Karyerasına yazıçı kimi başlamazdan əvvəl Seselia Ahern (Cecelia Ahern) jurnalistika və mətbu münasibətləri üzrə ali təhsil almışdı. İyirmi bir yaşında o, “PS, Mən səni sevirəm” (“PS, I Love You”) adlı ilk əsərini yazır. Nəşrindən az sonra əsər ən çox satılan kitab olur və Hilari Svankın iştirakı ilə çəkilən bir filmi ssenarisi kimi işlənir. Ardıcıl olaraq çap olunan “Göy qurşağının bitdiyi yer (“Where Rainbows End”), “Məni indi görə bilsəydin” (“If You Could See Me Now”), “Bura adlanan yer” (“APlace Called Here”), “Xatirələrə görə minnətdaram” (“Thanks for the Memories”) və “Hədiyyə” (“The Gift”) nəşrləri də ən çox satılan kitablar arasında yer alır. Kitabları 46 ölkədə çap olunmuş və ümumilikdə, on milyon nüsxədən çox satılmışdır. Seselia həmçinin, mükafat qazanmış “Hanı Samanta?” (“Samantha Who?”) adlı teleseriyalın da yaradıcılarındandır. 2008-ci ildə Seselia “İlin qlamur qadını” mükafatlandırılma mərasimində “Ən yaxşı yeni yazıçı” mükafatını almışdır. Seselia İrlandiyanın paytaxtı Dublində yaşayır.