Ötən əsrin 60-cı illərində Bakının ədəbiyyat dərnəklərində bir araya gələn gənclər öz yeni yazıları ilə yanaşı, tez-tez ədəbiyyat söhbətlərinin çərçivəsini qıraraq ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə edir, hər sözündən «qan iyi» gələn fikirlər səsləndirər, xalqın məruz qaldığı ədalətsizlikləri, assimilyasiya siyasətini cəsarətlə ifşa edərdilər. Bu dərnəklərdə gedən söhbətlər, oxunan şeirlərin ruhu o vaxt «disident»adlandırılanların və ya sonradan özlərinə dissidentlik tərcümeyi halı uydurmağa çalışanların hamısından daha cəsarətlə sovet rejiminin mahiyyətini açıb ortaya qoyur, diqqəti milli ideallara yönəldirdilər.