Qarşına əngəl çıxacaqdır, tufan, duman, qar olacaqdır, bunlarsız ötüşmək mümkün deyil. Amma sən belə düşün: başqaları uçmuşlar, onlar bu həngamələrdən keçmişlər, deməli, mən də keçəcəyəm.
Sənin qayırıldığın palçıq qurumuş, daşa dönmüşdür, bəlkə də bir zaman səndə yaşamış olan, indi isə dərin yuxuya getmiş musiqiçini, şairi, yaxud astronomu artıq dünyada heç bir şey oyada bilməz.
Həqiqət üzdə olmur. Əgər portağal ağacı hər hansı bir başqa torpaqda deyil, bu torpaqda möhkəm kök atırsa və bol məhsul verirsə, deməli, portağal ağacı üçün bu torpaq həqiqət deməkdir. Əgər başqası deyil, məhz bu mədəniyyət, bu meyar, bu fəaliyyət forması adamda mənəvi dolğunluq, onun özünün də ağlına gətirmədiyi qüdrət hissi oyadırsa, deməli, məhz bu meyar, bu mədəniyyət, bu fəaliyyət forması insan həqiqəti deməkdir. Bəs sağlam düşüncə? Onun işi həyatı şərh etməkdir, qoy vəziyyətdən necə bacarır elə də çıxsın...
– ...amma unutmayın, buludlar dənizindən aşağıda əbədiyyətdir... – dedi
indi isə dərin yuxuya getmiş musiqiçini, şairi, yaxud astronomu artıq dünyada heç bir şey oyada bilməz
kəs sənə qaçıb qurtulmağa kömək etməmişdir və bunda sənin günahın yoxdur. Sən özünün sakit aləmini qurmusan, işıq gələn bütün yollarını, termitlər elədiyi kimi, möhkəm-möhkəm bağlamısan. Sən yumaq kimi yumrulanmısan, özünün meşşan əmin-amanlığında, ətalətli adətlərində, üfunətli əyalət qaydasında büzüşüb qalmısan, sən bu miskin istinadgahı düzəldib, küləkdən, sahilə çırpılan dalğalardan və ulduzlardan gizlənmisən. Sən özünü böyük məsələlərlə çətinə salmaq istəmirsən, sənə onsuz da insan olduğunu unutmaq az əzab-əziyyətə başa gəlməmişdir, yox, sən fəzalarda dolaşan planet sakini deyilsən, sən cavabı olmayan sualları qarşına qoymursan, sən Tuluza şəhərinin vur-tut bir sakinisən. Heç kəs vaxtında səni tutub saxlamamışdır, indi isə çox gecdir. Sənin qayırıldığın palçıq qurumuş, daşa dönmüşdür, bəlkə də bir zaman səndə yaşamış olan
Mən pıç-pıçla edilən söhbətlərə qulaq asdım. Xəstəliklərdən, puldan danışır, yorucu, bezikdirici ailə dərdlərini bir-birinə etibar edirdilər. Bunların arxasında kədərə bürünmüş həbsxana divarları yüksəlirdi, bu adamlar özlərini ora salmışdılar. Və birdən mən taleyin üzünü gördüm.
Qoca məmur, mənim avtobusdakı qonşum, heç vaxt heç
Ayrılıq, hicran, uzaqlıq, intizar, vüsal sözləri qalsa da, mənaları tamam dəyişmişdir.
Gedənlərə matəm saxlaya-saxlaya xəlvətcə bir də ona görə kədərlənirsən ki, özün də qocalırsan.