Dünya şöhrətli ingilis yazıçısı, klassik detektiv janrının ən böyük nümayəndələrindən biri Artur Kanon Doylun (1859–1930) «Qozbel» adlı kitabına müəllifin müxtəlif illərdə qələmə aldığı «Qloriya Skott», «Mesqreyvlərin ayini», «Qozbel», «Daimi xəstə», «Tərcüməçinin başına gələn hadisə», «Dəniz müqaviləsi», «Holmsun son əməliyyatı», «Boş ev» və digər hekayələr daxil edilib. Kitabda A.K.Doylun ədəbi qəhrəmanı Şerlok Holms və Doktor Uotsonun müxtəlif macəraları yer alıb. Kəskin süjetli hadisələr oxucunu öz ardınca aparır.