Fatma Barbarosoğlu dörduşaqlı ailənin dördüncü uşağı olub, Afyonda dünyaya göz açmışdır. Orta məktəbin son sinfinə qədər İstanbulda aldığı təhsilini Afyon liseyində başa vurmuşdur. İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin fəlsəfə bölümündən məzun olmuşdur. «Təsəvvüf təhsilinin dəyərləndirilməsi» adlı dissertasiyası ilə magistr dərəcəsini almışdır. «Müasirləşmə çağında moda-şüur əlaqələri» adlı dissertasiya mövzusu ilə sosiologiya elmləri doktoru olmuşdur.