danışmamışdı, qorxurdular Nicat Fazildən heyif çıxmağa qalxar və həyətını məhv edərdi bu dəfə. Ramiz gəlib yanında əyləşib, çiyninə əlini toxunaraq — Nicata: Nicat qalx qardaşım bir şeylər ye, belə olmaz. Biz artıq güclü olmalıyıq Aylının yaşamasıçün, onun xətrinə qalx xayiş edirəm. Nicat cavab vermədi. Ramiz dərindən nəfəs alıb, divra söykənib üzgün baxışlarla baxan Dilqəmə baxdı. Otağın qapısı döyüldü, içəri Fəda girdi. Fədanın otağa girişindən anlaşıldı k,i tək deyildi, ardınca kimsə gəlirdi baxdılar.

İçəri Nicatın xalası girdi. Ramizlə Dilqəm tez yaxınlaşıb arvadla görüşdülər qucaqlaşıb. Nicat bilmirdi xalasının gəldiyini. Fəda — Ramizə: düşündüm bəlkə sözünü dinləyər, gətirdim. Ramiz Fədaya razılığını bildirdi baxışlarıyla. Ramiz — arvada: nə yaxşı gəldiniz, bizi dinləmir. Xalası üzünü çevirib uşaq kimi küskün yatan Nicata baxıb, içini çəkərək gəlib yanında əyləşdi. Əliylə kürəyini sığallayaraq — Nicata: oğlum nədir bu düşdüyünüz hal?

Nicat xalasının səsinə dönüb baxdı. Xalası anladı, Nicatın necə üzgün — peşman olmasını. Xalası -Nicata: gəldim oğlum, burdayam. Nicat uşaq kimi birdən xalasının boynunu qucaqlayıb, içini çəkə — çəkə ağlamağa başladı. Nicat — xalasına: xala mən nə etdim, nə etdim mən. Allahım bu qədər çəkdim həyatdan doğulduğumdan, günahım nədir. Xalasınında gözlərindən yaş süzüldü. Nicatı qucaqlayıb öpüb bağrına basaraq ah çəkdi, can oğlum qurban olaram mən sənə.

Ramiz gil artıq dayana bilmədilər, tez otağı tərk etdilər. Nicatın yana — yana ağlayan səsi dahada yüksəlirdi. Dilqəm dərindən nəfəs alıb — Ramizə: yoxmu içməyə birşeyin?

Ramiz anlayırdı, hamının ürəyinə toxunmudu bütün bu haqsız olanlar.


Sərdarı gətirib yatağına uzandırıb, yaralanmış — əzilmiş yerlərinə məlhəm sürtürdü. Aylın -Sərdara: qoymadın xəstəxnaya aparım, baxsana halına. Sərdara xoş idi canı acısada, ozünə Aylının qulluq etməsi. Sərdar — Aylına: canım ölümüm sənin əlində olsun, başqa heçnə istəmirəm. Aylın məlhəmi kobut çəkdiyində canı acıdı ofuldadı, — Sərdara: o zaman döz ofuldama. Sərdar gülümsəyib, — Aylına: qardaşın sənə çox bənzəyir canım. Aylın dərindən nəfəs alıb -Sərdara: yazığı Nicatda vurmuşdu bir dəfə, anam o hlını gördüyündə çox üzüləcək. Sərdar — Aylına: bağışla, bilsəydim heç əl qaldırmazdım inan.

Aylın əlindəki məlhəmi kənara qoyub, üzgün baxışlarla baxdı. Mən Nicatla görüşə bilməyəcəyəmmi? mənə görə yazı oldu. Sərdara bu sual çox toxunsda, yalandan gülümsəyərək, — Aylına: canım birazda mənimlə qal. Baxsana halıma, qardaşın sağ — salim yerimi qoymamış. Aylının gözləri bir anlıq fikirə daldı, səssiz baxdı bir nöqtəyə. Sərdar üzülürdü bu halına. Sərdar — Aylına: canım nə düşünürsən? sənin düşüncələrində mənə maraqlıdır bilirsən.

Aylın gözünü bir nöqtədən çəkmədən — Sərdara: sən dedin anam tək atamı sevmiş. Elə deyilmi? Sərdar istəmirdi bu haqda danışıb, Aylını üzsün. Sərdar — Aylına: canım o alçağın planı üstdə, plan qurdum mən artıq. İnan ki az qaldı, çatacaq cəzasına. Aylın — Sərdara: demək ki, mənim atamın günahı yoxmuş. Mənim ölüm əmrimi o vermədi, elə deyilmi? Sərdar dərindən nəfəs alıb — Aylına: yox canım vermədi. Mən araşdırdım və gərçəkləri öyrəndim, atan ganahsızdır. Sən dünyaya gəldiyində, işlə əlaqədar başqa yerdə olmuş və bundanda Fazil alçağı istifadə etmiş. Pis işinə qatmış körpə sənidə, ailənə qarşı birinci planının daşını o yerdə qoymuş.

Aylın yavaş səslə öz — özünə: mən isə yazıq atamı günahsız yerdə ganahlandırırdım.

Ürəyimin dərinliklərində ona qarşı şüphəm vardı. Baxsana nə qədər inandırıcı qurmağa başarmış iyrənc planlarını, mənidə şüphədə qoydu atama qarşı əclaf. Sərdar zorla yerində əyləşib, çəkib özünə sıxıb qucaqladı. Sərdar — Aylına: canım dediyim kimi o tək manyak deyil, onun həmdə psixi xəstəliyi var. Ondan gərçəkdən ehtiyat etmək lazımdır, çox qəddar birisidir. Aylın — Sərdara: bağışla, atanıda mənim üzümdən itirdin, hər kəsin qarşısında üzü qarayam. Sərdar Aylını qucaqlayıb, saçlarından öpərək yavaş səslə, — Aylına: sənin günahın yoxdur canım. Özünü bir daha günahlandırmanı isətmirəm, danışdıqmı?

Sən bizimçün canından keçməyə göz yumaraq, ölümdən döndüyünü unutdunmu? sən unutduysanda, mən unutmadım. Atamda hər zaman, sənin necə mərd — cəsarətli olduğunu deyirdi. Xasiyyəti tərs olsada, səni çox istəyirdi. Aylın — Səradara: sən atana heç bənzəmirsən. Sərdar üzünü saçlarına sürtərək, — Aylına: məni sən dəyişdin canım. Kobut xasiyyətimi mülayim, soyuqluğumu isə isti edə bildin sevginlə- varlığınla, sən mənim canımsan. Aylın yazıqda olanlardan elə üzülmüşdü — yorulmuşdu ki, halı qalmamışdı. Başını Sərdarın çiyninə dayayıb, gözlərini yumub artıq bir söz demədi. Sərdar bir ömür yaşasaydı, Aylının qoxusuna, istiliyinə, insanlığına və sevgisinə doymazdı.


Ümid otağında güzgüdən baxaraq, ağzının — üzünün göyərmiş — yaralanmış yerlərini dəsmalla silirdi. Qapı döyüldü, içəri anası girdi. Ümid güzgüdən üzünü çevirmədi ki, anası görüb narahat olmasın. Ümid — Anasına: mən uşaqlarla axşam yeməyimi yedim, siz məni gözləməyin. Anasının elə bil ürəyinə dammışdı, oğlunun özündən nə isə gizlətdiyi. Ümid güzgüdən anasının arxadan özünə yaxınlaşıdığını görüb, dodağını dişləyib baxdı. Anası — Ümidə: üzünü dön mənə. Ümid dərindən nəfəs alıb, çarəsiz döndüyündü. Anası üz — gözünün vurulduğunu görüb, əlini ağzına tutub baxdı. Ümid — nasına: bax anacan qarşında bilmirəm günahkarammı — deyiləmmi. Mən sənə söz verdim, bir daha təkrarlanmayacaq. Ancaq təssüflər olsun sözümü tuta bilmədim, bağışla. Anasının gözləri yaşaqrdı — Ümidə: mənə düzünü de, yenə o Aylınmı səbəb oldu?

Ümid anasının üzünə baxa bilmədi, baxışlarını qaçıraraq kənara baxıb, dərindən nəfəs alaraq, hə ona görə oldu. Anası tez otaqdan çıxıb getdi. Ümid öz — özünə: axxx Aylın axx, bir daha qarşıma çıxma. Sənin Allah cəzanı versin, anasının ardınca tez otaqdan çıxdı.

Atası qazet oxuyurdu divanda əyləşib. Qapı açıldı, otağa gözləri yaşlı arvadının girdiyini görüb, tez ayağa qalxaraq — arvadına: canım nə oldu?

Arvadı bir söz deyə bilmədi, gəlib ərinin sinəsinə qısılıb ağlamağa başladı. Bu vaxtdı içəri Ümidin üz — gözü vurulmuş yaralı halda girdiyini gördüyündə, anladı nəyə görə anasının ağladığını. Atası — Ümidə: oğlum sən nə gündəsən nə oldu, bu nə haldır?

Ümid əllərini belinə qoyub, üzgün baxışlarla atasına qısılıb ağlayan anasına baxdı, ügün baxışlarla. Yaxınlaşıb anasını sakitləşdirməkçün, çiyninə əlini qoyaraq — anasına: anacan. Bilmirəm nədən, mən sadəcə yardım etmək istədim ona. Anası atasınin sinəsinə əlini vuraraq ağlaya — ağlaya, — ərinə: o Aylın nə istəyir oğlumdan. Mən artıq rahat yata bilmirəm, duyursanmı məni? Rəhim bir şey et. Oğlumuzu bizdən alınca bir şey et, nə olar yardım et, içini çəkərək ağladı yazıq arvad. Atası — Ümidə: Aylınmı? Ümid başını narazılıqla sirkələyərək, — atasına: o qız bəla kəsildi mənə. hara getsəm qarşıma çıxır. Atası çox əsəbləşdi oğlunu vurulmasına və, arvadının ağlamasına. Yenə Aylın səbəb olmuşdu deyə, öz -özünə: sən dayan Aylın. Bir — bir etdiklərinin hesabını verəcəksən mənə.


Beləcə bir neçə gün keçmişdi. Aylın şirkətə işə gəlmişdi Nicatsız. Nicat xalasıyla birlikdə qalırdı, Fazil itinin fikrini yayındırmaqçün. Son zamanlar hər kəsçün baş bəlası olmuşdu Fazil iti. İz itirməkçün hamı dişinə sıxaraq, Sərdarın dediklərini etməyə məcbur qalmışdılar.

Ramiz atasınıda Aylınla birlikdə razı salaraq, başqa ölkəyə müalicəyə göndərmişdilər. Cəmilə qapını döyərək içəri girib — Aylına: Aylın xanım, bir azdan Fazil bəy gələcəyini bildirdi. Aylın yalandan gülümsəyərək, — Cəmiləyə: istədiyi vaxt gəlsin Fazil bəy, mən burdayam. Cəmilə razılığını bildirib, tez getdi. Aylının üzünün ifadəsi dəyişdi, nə isə düşünüb işinə davam etdi. Az vaxtdan qapı döyüldü, içəri Sərdar girdi. Sərdar — Aylına: canım işindən etmirəm ki? Aylın başını qaldırıb — Sərdara: buyur gəl Sərdar bəy.

Sərdar gəlib əyləşdi yaxındakı kresloda. Sərdar — Aylına: Nicatın etdiyi işə görə məni günhalandırmırsan, elə deyilmi? məndə istəməzdim onu uzun illərə məhkum etsinlər. Gördüyün kimi, artıq edəcəyim bir şey yoxdur, qanun hər kəsçün qanundur. Sərdar belə deyirdi ki, Fazil iti Aylının hər danışdığını dinlədiyini, bilirdilər. Aylın — Sərdara: mən düzü Nicatdan çox incidim, bunu sənə etdikdən sonra. Allah etməsin, səni vursaydı nə olacaqdı? məndə qanunlarımızla razıyam, çəksin çəzasını axlı başına gəlsin. Sən əlindən gələni etdin, əksinə təşəkkür edirəm sənə.


Gərçəkdəndə şirkətin önündə, maşınında əyləşib Fazil telefonuyla Aylının otağında gizlin qoydurmuş kamerayla, hər danışdıqlarını izləyib gülümsəyirdi. Fazil öz — özünə: bax belə Aylın xanım. Səm möhkəm ol ki, səninlə işimizi bitirə bilək. Maşının yanında dayanmış gözətçisi tez qapını açdı. Maşından enib, özündən razı halda şirkətə tərəf getdi.


Qapı döyüldü, Cəmilə — Fazilə: buyurun Fazil bəy. Fazil qapıdan içəri girib, — Aylına: Aylın qızım gec duydum, Nicat bəyin başına gələn bədbəxt hadisəni, bağışla. Aylın ayağa qalxıb yaxınlaşdı. Aylın — Fazilə: etdi bir səhv Fazil bəy, nə edək artıq əlimizdən bir şey gəlmir. Fazil özünü günahsız göstərməkçün Aylını qucaqladı. Sərdar oturduğu yerdən olara baxırdı. Fazil guya Sərdarı görməyən kimi özünü aparırdı. Fazil — Aylına: əlimdən gələn yardımı etməyə hazıram qızım, bilirsən. Nicat bəy mənimçün doğma sayılır. Mən bu gün getdim görüşünə buraxmadılar, sanki adam öldürmüş yazıq. Aylın Fazildən bir addım geri durub, səbrini ələ alarar — Fazilə: öldürmək fikriylə getdiyini duyduğumda, ondan soyudum bi ixtiyar. Sərdar mənimçün çox dəyərli biridir, bunu Nicat bəydə yaxşı bilirdi. Bunu bilərək, onu vurmaqçün getməyini ona bağışlaya bilmərəm. Fazilin bu sözlər ürəyindən idi, üzündən bəlli idi.

Fazil — Aylına: qismət olursa, bir gün Sərdar bəylədə görüşmək istəyərdim qızım. Aylın — Fazilə: Sərdar bəy burdadır, çox sağolsun məni tək qoymamış gəlmiş. Fazil sanki xəbərsiz kimi, Sərdarı guya indi görürmüş kimi özünü apardı. Fazil — Aylına: gərçəkdən, Sərdar bəydirmi?

Sərdar ayağa qalxdı, Aylın qədər ən azından o da yalandan aktiyorluq edərək, rol oynamağa məcbur idi. Aylın Sərdarı göstərib — Fazilə: bəli Fazil bəy, Sərdardır. Fazil özünü günahsız — təmmiz biri kimi göstərməyə çalışırdı. Fazil — Sərdara: Sərdar bəy? Sərdar yaxınlaşdı. Fazil əlini uzadaraq — Sərdara: təsadüfə baxsana, necə təmiz ürəyə sahib bir insansanmış. İnan səninlə görüşmək istəmişdim Sərdara bəy. Sərdar yalandan gülümsəyərək, əlini sıxaraq — Fazilə: Aylına qızım dediyinizi duyduğumda, onun tək olmadığını anladım. Mən sizə təşəkkür edirəm Fazil bəy. Bu etdiyiniz yaxşılıqların əvəzini, bilmirəm heç necə ödəyə bilərəm sizə. Aylın mənimçün çox dəyərli biridir, elə bil bu sözü gözləyirdi Fazil.

Fazil — Sərdara: Sərdar bəy, mən işlə əlaqədar bir necə gün şəhərdə olmadım. Bax Aylın qızımın başına nələr gəldi. Nicat bəyin sizi qısqanclıq qarşılığı vurmaq istədiyini duyunca, inan çox üzüldüm. Düzü çox şaşırdım, sakit bir insandı Nicat bəy. Artıq olan oldu, əlimizdən gələni edəcəyik onu qurtarmaqçün, məndə işlərimlə əlaqədar tez — tez şəhərdən getməyə məçbur qalıram. Artıq kimsəyə Aylın qızımı etibar edə bilmərəm. Sizi Allah yetirdi mənə, səndən bir xayişim olaçaq, qəbul edərsənsə çox sevinərəm. Sərdar — Fazilə: buyurun Fazil bəy, əlimdən gələni edərəm bacaqrdığım qədər.

Fazil sevindi, — Sərdara: Aylın artıq tək qaldı, şirkətimizdə bilirsən böyükdür. Qızıma işlərində yardıma etibarlı, sənin kimi birisinə ehtiyacımız var. Əgər qəbul edərsənsə, səndən qızım Aylınla burda iş ortağı olaraq çalışmanı xayiş edirəm. Nicat bəyin əvəzinə, yəni o çıxana qədər ən azından.

Sərdar — Fazilə: mən dediyim kimi, əlimdən gələni edərəm Fazil bəy. Ancaq buna Aylın xanım razı olarmı, onun fikrini bilsək məncə yaxşı olar. Fazil gülümsəyərək, — Sərdara: Aylın qızımla bizim, çox bənzərliyimiz var Sərdar bəy. Məncə Aylın xanım narazılıq etməz, əksinə razı olar.

Aylına baxıb gülümsəyərək, elə deyilmi qızım? Aylın — Sərdara: Fazil bəy mənimçün çox yaxın bir insandır, əgər sən razısansa qalıb çalışa bilərsən, mənim narazılığım yoxdur. Fazilin kefi dahada açıldı, əlini bərk — bərk sıxıb — Sərdara: o zaman bu dəqiqədən sən, Aylın qızımla iş ortağısan. Sərdar bəy təbrik edirəm yeni işinlə əlaqədar səni. Çox sağolun, ikinizdə məni başa düşüb anladınız, minnətdaram sizə. Yalandan kövrələrək, gözlərini yaşlada doldura bildi şərəfsiz.

Aylınla Sərdar xəbərdar idilər, Fazilin aktiyorluğundan. Sərdar yalandan gülümsəməyə çalışdı. Fazil — olara: o zaman mən sizə mane olmayım, baxsanız Allahım işimizi necə yöndəmə saldı. Hər şey bir anda yolundan çıxdığı kimi, bir anda da yoluna düşdü, şükürlər olsun. Mən sizi hələlik işinizlə baş — başa buraxıram, mane olmayım. Sizin ikinizdən daha bir xayişim olacaq, iş vaxtınız bitdiyində, sizi axşam yeməyinə gözləyəcəm. Aylın qızım, bilirəm çox üzgünsən, sənin üzülməni heç istəmirəm. Bunu bilməni istəyirəm, hər zaman səninləyəm, yanındayam. Bax çox istəyirəm Sərdar bəyidə yaxından tanımaq, biraz sizinlə vaxt keçirmək şansını məndən əsirgəməssəniz, çox sevinərəm. Aylın — Fazilə: tamam Fazil bəy, sizi bu sevincinizdən məhrum etməyə haqqım yoxdur. Üstümdə böyüyüm kimi, Çox əməyiniz — əziyyətiniz var, mütləq gələcəyik. Fazilin sevinçinin həddi yox idi, planı yağ kimi gedirdi.

Fazil — olara: o zaman sizə işinizdə uğurlar, axşam işdən çıxdığınızda, adamlarım sizi dediyim ünvana gətirəcəklər. Sərdar — Fazilə: bir qəhvəyə otursaydınız Fazil bəy. Fazil tülkü dilini işə salaraq — Sərdara: axşama qalsın, birlikdə içərik Sərdar bəy, o zaman mən sizinlə sağollaşımıram, axşama qədər. Gülümsəyərək, tez otaqdan çıxıb getdi.

Sərdar Aylına baxıb gülmüsəyərək, işarə etdi ki, gördünmü dediyim düz çıxdı. Aylının üzünün ifadəsi dəyişsədə, məcbur izlənirlər deyə — Sərdara: yeni işinə xoş gəldin Sərdar bəy. Sərdar Aylına yaxınlaşıb, boynuna sarılaraq qucaqlayıb qulağına pıçıldadı, sarıl mənə inandıraq onu. Aylın Sərdara sarılıb, üzünü sinəsinə qoyub sakit dayandı.


Fazil gəlib maşınına əyləşdi, qapını örtdü gözətçisi. Tez cibindən telefonunu çıxarıb, Aylınla Sərdarı izlədi. Hər şeydən razı üz ifadəsiylə gülümsəyərək, — şoferə: getdik, maşın yerindən tərpəndi, şirkətdən uzaqlaşdı.


Nicat gizlin — gizlin Aylınla telefonla əlaqə saxlayırdı, xalası gəldi otağına. Xalası — Nicata: oğlum Bahar xanım zəng etdi, axşama bizə gələcəkmiş. Nicat telefonu kənara qoyub — xalasına: gəlsin canım xalam, Bahar xala yaxşı insandır. Nazlının bəxtdi gətirib qaynana tərəfdən. Xalası yaxşı anlayırdı, Nicat özünü üzməməkçün çarəsiz danışırdı. Xalası — Nicata: bax oğlum Aylın səni sevir bilirsən, nə olur səbir et. Qızıma o alçaq pislik edər, mən çox qorxuram. Nicat — xalasına: xalacan bax evdən çıxmıram, kiminləsə əlaqədə etmirəm. Səncə kiminçün dişimə sıxıram — dözürəm? əlbətdə canıma gorədir. Xalası gülümsəyərək, — Nicata: mənim axıllı balam. Nicatın saçından öpüb, otaqdan çıxdı.

Nicat dərindən nəfəs alaraq öz — özünə: məndə onu sevirəm. Çox az qaldı canım, bir daha səhv edib səndən ayrı qalmayacam, söz veririəm. Telefonunu götürüb Aylına mesaj yazmağa başladı.


Sərdar Nicatın yerində oturmaq istəməmişdi. Kreslosunu və bilgisayarını Aylına yaxın gətirib, eyni masada çalışırdılar. Nicatdan gələn mesajları, Aylın çalışıb vaxtı — vaxtında cavablandırırdı. Sərdar işlə məşğul olsada, fikri gözü Aylında idi. Bunuda yaxşı bilirdi ki, Aylın telefonda Nicata yazırdı.


Beləcə axşam olmuşdu. Ramizlə Dilqəm işdən çıxıb Nicata gəlmişdilər. Dilqəmin anasıda gəlmişdi Afət xanımla, söhbət edirdilər. Ramizlə Dilqəm, Nicatla otaqda oturub söhbət edirdilər. Dilqəm — Nicata: Sərdarın dedikləri düz çıxdı, baxsana Fazil tipi oları yeməyə dəvət etmiş. Ramiz Dilqəmə işarə etdi ki, Nicatı əsəbləşdirməsin, ehtiyat etsin danışarkən. Nicat dərindən nəfəs alıb — Dilqəmə: mən söz verdim, artıq səhv edərək Aylının həyatını təhlükəyə ata bilmərəm. Aylına bir şey olsa yaşaya bilmərəm, onsuz ölərəm mən. Xəbərim var, Aylın məni məlumatlandırdı gedəcəklərini bilirəm. Rmiz — Nicata: baxsana şərəfsizin əli nə qədər uzundur, başqa yerdə yaşayan bunlarada toxunmuş ziyanı. Alçaq atasını öldürmüş Sərdarın, artıq o şərəfsizə qarşı tək biz deyil, Sərdarda mübarizə aparır. İçim biraz rahatdır, mən o tipi sevməsəmdə, uzun illər polis işləmiş. Əlbətdə praktikası bizdən çoxdur, belə şərəfsizlərə qarşı. Nicat -Ramizə: mənim bir şeydən şüphəm var, bilirsənmi nədir?

Ramiz çiyinlərini çəkərək, yox deyə işarə etdi. Nicat — Ramizə: sənin ananda təsadüfənmi qəzada öldü, nə düşünürsən? Ramiz şaşırdı. Dilqəmə baxdı, həyəcanlandı.

Dilqəm — Nicata: unutdunmu? rəhmətlik anasını vuran qız, Ramizdən üzür istəməkçün ağlayaraq dəfələrlə qarşısına çıxdığını. Həmdə qızı sən tapmışdın Ramizə, yox bu Fazil alçağının işi deyildi. Nicat Ramizə baxırdı. Ramiz şüphəli baxışlarla baxaraq, — Dilqəmə: bu mənim heç bu günə kimi axlıma belə gəlmədi. Nicat — Ramizə: bəlkədə səhvim var unut, bağışla yaranı təzələmək istəməzdim.

Ramiz düşünərək, — Nicata: o uzaqda yaşayan Sərdarın atasına əli çatmışsa, əliylə ağzını tutub şüphəli baxdı. Sərdar dedi axı, Aylının ətrafında olanları bir — bir aradan götürüb, atasına qarşı nifrətini artırmağa çalışacaq. Aman Allahım, anamıda omu? sözünün ardını deyə blmədi, bi ixtiyar gözləri doldu pis oldu.

Dilqəm qalxıb gəlib Ramizin yanında əyləşib, çiyniə əlini qoyub dəstək olamağa çalışdı. Dilqəm — Ramizə: qardaşım əgər doğrudursa, az qaldı o şərəfsizin sonuna, bir olub cəzasını verəcəyik. Ramizin gözlərindən yaş sel kimi süzüldü, üzünə axdı, danışa bilmədi. Üzgün — nifrət dolu baxışlarla baxdı. Nicat gözlərini yumub sakit dayandı, bir manyak şərəfsiz, gör necə günahsız insanı yandırmışdı.


Aylın Sərdarla, Fazilin dəvət etdiyi restoranda oturub, yeməkdən sonra söhbət edirdilər. Fazilin üzündə sevinc dolu ifadə görsənirdi. Fazil — Sərdara: Sərdar bəy sənin xətrinidə, Aylın qızım qədər çox sevdim, inan ki səni bizə Allahım yolladı. Mən sabah işimlə əlaqədar getməliyəm, səndən təkrar Aylını tək qoymamanı xayiş edirəm. Nicat bəy olduğunda ürəyim rahat idi, bilirdim ki Aylın qızım tək deyil. Sərdar yalandan gülümsəyərək, — Fazilə: narahat olmayın Fazil bəy, mən artıq Aylını heç zaman tək qoymaram, özüm — özümə söz verdim. Aylın ayağa qalxıb, — olara: məni bağışlayın ürəyim bulandı, tez getdi. Sərdarla Fazil narahat oldular. Fazil — Sərdara: inşallah ciddi bir şeyi yoxdur qızımın. Sərdar — Fazilə: son zamanlar çox zəyif yeyir, mədəsini məhv etməsə yaxşıdır. Fazil — Sərdara: bax Sərdar bəy, mənim səndən işdən əlavə daha bir xayişim olacaq. Aylın qızımı gecə — gündüz bacarıb tənha qoyma. Aylın başqaları kimi deyil çox fərqlidir, səndə bunu bilirsən. Yeməyini vaxtı — vaxtında yesin, göz — qulaq olmanı istəyirəm ona. Bilirəm Nicat bəyə görə çox üzülür, iştahdan — ruhdan düşməsin, xəstələnməsini — üzülməsini heç istəmirəm. Sərdar — Fazilə: Fazil bəy siz məni çox yaxşı anlayırsınız, təşəkkür edirəm. Aylınıda düşünərək, gərçəkdən ona böyük dayaq olduğunuzun şahidi oldum. Bir gün bütün bu etdiklərinizin qarşılığının, heç olmassa az bir miqdarını ödəmək şansını mənə versəniz, çox sevinərdim. Bbilirsinizmi Aylın mənim canımdır, onu çox sevirəm. Fazil yerində rahat əyləşərək, ayağını — ayağının üstünə aşırıb — Sərdara: məndən sənə kiçik bir məsləhət, Sərdar bəy. Əgər gərçəkdən Aylını sevirsənsə, onu əlindən bir daha qaçırma. Belə şansın bir daha olmaya bilər, çalış dəyərləndir, sevdiyin qadının yanında ol hər an. Aylın gəldi

tez söhbəti dəyişdilər.

Fazil — Aylına: qızım bir şeyinmi var, yaxşısanmı? gedək həkim yoxlasın. Aylın gəlib əyləşib — Fazilə: yox bir şeyim Fazil bəy, narahat olmayın təşəkkür edirəm. Sadəqcə bu olanlardan sonra yorgunluq var üstümdə. Dinlənərsəm keçər, həkimə ehtiyacım yoxdur. Sərdar — Aylına: bundan sonra mən yanındayam canım, hər şey yaxşı olacaq. Fazil — Sərdara: Sərdar bəy götür Aylın qızımı evə, dinlənsin biraz özünü toparlasın. Nicat bəyin buraxdığı səhvi üzündən yazıq çox yoruldu, üzüldü. Fazil — Aylına: qızım, bax artıq Sərdar bəy yanındadır, ürəyim rahatdır. Sən istədiyin qədər dinlən — toparlan, işi Sərdar bəy idarə edər.

Sərdar — Fazilə: narahat olmayın Fazil bəy, mən ona göz — qulaq olacam şüphən olmasın. Təşəkkür edirik gözəl söhbətinə və dəvətinə görə. Sərar — Aylına: canım Fazil bəy düz deyir, gedək mən sənə qulluq edim dinlən biraz. Fazil — olara: məni qırmayıb gəldiyinizüçün, əksinə mən sizə minnətdaram, çox gözəl bir gecə keçirdim sizinlə. Aylınla Sərdar ayağa qalxdılar. Fazillə salamatlaşıb masadan ayrılırdılar ki, arxadan — Sərdara: Sərdar bəy, adamlarım sənə çıxışda kiçik bir hədiyyə verəcəklər mənim adımdan. Narazılıq istəmirəm, sizin rahatlığınızçün hədiyyəmi qəbul edin və gecəniz xeyirə qalsın. Sərdar — Fazilə: gecəniz xeyirə Fazil bəy, anladım, sizə qarşı narazılıq etməyə haqqım yoxdur, getdilər. Fazil arxalarınca baxaraq gülümsədi. Masadan şərab bakalını götürüb, bir qurtum içərək gözlərini qıyıb baxdı, düşündü nələrsə.


Sərdar Aylının çiynindən qolunu salıb özünə qısaraq, restorandan çıxdılar. Qarşılarına Fazilin adamları gəlib dayandılar, ətrafa göz gəzdirərək baxdılar. Aylın — Sərdara: bunlar bizi kimdən qoruyurlar? Sərdar yavaş səslə zarafatla, — Aylına: sən artıq Fazil bəyin qızı sayılırsan, o üzdən qoruyurlar canım. Aylın öz — özünə: kimi — kimdən qoruyurlar, Allahım sən mənə səbir ver. Qapının önünə bahalı maşın gəldi dayandı, qapını açıb maşından enib, qapının yanında dayandı oğlan. Yaxında dayanan başqa birisi — Sərdara: Fazil bəyin hədiyyəsidir buyurun, maşını işarə etdi. Sərdarla Aylın artıq bilirdilər, Fazil tülküsü Sərdarın qarşısında etibar qazanmaqçün min hoqqadan çıxırdı. Sərdar — Aylına: buyur canım, adamlardan birisi tez maşının ön qapısını açıb, Aylının əyləşməsini gözlədi. Aylın keçib əyləşdi qapını örtdü, o tərəfdə dayanmış başqasıda Sərdarın sükan arxasında əyləşməsini gözlədi. Sərdar gəlib keçib əyləşd qapını örtdü. Maşını işə salaraq — Aylına: gedək canım, çox yoruldun bu gün sən. Maşının qazına basaraq, restorandan uzaqlaşdılar.

Aylın — Sərdara: məni evimə çatdır, sən otelə get dinlən yorgunsan. Sərdar maşını idarə edə — edə, — Aylına: canım mənimlə gəl oteldə qal. Aylın istəmirdi Sərdarla qalsın, Nicatı düşünürdü. Sərdar — Aylına: bax gözünün şahidi oldun, dediklərim tək — tək qarşımıza çıxır, o çox təhlükəlidir. Aylın bir daha təkrarlamaq istəmirəm. Bağışla, mən plandan kənar bir addım kənara çıxaraq, sənin həyatını təhlükəyə ata bilmərəm. Narazılıq istəmirəm, mənimlə qalacaqsan oteldə, bu qədər. Aylın artıq bir söz demədi çox yorulmuşdu, maşının aynasından dışarı baxdı üzgün baxışlarla. Aylının üzülməsini Sərdarda istəmirdi, maşının sürəətini artırdı.


Nicat yatmamışdı, yatağında uzanıb Aylınla mesajlaşırdı. Aylın Sərdarla otelə getdiyini yazmışdı, Nicat dərindən nəfəs alıb, telefonu sinəsinə qoydu. Gözlərini yumaraq, əsəbini cilovlamağa çalışırdı. Öz — özünə: səbir et bir şey fikirləşcəm səbir et, yenidən mesaj yolladı — Aylına: (səninçün çox darıxmışam canım) tez cavab gəldi — Nicata: (məndə canım darıxmışam, nə olar sıx dişinə az qaldı). Nicatın üzgünlüyü — peşanlığı sözsüz üzündən oxunurdu.


Sərdar yuyunub saçını dəsmalla qurulaya — qurulaya gəldi. Aylın oturmuşdu, kefsiz mesajlaşırdı. Sərdar — Aylına: canım qalx bir duş al rahatlan, yorğunsan yatmağın lazımdır. Aylın cavab vermədən, əlində telefonla sakit qaldı. Sərdar gəlib əlindən telefonu götürüb masaya qoydu, qolundan tutub qaldırdı — Aylına: məni duyursanmı?

Aylın elə bir vəziyyətdə idi ki, bilmirdi nə etsin, nə desin. Birdən alnını Sərdarın sinəsinə qoyub ağladı. Sərdarın canından — can getdi, Aylının bu halı çox üzücü idi. Qucaqlayıb bərk — bərk özünə sıxıb, üzünü saçlarına qısaraq, — Aylına: sənin göz yaşlarına səbəb olan o… sonuna az qaldı, səbir et canım. Aylın Sərdardan ayrılıb, göz yaşlarını silərək getdi vannaya. Sərdar dərindən nəfəs alıb öz — özünə: Allah mənim cəzamı versin, səni qoruyu bilmədiyim. Əyləşib, ikki əlləriylə başını tutub üzgün — əsəbi baxdı.


Beləcə səhər açıldı, Sərdar səhərə qədər yata bilməmişdi. Aylın yorğunluqdan gec yuxuya düşmüşdü. Sərdar yerindən qalxıb, gəlib yatan Aylına baxdı peşman — üzgün baxışlarla. Aylın -Sərdara: iş vaxtına nə qədər var?

Sərdara Aylının oyaq olduğunu görüb, gəlib yanında əyləşdi, bir saat var canım. Sabahın xeyir, yatmadınmı? Aylın yerində dönüb, — Sərdara: hansı sabahımız xeyir oldu ki?

Sərdar — Aylına: məndə unutdum canım, çoxdandı xeyirli sabahların üzünə həsrətəm. Aylın görürdü, Sərdarda çox üzülürdü bütün olanlardan. Aylın — Sərdara: işə gec qalmayaq, qalxdı yerində əyləşdi. Sərdarın qoluna — qolunu vurub zarafatla, Sərdar bəy bu nə qonaq pərvərsizlikdir? qalxda iki acı qəhvə sifariş et, işdə masada mürgülüməyək. Kim bilir bəlkə bu gün möcüzə olar, başqa günlərdən fərqlənər, sabahımız — günümüz xeyirli olar. Aylın qalxıb getdi vanna otağına. Sərdar çoxdan bələd idi Aylının xasiyyətinə, nə qədər üzgün olsada, içi qan ağlasada, başqalarının üzülməməsiçün əlindən gələni edərək, zarafatından qalmırdı. Sərdar gülümsəyib, öz — özünə: canım ya sən başqa aləmsən, qalxıb getdi qəhvə sifariş etməkçün.


Nicat gizlin yorğanın altına yastıqları düzərək, yorğanın altındakının özünün olduğunu bilsin deyə. Xalasını aldadıb, evdən Aylını görməkçün qaçmaq fikrinə gəlmişdi. Bir daha kənardan dayanıb baxdı özü düzəldən adam formalı postelinə, öz — özünə: bağışla xalacan başqa çarəm qalmadı. Onu görməsəm ürəyim dayanar. Nicat qara açkilərini, açarlarını, götürüb ətrafa nəzər salıb, qapıdan çıxdı ehtiyatla. Xalası mətbəxtdə səhər yeməyini hazırlayırdı Nazlıçün. Nicat ehtiyatlı addımlarla xalası görməsin deyə qapıya gəlib, çox ehmalca qapını açıb çıxdı dışarı. Xalası məsbəxtdə olduğundan, duymadı Nicatın getdiyini.


Sərdar Aylınla işə gedirdi maşınıla, birdən qarşılarına başqa maşın çıxdı. Sərdar qəzadan qacmaqçün, çox çətinliklə maşını yolun kənarına çəkə bilidi, saxladı. Sərdar — Aylına: yaxşısanmı? qəfildən olan hadisəyə görə, Aylının qolu maşının qapısına dəymişdi. Canı acısada — Sərdara: yox bir şeyim, kimdir səhər — səhər bu kor heyvan?

Sərdar kəməri açıb qapını açıb yerə düşdü. Qarşıda qəzaya səbəb olmuş maşın dayanmışdı, içindən kimsə enmirdi. Sərdar nədənsə şüphələndi, Aylına işarə etdi ki, maşında qalsın. Əlbətddə ki, Aylın Sərdarın işarəsinə məhəl qoymadan, maşından endi. Sərdar əlini belindəki silaha hazır tutaraq, maşına tərəf addımlayırdı.

Maşının qapısı açıldı, Aylınla Sərdar baxdılar kimdir ehtiyatsız davranan. Maşından Ümidin düşdüyünü gördüklərində, ikisidə bir — birinə baxdılar təcüblə. Aylın tez yaxınlaşdı özünə tərəf gələn, — Ümidə: nə edirsən sən? belə ehtiyatsız maşın idarə edərlərmi. Yaxşısanmı? bir şeyin yox demi?

Sərdar qollarını bir — birinə keçirib baxırdı olara. Ümid — Aylına: sənə nə? nəyim var, nəyim yox başımın bəlası. Sərdara tərs — tərs baxaraq, — Aylına: yeni sevgilinə de ki, mənimlə gəlirsən indi. Ümidin ağzının — üzünün yaralandığı yerləri hələ bilinirdi. Aylın dönüb Sərdara baxdı, anlamadı Ümid nə deyirdi, hara aparırdı özünü?

Sərdar yaxınlaşıb — Ümidə: bax Ümid, səni bir daha vurmayacağam, Aylına söz verdim. Səndəndə xayişim, sözlərinə diqqət etməyindir. Ümid nəfəs -nəfəsə yaxınlaşıb, — Sərdara: diqqət etməssəm nə edərsən ki? Aylın kimdir ki? ona söz verirsən məni vurmamaqçün. Sənin məndən qorxub, onu — bunu bəhanə etməyinə heç şaşırmadım. Qorxma özünü axıllı aparıb qarşıma çıxmasan, sənə əlimidə sürməyəçəm söz, göz vurub Sərdarın əsəblərinə toxunmağa çalışdı. Sərdar gülümsədi, — Ümidə: deyirəm mənə qarşı bu qədər mərhəmətli olmasanmı? Ümid bəy.

Aylın arxadan — Ümidə: Ümid bəsdir, tərbiyəssizlik etmə dedim sənə. Ümid dönmədən, — Aylına: sənə baxanda mən çox tərbiyəliyəm, bilirsənmmi niyə? sənin kimi hər gün başqalarının maşınında gəzmirəm. Aylın arxadan gəlib, Ümidin qolundan tutub üzünü çevirdi özünə tərəf. Aylın — Ümidə: sənin o ağzını vurub qanadaram, sözlərinə diqqət et, duydunmu məni?

Ümid — Aylına: oohh, çox qorxdum səndən Aylın. Aylın — Ümidə: işə gec oluruq, get evə qardaşım dəlilik etmə. Ümidi Aylının özünə qardaşım deməsi əsəbləşdirirdi. Ümid — Aylına: Allah etməsin sənin qardaşın olum, mən yuxumda belə görməyim. Sən indi mənimlə gəlirsən və soruşma hara deyə. Sən məndən qorxmursan, elə deyilmi? bayaq ağzımı qanadacağınlada hədələdin. Sərdar — Ümidə: məndən icazəsiz, Aylını harasa götürə biləcəyinimi düşünürsən? sən kimisən ki, səninlə harasa getsin. Ümid — Sərdara: bəs sən kimisən ki, səndən icazə alım? bu söz Sərdarı yaxşıca tutsada, özünü sındırmadı. Sərdar — Aylına: canım keç maşına əyləş işə gec qalırıq, səhər — səhər uşaqla davalaşmaq yaraşmaz mənə. Ümid — Aylına: hünərin varsa məni dinləmə. Sərdar — Aylına: Aylın keç əyləş maşına, tərs — tərs Ümidin gözlərinin içinə baxdı.

Aylın istəmirdi yenədə qardaşı Sərdarı əsəbləşdirsin, vurulsun. Sərdarın maşınına tərəf gedirdi, birdən Ümid bir addım geri çəkilib belindən silah çıxarıb Aylına tərəf tuşladı. Ümid — Aylına: dedim mənimlə gəlirsən, bağırdı. Sərdar bir anda təcüblə baxa qaldı, Ümidin Aylına silah çəkməsinə. Aylın qardaşı bağırdığında dönüb baxdı, əlindəki özünə tərəf turşlanmış silahı görüncə, təcüblə Sərdara — Ümidə baxdı.

Sərdar həyacan kecirirdi, qorxurdu Ümid dəlilik edər, bilmədən əlindən xata çıxardı bacısına qarşı. Sərdar — Ümidə: sal silahı aşağı, nə edirsən sən? Ümid — Aylına: dedim keç maşınıma əyləş. Aylın qardaşına tərəf gəlib, özünə tərəf turşlamış silahı ürəyinin üsünə dayayıb dayandı. Aylın — Ümidə: çək tətiyə hallalıq verirəm, qorxma vur.

Ümid Aylının belə etməsindən dahada əsəbləşdi, silahı əlində bərk — bərk sıxıb tutdu. Ümid əsəblə — Aylına: bir daha təkrar etməyəcəm, maşına əyləş dedim. Sərdarın ürəyi elə döyünürdü ki, sanki indi yerindən çıxacaqdı. Sərdar -Ümidə: axlın başına topla, sal dedim silahı aşağı. Aylın — Ümidə: əsil kişilərə ayit məsəl var, duydunmu qardaşım? duymadısa deyim. Əğər özünü kişi sayıb, silahını qarşısındakını vurmaq niyyətiylə qaldırdınsa, mütləq vurmalısan. Əks halda vurmağa cəsarətin çatmasa, o əlindəki silahını bir daha belinə təkrar qoymağın kişiliyinə ziddir. Aylının bu sözündən Ümid axlını yerindən elə oynatdı. Sərdar anladı, Ümid barmağını basacaq tətiyə, bagırdı! Ümid qarşındakı doğma bacındır, Ümid sal dedim silahı aşağı. Ümidin üzünün ifadəsi dəyişdi, — Sərdara: bağıraraq! bəsdir, nə sayaqlayırsınız siz? nə bacısı, nə doğması?

Aylın — Sərdara: sus Sərdar qarışma, vursunda canım qurtarsın zülümdən, yoruldum gərçəkdən yoruldum. Aylın birdən Ümidin əlinin üstündən silaha əlini tutaraq, — Ümidə: çək tətiyə qardaşım kimsəni dinləmə. Ümid bir anlıq qaldı şaşıraraq. Bu nə demək idi? — Aylına: siz hamınız başdan xarabsınızmı? — Sərdara: nə bacısı sən nə danışırsan? Aylın — Ümidə: sən onu dinləmə, bax çəkdiyim məsəldən nəticə çıxar, məndə sənə yardım edirəm çək tətiyə qorxma. Sərdara bağırdı! — Aylına: Aylın etmə canım mən sənsiz yaşamaram, dur nə olur dur yalvarıram. Sərdar bilirdi, Aylın gözünü qırpmadan qıyardı özünə, hər zamandakı kimi. Gözlərindən yaş süzüldü, titrək səslə — Aylına: etmə canım, qıyma qardaşına qatilin olsun. Sərdar — Ümidə: anana — atana yalan dedilər qızları ölmüş deyə. Kimsənin başı xarab deyil, qarşındakı doğmaca bacındır inan mənə, Ümidi elə bil yerdən — yerə çırpdılar, -Sərdara: nəə? silahı tutmuş əli əsdi. Sərdar çox ehtiyatlı hərəkətlə, Aylının əlini Ümidin əlinin üstündən çəkdi. Aylın kövrəldi, — Sərdara: nədən dedin? nədən qoymadın vursun? siz mənim rahat olmağımı istəmirsinizmi? Aylın əsəbindən, qəhərindən bağırdı. Sərdar tez Aylını qucaqlayıb sinəsinə sıxıb tutdu. Sərdar — Aylına: sən ölsən məndə yaşamaram bilirsən. Aylın əsəbindən ağladı Sərdarı qucaqlayıb. Ümid qalmışdı hələdə yerində donub, baxırdı. Sərdar Aylının üzündən — alnından öpərək, — Aylına: öləcəyiksədə birlikdə öləcəyik canım, duydunmu? birlikdə öləcəyik. Mən sənsiz yaşamaq fikrində deyiləm. Ümid bir neçə addım geri durub, baxdı Sərdara qısılıb ağlayan Aylına. Hələdə Sərdarın dediyi söz qulaqlarında cingildəyirdi, həyəcan və şüphə dolu baxışlarla baxarırdı. Ümid əlində tutmuş silahına nifrətlə baxıb kənara atdı, bir söz demədən qaçıb öz maşınına əyləşib, getdi sürəətlə.

Aylın Sərdarın sinəsinə üzünü dayayıb, yaşlı gözləriylə baxdı ordan gedən qardaşının ardınca. Aylın — Sərdara: gedək burdan, Sərdar saçlarından öpüb, gedək canım. Özünə qısıb, çiynindən tutub maşına tərəf apardı. Qapını açıb Aylını maşına otuzdurdu, təhlükəsiz kəmərini çəkib bağladı. Qapını örtüb, gəlib maşına sükan arxasına əyləşdi, maşıını biraz qabağa sürüb saxladı. Düşüb Ümidin atdığı silahı götürüb, tez maşınına əyləşib ordan uzaqlaşdı.


Ümid maşınını sürəətlə idarə edirdi, gözləridə yaşarmışdı, tez — tez bir əliylə gözünün yaşını üzünü silirdi. Sərdarın dediyi sözdən şoka düşmüşdü, öz — özünə: bu ola bilməz yalandır, gərçək ola bilməz. Gəlib öz şirkətlərinin qarşısında maşını saxlayıb, tez enib qaçaraq şirkətə getdi.

Atası otağında çalışırdı, qapı döyülmədən içəri girən kimdir deyə baxdı. Ümidi ağlamış görüb, tez ayağa qalxdı. Atası — Ümidə: oğlum nəyin var? Ümid əlləriylə başını tutub keçib əyləşdi. Bir yerdə tab gətirmirdi, qalxıb oyana — buyana gəzişdi, öz — özünə: yalandır inamaıram. Atası Ümidin hərəkətlərindən qorxdu. Masadan gəlib oğlunun qolundan tutub -Ümidə: oğlum nə olub, nə yalandır? yaxşısanmı sən? narahat oldu. Zorla oğlunu kresloya otuzdurub, masadan qrafindən bakala su töküb verdi. Atası — Ümidə: iç oğlum özünə gəl, nədir bu halın? Ümidin əlləri əsirdi, bakalı tuta bilmirdi. Atası tez əlndən götürüb, zorla sudan içirtdi, dur mən indi həkim çağırım. Masadan telefonunu götürdü, Ümid qoymadı. Ümid — atasına: ata bacım doğulduğunda sizə öldü dedilər, elə deyilmi? atası bu sualdan biraz şaşırdı. Atasə — oğluna: niyə soruşursan oğlum? təssüflər olsun bacın öldü doğumdan sonra. Ümid — atasına: sən şəxsən bacımın ölüsünü gördünmü? atası təcüblə — Ümidə: yox görmədim, yetişə bilmədim. Mən gəldiyimdə dəfin etmişdilər. Ümid şüphəylə — atasına: bəs anam? anam gördümü qızının ölüsünü?

Atası gəlib oğlunun qarşısında dayandı. Atası — Ümidə: oğlum, ill

...