O hələ qoca deyil. Götürdüyü uşaqları tərbiyələndirməlidir. Bir az keçəcək, onlar dirçələcək və onun yanından gedəcəklər. Bəs sonra? Bir-birinə oxşayan intəhasız günlər. Bəs sonra?..
O yalnız bir şeyi – indicə gözdən itəcək uzun qutunu görürdü. O yalnız bir şeyi hiss edirdi – tezliklə qatar hərəkət edəcək və hər şey qurtaracaqdır
Bizim hamımızın dərdi var, kiminin az, kiminin çox, həm də bunları birtəhər həll etmək, dözmək lazımdır. Bəzi adamların başqalarından daha xoşbəxt olduğunu zənn etmək düz deyildir. Dərd-qüssə hamıya çatır
Cəmiyyət bütövlükdə insanları olduqca pis tanıyır. Onun yeganə meyarı «başqaları nə deyərlər»dir. Onun yeganə ölçüsü – özünü mühafizə hissidir.
müvəffəqiyyət qazanmaq istəyirsənsə, fürsəti əldən vermə. Bunun üçün isə bu dünyada, xarici görünüş və zahiri bəzək hər şeydən üstün olan bu dünyada, görkəmli yer tutanlara yaxınlaşmaq, yaxud heç olmazsa, özünü onlara yaxın göstərmək lazımdır.
İndi nə olacaq? O hələ qoca deyil. Götürdüyü uşaqları tərbiyələndirməlidir. Bir az keçəcək, onlar dirçələcək və onun yanından gedəcəklər. Bəs sonra? Bir-birinə oxşayan intəhasız günlər. Bəs sonra?..
Şübhəsiz, yoxsulluğun gözəlliklə birləşməsinə laqeyd qalmaq çətindir.
Qurşunabənzər noyabr səması yollar üzərində sallanırdı. Qatar getdikcə uzaqlaşır, uzaqlaşırdı, nəhayət, axırıncı yataq vaqonundakı qırmızı fənər tüstü dumanına bataraq gözdən itdi.
– Mən ölməliyəm, siz ki yox, – deyə Lester qorxunc istehza ilə qeyd etdi, – icazə verin, mən necə istəyirəm, necə mənə xoş gəlir, elə də ölüm.
O çox tez mütəəssir olandır. Buna görə də həyat ona əslində olduğundan daha qaranlıq görünür.