Müharibə həyatları necə dəyişir? Bölünmüş şəhərlər ümidləri necə məhv edir? Xoşbəxtlik hansı xatirələr içində azıb? Yoxsulluğu uniforma ilə gizlətmək olurmu? Və bananlar böyüyərkən səs çıxarırmı? Hara məxsus olduğunu anlamağa çalışan Dəniz, öz cinsi kimliyini sorğulayarkən Filipinaya aşiq olan Maruan, Hizbullah aşiqi erməni qız, məktubları ilə Şatila düşərgəsindəki həyatı, müharibənin iç üzünü, sevgisini ifadə edən Həmzə Yaxın Şərqin lənətini göstərməyə yetərdimi? Banan səslərini yazmaq üçün doqquz ay Beyrutda yaşamaq kifayət idimi?