Çe sağlamlığına böyük ziyan vuraraq olduqca çox siqaret çəkir, onun sağlamlığı isə hamı üçün vacibdir. Ximenes hücuma keçir:
– Çe, sən bu qədər çəkməyi davam etdirə bilməzsən. Bu sənin həyatın üçün təhlükəlidir.
Divara sıxışdırılan Çe, nəhayət, boynuna alır:
– Razıyam. Ancaq heç olmasa gündə bir dənə siqar çəkməyə icazə verin. Tanrıların tütünü!
Səhəri gün o, nazirliyə uzunluğu bir metr olan siqar ilə gəlir...
“Əsasən fəhlə kütlələri ilə rəhbərlər arasında əlaqənin olmaması və təşkilatların səhvləri ucbatından tətildə yanlışlıq baş verdi.
– Gerilyero – sosial islahatçıdır. O bütün silahsız qardaşlarımızı əsarətdə və yoxsulluqda yaşamağa məcbur edən rejimi dəyişmək üçün mübarizə aparır. Gerilyero əsasən və ilk növbədə aqrar inqilabçıdır.