İraqda vacib danışıqlar aparan Rusiya nümayəndə heyətinin rəhbəri Fərhad Seyidov xəbər tutur ki, ondan İsrail kəşfiyyatı gizlicə istifadə edir. Gözlənilir ki, ələkeçməz terrorçu əl-Rəşidi onunla görüşmək istəyəcək. Fərhadın üzüyünə montaj edilmiş radiomayakın siqnalı nəticəsində buraxılmış raket təhlükəli terrorçunu məhv edəcək. Bu zaman Seyidovun özü də öləcək, amma bu, mürəkkəb əməliyyatın qüsurlarıdır. Bu cür variant nə Seyidovu, nə də onun köməkçisi olan Xarici Kəşfiyyat Xidmətinin zabiti Alyona Sizıxı qane edir. Onlar özlərini bu çirkin oyundan kənarlaşdırmaq üçün əllərindən gələni edirlər. İsraillilərin Rusiya nümayəndə heyətinin tərkibinə daxil edilən casusu isə əməliyyatın uğurla nəticələnməsi üçün əlindən gələni edir. Bu məsələyə əl-Rəşidi müdaxilə edəndən sonra vəziyyət gözlənilmədən dəyişir.