b9761417322card.quoted5 жыл бұрын
Gəl bu gün görüşək aylı gecədə,

Toxunum üzünə, dodaqlarına.

Gəl sarıl boynuma sakit küçədə,

Bir öpüş göndərim yanaqlarına.

Gəl tutaq həyatın yorğun nəbzini,

Zamanı asaq biz ayaqlarından.

Gəl pozaq ömürdən ölüm sözünü,

Fərqlənək Allahın qonaqlarından.

Gəl elə söz de ki, şirin dilinlə,

Bağla gözlərimin qapaqlarını.

Gəl ay incə ruhlum qadın əlinlə,

Bəzə ürəyimin otaqlarını.
    • b53668763484 жыл бұрын

      Çoxh gözəl

      b25521049365 жыл бұрын

      Ela

    Комментарий жазу үшін кіру немесе тіркелу