Turgenevin 1858-ci ildə yazdığı «Asya» povesti Almaniyada görüşən iki rus yeniyetmənin cənab N. və Asyanın bir-birinə aşiq olması ilə başlayır. On yeddi yaşlı Asyanın atası aristokrat, anası isə kəndli qadındır. Asya bu iki çox fərqli sosial təbəqənin içində böyüyüb, lakin onların heç birinə aid ola bilməyib. Rus aristokratiyasında özünə yer tapa bilməyən gənc qız böyük qardaşı Qaginlə Reyn sahillərindəki şəhərdə məskunlaşır. Avropa, Asyanın öz həyatına istiqamət vermək üçün yeganə şansı hesab olunur. Amma gənc qızın cənab N. ilə görüşü qardaşı Qaginin planlarının dəyişməsinə səbəb olacaq. Fərqli ölkədə görüşən və bir-birini sevən müxtəlif sosial təbəqələrdən olan iki gəncin hekayəsi ilə Asya, rus cəmiyyətinin modernləşmə prosesindəki kimlik və mənsubiyyət problemi, siniflər arasında qarşıdurma eyni zamanda qadının cəmiyyətdəki yeri kimi mövzuları özündə əks etdirməsi ilə diqqət cəlb edir.