1960-cı ildə Sent-Fua-le-Lionda doğulub. Hazırda, dünyada ən çox oxunan fransız yazıçısı kimi şöhrət qazanıb. İnsan mənəviyyatının fundamental məqamları: ölüm, varlıq, din Şmitt yaradıcılığının ana xəttini təşkil edir. Yazıçının dünya dinlərindən bəhs edən, dörd povestdən ibarət «Sirli silsilə»si, istər ədəbiyyatşünaslar, istərsə də oxucular arasında böyük rezonans doğurub. Silsiləyə daxil olan əsərlər: «Milarepa» — buddizm, «Müsyö İbrahim və Quranın rəngləri» — sufizm və iudaizm, «Oskar və Çəhrayı xanım» — xristianlıq, «Nuhun övladları» — xristianlıq və iudaizm dinlərinin motivlərinə və onların dərkinə istinad edir.