Ovçu — müəllif özüdür. O, kəndləri, qəza şəhərlərini gəzib-dolaşır. Kəndlilər və mülkədarlarla tanış olur. Onlarla söhbət edir. Hadisələrin çoxunda özü yaxından iştirak edir. Əsər ayrı-ayrı müstəqil hekayələrdən ibarət olsa da, 40–50-ci illərin rus həyatı haqqında tam təsəvvür yaradır. O buna görə bütöv əsər təsiri bağışlayır. Təsvir olunan hadisələr və surətlər arasında güclü məntiqi əlaqə vardır. Kitabda «Ovçunun xatirələri» silsiləsindən seçmə hekayələr toplanıb.