“İnsanın sözlərindən onun ancaq necə görünmək istədiyi nəticəsini çıxarmaq olar, amma əslində necə olduğunu mimikaları və danışarkən etdiyi jestlərdən təxmin etmək lazım gəlir; əsasən də o hərəkətlərindən ki, onları həvəssiz edir”.
Lev Tolstoy deyirdi ki, yarımçıq hamiləlik olmur, heç yarımçıq tərbiyəsizlik də. Ya eləsən, ya da deyilsən. Ya bütün reallıqları kompleks şəkildə qəbul etməli, ya da qürurla onlardan imtina etməliyik. Bizə sərf edənləri xatırlamaq, sərf etməyənləri isə unutmaq tarixi baxımdan ən azı axmaqlıqdır və təhlükəlidir.
sosializm ideal cəmiyyət deyildi və onun haqqında bizə danışılanların hamısı nəticədə böyük yalan çıxdı... Fəqət, kapitalizm haqqında deyilənlərin hamısı həqiqətdir. Acı və xoşagəlməz həqiqət.