“Ürəyinin apardığı yere get” romanı Umberto Ekonun “Qızılgülün adı” romanından sonra İtaliyada böyük uğurlara imza atan və ən çox satılan kitablar siyahısından düşməmişdir. Roman səksən yaşlı bir nənənin Amerikada oxumağa və yaşamağa qərar verən nəvəsinə yazdığı, lakin göndərmədiyi məktublardan ibarətdir. Nənə bu məktublarda özünün və qızının həyatının bəzi məqamlarını, dəyişən adətlər, dəyərlər, qarşısında duyduqlarını qələmə alaraq gəncliyində edə biləcəyi amma cürət etmədiyi şeyləri nəvəsinə anladarkən hər şeydən öncə ürəyin səsinə də qulaq asmağı məsləhət görür: İlk çevrilişi insan öz içində etməlidir, bəli, ilk və ən əhəmiyyətli çevriliş budur. İnsan özü haqqında bir düşüncəyə sahib deyilsə, bir məqsəd uğrunda vuruşmaq atılacaq ən təhlükəli addımdır… İnanırıq ki, kitab oxucuların marağına səbəb olacaq və kitabsevərlər tərəfindən maraqla qarşılanacaqdır…