– İslamçılar?
– İlk və son dəfə müxalifətin bir mitinqində gördüm. Aksiyadan yüz metr kənarda dayanmışdılar. Soruşdum ki, niyə etirazçılara qoşulmursuz? Dedilər, onsuz da Sahibəz-zamanın zühuruna qədər ədalətli lider hakimiyyətə gəlməyəcək. Müxalifətə isə heç inanmırıq. Dedim, onda gedin evlərinizə, zühuru gözləyin, burda camaatın əl-ayağına niyə dolaşırsız...
– bir dəfə bir dostumdan soruşdular ki,
qismət nədir?
stolun üstündə xurma vardı.
atdı ağzına, yedi və dedi ki, gördün, qismət bax budur...
yəni qarşına çıxan imkandan istifadə elə,
yoxsa həyatda daim uduzarsan.
Arxasınca boş konserv bankaları bağlanmış maşın. Sən keçmişindən uzaqlaşdıqca, sürəti artırdıqca metal qutuların səsi daha bərk gəlir. Sanki barmağını silkələyib insana: “Məndən qaça bilməzsən” demək istəyir keçmiş.