– Bəs narkotiklər necə? Elə narkotik varmı ki, onun təsiri altında normal adam da aqressiv olsun, başlasın öldürməyə?
Eune başını buladı:
– Stimulyatorlar yalnız mövcud sapmaları gücləndirə və ya zəiflədə bilər. Sərxoş halda arvadını öldürmüş adam bunu dəfələrlə ayıq başla düşünmüşdü. Qabaqcadan düşünülmüş qətl həyata keçirən adamın demək olar ki, hökmən buna sabit sapması vardır.
Deyirlər ki, ən yaxşı qadın – sənə qismət olmayan və ya sənin unutduğun qadındır.
Hamı sual verir, həyatın mənası nədir? Bəs ölümün mənası nədir? – bunu kimsə soruşmur.
– Adamı həyatdan məhrum etmək – hələ ona edə biləcəyin ən dəhşətlisi deyil. Ən dəhşətlisi – onu uğrunda yaşadığı ən dəyərli şeydən məhrum etməkdir.
Harri çoxdan müşahidə etmişdir ki, tikinti-abadlıq işi aparanlar heç nəzərə almırlar ki, yol haradan salınmasından asılı olmayaraq, adamlar istənilən halda ən qısa yolu seçirlər.
Mən bilirəm, – Harri dedi, – təqsirini yumaq instinkti qisas instinkti qədər güclüdür
Oktyabr günəşinin yastı şüaları, həyətdən çıxıb sıx nəqliyyat axınına girən maşının yan güzgüsündə əks olundu.
düşünürdü ki, insan öz həyatına son verməyə tam mənəvi haqqa sahibdir. O hətta “Freytod” terminini – yəni “könüllü ölüm” – işlədirdi.
yunan filosoflarının fikrini dəstəkləyirdi: insan nə zaman öləcəyinə qərar verməkdə sərbəstdir. Nitsşe
Narsis haqqında eşitmisiniz, güzgüdəki əksinə ondan ayrılmayacaq dərəcədə vurğun bir yunan gənci. “Narsisist” anlayışını psixologiyaya Freyd daxil etmişdir. Bu, özünə vurğun, öz fövqəladəliyi haqqında aşırı inamlı, ən böyük uğurlar qazanmalı olduğu haqqında fikrə dəlilik dərəcəsində aludə olan bir adam deməkdir. Narsistlərdə onların heysiyyətinə toxunan adamdan qisas almaq tələbatı bütün başqa tələbatlardan üstün olur. Bu, “narsistik qəzəblənmə” deyilən şeydir. Amerikalı psixoanalitik Haynts Kohut belə bir şəxsiyyətin hər hansı vasitələrlə heysiyyətinə toxunandan qisas almağa