Səni sevmək üçün gəldim dünyaya. Şeirlər
Қосымшада ыңғайлырақҚосымшаны жүктеуге арналған QRRuStore · Samsung Galaxy Store
Huawei AppGallery · Xiaomi GetApps

автордың кітабын онлайн тегін оқу  Səni sevmək üçün gəldim dünyaya. Şeirlər

Vahid Çəmənli

Səni sevmək üçün gəldim dünyaya

Şeirlər






12+

Оглавление

  1. Səni sevmək üçün gəldim dünyaya
  2. Hürİzad Xalamın əzİz xatİrəsinə həsr edİrəm
  3. Mİnnətdarlıq
  4. Yolçusuz yolların yolçusu
  5. El anası anaların anası Hürİzad xalam
  6. İndİ
  7. Gəlİr
  8. Ata yurduna
  9. Ay badam ağacı
  10. Ağdamım
  11. Bayraq
  12. Sənİ sevmək üçün gəldİm dünyaya
  13. Ömür kİtabımı vərəqləyirəm
  14. Adını özünə gerİ verİrəm
  15. Yağı əlİndədİ Vətən torpağı
  16. Ay Vətən oğlu
  17. Kaİnatın nİzamı
  18. Nədİkİ
  19. Dostum Çİngİzə
  20. Adam
  21. Sevgİdən de, sevgİdən yaz
  22. Görüş
  23. Rübaİ
  24. Günlərİn
  25. Atraksİona yağış yağır
  26. Yaz, ara
  27. Sobada odun yox
  28. Gəlİr
  29. Bəndə
  30. Sarı Təpə
  31. Mənİm
  32. Çİngİz Kürdəmİrlİ İlə deyİşmə
  33. Gəlmİr
  34. Dostum Çingiz Kürdəmirlİyə
  35. Yansın sözü olmayanı
  36. Düşür
  37. Nə xəyal eylər
  38. Olmur
  39. Oldu
  40. Bİlməz
  41. Yaşadım
  42. Dərvİş
  43. Ustad
  44. Olmaz
  45. Edərlər
  46. Mİn İl bundan qabaq öləsİ İdİn
  47. Ay Vətən
  48. Düşüncələr
  49. Nə İşİn var qoruqda?
  50. Məzahİr İsgəndərə
  51. İndİ o günlərİm xatİrələrdə
  52. Bu eşqİ
  53. Ayrılaq
  54. Gözəl
  55. Mühasİbata
  56. Yoxdur
  57. Bu necə səhərdİ
  58. Araz axır aramızdan
  59. Gələcəm
  60. Nəf gəzİrəm yamanlıqda
  61. Düşər
  62. Gedər
  63. Adam adama
  64. Bİlmİrəm
  65. Kİşİ
  66. Oldu
  67. 03.03.3030 — cu İlə məktub
  68. Bu zİrvədən o tərəfə
  69. Qara köç
  70. Enən çağımdı
  71. Öyrən
  72. Yoxdu
  73. Olur
  74. Özümü Şuşada bİldİm
  75. Əzİzİm
  76. Şəddi-Şahnaz oxu
  77. Çıxır
  78. Gəlİr
  79. Eləmə
  80. İnsan
  81. Yoxdur
  82. Gülüm
  83. Özünüz dedİnİz
  84. Səndən qalan xatİrə
  85. Adİl Çəfakeşİn «Kefdəyəm e, kefdəyəm» şeİrİnə
  86. Ey Haqq gəzən
  87. Bİrgünlük qonağam
  88. Yazaq
  89. Anlayar
  90. Çəkİl göylərİmdən ay qara bulud
  91. Koronavİrus
  92. Korona vİrus
  93. Unudulmayan qəhrəmanlar
    1. 1.Rİonİ çayı
    2. 2. 1987-cİ İldə Ağdam
    3. 3. Təbİətlə üz-üzə
    4. 4. Ağ atlı oğlan
    5. 5. Əbədİyyətİn bİr addımlığında
    6. 6. Unudulmayan qəhrəman
    7. Haray
    8. Rahİb
    9. Şaİr Hİkmət Zİya Rahİb Məmmədovun xatİrəsinə «Rahİb» adlı şeİrİnİ həsr edİb
  94. Son söz

Hürİzad Xalamın əzİz xatİrəsinə həsr edİrəm

Mİnnətdarlıq

Ədəbi yaradıcılıq sahəsində həyatımın son dörd ilinin uğurlarına görə dostum, sinif yoldaşım, Çəmənlidə böyük hörmət sahibi olan, Məhərrəm əminin ocağının odqoruyanı Nizami Bayramova minnətdaram. Bu illər ərzində bir birininn ardınca «Bu yay da belə keçdi», «Gözlərimin işığında», «Bir fəqir yolçuyam», «Səni sevmək üçün gəldim dünyaya» adlı şeirlər kitabım işıq üzü gördü. Nizami olmasaydı, bu kitabların heç biri olmazdı. O məni öz kəndimə, öz dostlarıma, öz ruhuma qaytardı. Baxımsız qalıb dağlan evimin acısını çəkməyə qoymadı. Öz evində məni ev sahibi kimi qəbul etdi, ocağının başında oturtdu.

Mən səninlə fəxr edirəm, əziz dostum!

Yolçusuz yolların yolçusu

Mən Vahidi 70-ci illərin sonlarından, tələbə ikən tanıyırdım. Təbinə də bələd idim. Ağrısını, yanğısını da bilirdim. Son illərə kimi özündən, sözündən xəbərsiz idim.

Bu dəfə onu şeirlərindən tanıdım. Artıq şeirləri də özü kimi müdrikləşib. Şeirlərinin saçları da öz saçları kimi ağarıb. Mehribanlığı isə həmənki kimidi.

Vahid Çəmənlinin mənə təqdim etdiyi bu kitabdakı şeirləri onun indiyədək oxuduğum şeirlərindən üslub və yanaşması ilə fərqlənir. Son vaxtlar daha çox qoşmalar yazır. Yaxşı da alınır. Hansı formada yazmağın fərqi yoxdur. Əsas olan özünü lazımca ifadə etməkdir.

Vahidin şeirlərində məni ən çox özünə çəkən onun vətən mövzulu, vətən həsrətli şeirləridir. Bu bəlkə də çəkdiyimiz dərddən, ağrıdan doğur. Həsrətin, ayrılığın, hissin doğmalığından gəlir. İstənilən itki, yoxluq adamı ağrıdır. Yurd, vətən — Qarabağ itkisi isə tam başqadır.

Nə yaxşı ki, Vahidin doğulduğu Çəmənli kəndi işğal altında deyil. Vahid kəndinə gedə bilir. İlk addım atdığı torpağı yenidən addımlayır. O yollar, cığırlar onun uşaqlıq xatirələrini oyadır. Amma Vahid də Çəmənlidən əlini uzatsa çata biləsi Ağdama, Şuşaya, baba yurdu Kəlbəcərə hələ də həsrətlə baxır. Bu baxış Vahidin içini yandırır.


Vahidəm, fəryadım döndü ağıya,

Kim verdi fürsəti acgöz yağıya?

Cənnət məkanımı verib dığaya

Səhrada komalar tikirəm indi.


və ya

Əhvalın necədi, ay tənham, təkim?

Yolçusuz yollarım,

Dağılan səkim.

Sənin həsrətini nə qədər çəkim?

Yağının əlində əsir Ağdamım.

Vahidin bayrağa sevgisi də özünəməxsusdur:

Rəngin üç olsa da, qan rəngindəsən,

Qaçqın, köçkün də sən, didərgin də sən…

Zəfər döyüşündə ürəyimdəsən,

Sənsən cəsarətim, savaşım Bayraq.

Vahid Çəmənlinin şeirlərində səmimiyyət var. Özü necə danışırsa, şeiri də adamla eləcə, səmimiyyətlə, ədəblə danışır. Hətta deyişmələri də…

Əlindən qum kimi süzülüb axdı,

Hesabı qum qədər olan günlərin…

Ağrısı, acısı canını yaxdı,

Vədəsiz açılıb solan günlərin.


Vahidin ruhu oxşayan, sadə dildə yazılmış gözəl şeirləri var.


«Gəlir» şeirində yazır:

…Söyüdlər üstümə sallayıb çətri.

Məst edir nanənin, yarpızın ətri,

Sinəmdə çağlayır nəğmənin sətri,

Ağ vərəq üstünə şirin söz gəlir.


Vahid, içimdədi harayım, hayım…

Yanır, külə dönür məhəbbət payım.

Qayğımı çəkməyə yox əmim, dayım,

Nə Sakit yetişir, nə Çingiz gəlir.


İndiki qarışıq dünyada qayğını çəkməyin çətinliyi başa düşüləndi. Amma inanıram ki, Vahidin şeirlərinin daxili səsini eşidənlər çox olacaq.


Kitabda Vahid Çəmənlinin son illərdə yazdığı şeirlərlə bərabər onun Rahib Məmmədovun xatirəsinə həsr olunmuş “ Unudulmayan qəhrəmanlar» sənədli əsəri də yer alıb.

Ağdamın birinci Qarabağ müharibəsində 6 mindən çox şəhid qəhrəmanlarından da əvvəl qəhrəman olmuş övladlarından biri — 20 yaşlı əsgər Rahib Məmmədovun 1987-ci ildə Rioni çayının daşması nəticəsində ölümlə üzbəüz qalan Gürcüstanın Xobi rayonun Çaladidi kəndinin sakinlərini təkbaşına xilas etməsindən, gürcü xalqının ona olan sevgisindən, Çiladidi və doğulub boya-başa çatdığı Ağdamın Mahrızlı kəndlərindəki məktəblərə Rahib Məmmədovun adının verilməsindən, o dövrdə, SSRİ məkanında bu hadisənin böyük əks-səda doğurmasından yazan müəllif əsərdə qəhrəmanın və qəhrəmanlığın unudulmadığını sənədli formada oxuculara çatdırır.

İnanıram ki, Vahid Çəmənli bundan sonra da könlümüzü oxşayan yeni şeirlərlə, əsərlərlə bizi hələ çox sevindirəcək.

Rəfail Tağızadə

Şair-publisist

El anası anaların anası Hürİzad xalam

Böyük ürəyi vardı

...