O hələ qoca deyil. Götürdüyü uşaqları tərbiyələndirməlidir. Bir az keçəcək, onlar dirçələcək və onun yanından gedəcəklər. Bəs sonra? Bir-birinə oxşayan intəhasız günlər. Bəs sonra?..
O yalnız bir şeyi – indicə gözdən itəcək uzun qutunu görürdü. O yalnız bir şeyi hiss edirdi – tezliklə qatar hərəkət edəcək və hər şey qurtaracaqdır
Bizim hamımızın dərdi var, kiminin az, kiminin çox, həm də bunları birtəhər həll etmək, dözmək lazımdır. Bəzi adamların başqalarından daha xoşbəxt olduğunu zənn etmək düz deyildir. Dərd-qüssə hamıya çatır