Məndən kədərlə heç nə arasında seçim etməyimi istəsəydilər, mən kədəri seçərdim.
Uilyam Folkner
hər qadın bir yaşdan sonra anasının xəstəliyindən tutacaq, baxışları onu xatırladacaq, xasiyyəti də oxşayacaqdı.
Liliya hər ortası çökən sufleni öz həyatına oxşadırdı. Ömrü boyu nə qədər əziyyət çəksə də birdən-birə hər şey dağılır, çökürdü. Həyatın kəşməkəşləri ona bu əfsanəvi yeməyi xatırladırdı. Sevinən kimi bədbəxtlik gəlib qapısını döyürdü. Tab gətirə bilmədiyini düşünməyə başlayanda yenidən güclənməyinin səbəbini özü də bilmirdi.