Anam qayışla məni döyür, lakin bu cəza məni daha artıq hiddətləndirir, bundan sonra küçədə uşaqlarla daha amansız vuruşurdum
O, üzünün bütün qırışlarını ağzının yanında cəm edir, sonra bu qırışları gözlərinə tərəf qovaraq, razı olurdu:
– Bəs o axmaq özü?
– Özü isə sağ qaldı. Axmağa nə ayaq lazımdır, nə də əl, o öz gicliyi ilə də qarnını doydura bilər. Axmaq adamı hamı sevir, axmaqlıq ziyansız bir şeydir