– Bəs narkotiklər necə? Elə narkotik varmı ki, onun təsiri altında normal adam da aqressiv olsun, başlasın öldürməyə?
Eune başını buladı:
– Stimulyatorlar yalnız mövcud sapmaları gücləndirə və ya zəiflədə bilər. Sərxoş halda arvadını öldürmüş adam bunu dəfələrlə ayıq başla düşünmüşdü. Qabaqcadan düşünülmüş qətl həyata keçirən adamın demək olar ki, hökmən buna sabit sapması vardır.
Deyirlər ki, ən yaxşı qadın – sənə qismət olmayan və ya sənin unutduğun qadındır.
Hamı sual verir, həyatın mənası nədir? Bəs ölümün mənası nədir? – bunu kimsə soruşmur.